Flikin keçmiş komanda yoldaşı onun məşqçilik bacarığını şübhə altına aldı
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Bavariya”nın sabiq futbolçusu Hans Dorfner keçmiş komanda yoldaşı, hazırda “Barselona”nı çalışdıran Hans-Diter Flikin məşqçilik keyfiyyətlərini dəyərləndirib.
İdman.Biz Tribuna.com-a istinadən xəbər verir ki, Dorfner Flikin futbol sahəsində biliklərinin ən yüksək səviyyədə olmadığını, lakin insanlarla işləmək bacarığı ilə seçildiyini söyləyib.
“Hans-Diter Flik də futbolun ən böyük mütəxəssisi deyil. Onu yaxşı tanıyıram, çox mehriban münasibətlərimiz var. Onu incitmək istəmirəm, amma bu sahədə daha dərin biliklərə malik olan başqa mütəxəssislər də var. Bununla belə, o, insanlarla çox yaxşı işləyir, futbolçularla ünsiyyət qurmağı və onlarla necə davranmağı bilir”, - deyə Dorfner bildirib.
Qeyd edək ki, Dorfner və Flik 1986-1990-cı illərdə “Bavariya”da birlikdə çıxış ediblər. Bu müddətdə onlar iki dəfə Bundesliqanın, bir dəfə isə Almaniya Superkubokunun qalibi olublar. Həmçinin 1987-ci ildə Avropa Çempionlar Kubokunun finalına yüksəlsələr də, “Portu”ya məğlub olublar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 21 Oktyabr 2026 18:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















