Icma.az
close
up
RU
Menu

Ukrayna Rusiyanın neft zavodlarını və Wildberries anbarlarını yenidən PUA larla vurdu

Ekspert: “Qərb ərəb ölkələrinə demokratiya deyil, idarəolunan xaos gətirdi”

“Xarici təsirlərə bağlı qruplar, şəxslər, ictimai fiqurlar var...” İlahiyyatçı

“Mən hələ də onun yoxluğuna inanmıram” Şəhid Həmid Həmidlinin xanımı danışdı Video

Məni hədələyirdilər Arzum 999 məhkəmədə diqqətçəkən açıqlamalar verdi

Leyen miqrantlardan danışdı: Qəbul edə bilmərik…

Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb

Danimarka Aİ ni İspaniyanın Şengen üzvlüyünü dayandırmağa çağırıb

Ağır texnikanı dayandırın! Bayırşəhərlə bağlı narahatçılıq artır (REPORTAJ)

Rusiya XİN: Seutadakı vəziyyət Aİ nin miqrasiya siyasətinin iflasını göstərir

Qəhvə həqiqətən orqanizmdən suyu yuyub aparır? Maraqlı CAVAB

ABŞ Rusiya ilə bağlı qərar verir: Gərginlik başladı

Baş nazir qərarı imzaladı Nazirlikdə avtomobillərin sayı artırıldı

Mərakeşdə polis İspaniyaya keçmək istəyən miqrantları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib

Tanınmış meyxanaçı əsgər getdi VİDEO

Milli yaddaşdan rəqəmsal ayıqlığa: folklorun təhlükəsizlik dərsi

Bahalı depozit xərcləri AFB Bank ın mənfəətini kəskin əritdi 11 DƏFƏ AZALMA

Joze Mourinyo “Real”ın “Fiorentina” ilə oyununu şərh edib

Aİ nin süni intellekt qaydalarında yeni mərhələ başlayır

Azərbaycanda dollara tələbat azalıb

Folklor, folklorşünaslıq və dövlətçilik

Folklor, folklorşünaslıq və dövlətçilik

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

II MƏQALƏ

Ortaq dünyaduyumu: folklorun təməl funksiyası

Biz məsələni artıq epistema sahəsində (rasional məntiq sahəsi) təhlil edirik. Folklorun sosial-mədəni funksiyaları çoxaspektlidir. Onların təməlində xeyli dərəcədə mücərrəd (abstrakt) xarakterə malik və incə düşüncə kültürü tələb edən bir funksiya vardır. O, folklorun kollektiv birgəyaşamda (tayfa, xalq, millət, toplum və s. formalarda) insanların özlərinə və dünyaya münasibətlərinin ümumi xarakterini ifadə edən faktorla bağlıdır. Həmin keyfiyyətdə folklor qövmün dünyaduyumunu inteqrativ formada ifadə edir.

Folklor bu statusda təməldən birləşdirici, sintezedici rola malikdir. Xalqın emosional duyumu ilə rasional-məntiqi baxışlar müstəvisi arasında ideya bağlantısı yaradan isə folklorşünaslıqdır. Folklor (doksa kimi) folklorşünaslığa (epistema kimi) kollektiv dünyaduyumunun müdriklik kodlarını verir. Folklorşünaslıq isə rasional məntiq bucağı altında həmin müdriklik elementlərini kodlar (və ya memlər) kimi toplumun həyatının bütün sferalarına “yükləyir”.

Burada özlüyündə iki məqam bir-biri ilə vəhdətdə sübutsuz yer alır – birincisi, folklor folklorşünaslıq vasitəsi ilə Vətənsevərliyə, ikincisi, xalq müdrikliyinin sosial-mədəni və siyasi müdrikliyə proyeksiyası üçün imkanlar yaradır. Bu iki özəlliyin vəhdəti ümumi anlamda Azərbaycanşünaslığın mühüm parametrləri kimi qəbul edilməlidir. Onların hər biri üzərində ayrıca dayanaq.

Vətənsevərlik və azərbaycançılıq

İlk baxışdan bu anlayışların bir-birinə bağlılığı aksiom kimi görünür. Yəni azərbaycançı olmaq elə vətənsevərlik deməkdir. Əlbəttə, bu doğrudur. Lakin fərdi və kollektiv şüurda həmin bağlılığın özünütəsdiqi ayrıca məsələdir və özlüyündə onu reallaşdıran rasional mexanizm tələb edir. Onun üçün ciddi konseptual özəlliklərə malik ideya məfkurəsi gərəkdir. Azərbaycanda bu funksiyanı Heydər Əliyev anlamında azərbaycançılıq yerinə yetirir.

Hələ azərbaycançılığın ideya, konsept və ideoloji konsepsiya kimi tam adekvat dərki mövcud deyildir. Azərbaycanda buna doğru gedilir. Bu prosesdə də insafən AMEA-nın son illərdəki fəaliyyətini təqdir etmək lazımdır. Eyni zamanda, azərbaycançılığın vətənsevərlik aspektinin sosial mühitdə təsdiqində sosio-humanitar emlərin müxtəlif sahələrinin rolu xüsusidir. Bura fəlsəfə, tarix, filologiya, şəqrşünaslıq, folklorşünaslıq, kulturologiya, etika, estetika və digərləri daxildir. Bütün bu elmi istiqamətlərin vətənsevərliyin özünütəsdiqində rolu məsələsi folklora bağlıdır.

Bizcə, vurğulanan elm sahələri folklor elementini nəzərə almasalar, azərbaycançılıq kontekstində vətənsevərlik yarımçıq olacaq. Və hətta möhkəm kökü olmayan dayanıqsız təsəvvürlər kompleksi halına düşəcək.

Belə alınır ki, həqiqi azərbaycançı Vətənsevərdir. Vətənsevərlik isə xalqın dünyaduyumunun duyğusallığının keçmişdən indiyə Zamanda daşınması (Yaşar Qarayev) sayəsində dünyagörüşünün kodu kimi mövcud ola bilir. Bu proses intellektual fakt qismində folklorşünaslıqda rasional-məntiqi baxışlar sistemi statusunu ala bilir.

Buradan isə AMEA-da müəyyən edilmiş birinci prioritet istiqamət kontekstində folklorşünaslığın Azərbaycanşünaslığın mühüm tərkib hissəsi kimi həm təsdiqinə, həm də perspektivli inkişafına keçid etmək mümkündür.

Eyni zamanda, bu prosesin dövlətçilik kontekstində yuxarıda vurğuladığımız iki əlaməti fəlsəfi baxımdan kreativ yanaşma tələb edir. Həmin əlamətlər xalq müdrikliyinin sosial-mədəni və siyasi müdrikliyə proyeksiya imkanları ilə bağlıdır.

Xalq müdrikliyindən siyasi müdrikliyə

Bütövlükdə “sosial-mədəni müdriklik” mürəkkəb elmi məsələdir və onun üzərində burada dayanmaq mövzunu qəlizləşdirər. Əslində, xüsusi olaraq həmin anlayışın məzmunu aydınlaşmalıdır. Buna görə də folklorşünaslıq üçün Azərbaycanşünaslıq kontekstində vacib olan xalq müdrikliyi-siyasi müdriklik münasibətlərinə baxaq.

Azərbaycan dövlətçiliyində qədimdən xalq faktoru əsas rol oynamışdır. Azərbaycanda xalqın dövlət qurmaq mədəniyyəti ənənə halını almışdır. Burada başlıca faktor kimi azərbaycanlıların kollektiv səviyyədə özünütəşkili fəlsəfəsinin bütövlükdə dövlətçilik fəlsəfəsinin təməlini təşkil etməsi ilə bağlıdır. Bu məsələ mücərrəd xarakterli deyildir – tarix boyu konkret reallaşma mexanizmlərinə malik real quruculuq prosesidir.

Araşdırmalar göstərir ki, onun üç mühüm müəyyənedici faktoru mövcuddur.

Birincisi, kollektiv mövcudolmanın sosial-mənəvi özünütəşkili forması. Bura azərbaycanlıların ailə, qəbilə, tayfa, tayfalar birliyi, xalq və millət kimi özünüyaratmalarının sosial, mədəni, mənəvi və ideya aspektlərinin vəhdəti daxildir. Faktlar göstərir ki, Azərbaycan cəmiyyəti geniş anlamda bu trekdən kənara çıxamışdır.

İkincisi, Azərbaycan cəmiyyətinin özünüyaratması həmişə qanun-hüquq vəhdəti kontekstində olmuşdur. Azərbaycanda dövlətin təməlində cəmiyyət (el) üçün həlledici sayılan hüquqi qanunlar dayanmışdır. Onun üç növünü ayırmışlar – hökmdar Qanunu, divan (parlament, məclis) Qanunu və Yosun Qanunu. Hökmdar və divan qanunları cəmiyyəti idarəedənlərin yaratdıqlarıdır. Yosun Qanunu isə cəmiyyətin özünü sosial-mədəni praktikada yaratmasına aiddir. Onun başlıca mənası azərbaycanlıların öz köklərinə, qədimdən gələn ənənəyə (törə), kollektiv mövcudolmanın başlıca prinsiplərinə tam sadiqliyinin saxlanmasından ibarətdir.

Folklor mövzusu və dövlətçilik münasibətləri baxımından burada əsas məsələ Yosun Qanununun sosial-mədəni praktikada reallaşması ilə əlaqədardır. Tarixən Hökmdar və Divan Qanunları məhz Yosun Qanununa tabe olmuşlar. Yəni dövlətin rəhbərliyi və icraedici orqanı son həddə xalqın daxili təkamül qanununa tabe olmuşdur. O mənada ki, xalqın özünüyaratması fəlsəfəsi dövlətçiliyin üsul, forma və mövcudolma mexanizmlərini müəyyən etmişdir. Buna görədir ki, müasir Azərbaycan Respublikasının Konstitusiyasında dövlət suverenliyinin mənbəyi kimi xalq suverenliyi göstərilmişdir. Müqayisə üçün deyək ki, Rusiya Konstitusiyasında dövlət suverenliyinin fonunda xalq suverenliyindən bəhs edilir. Azərbaycanda isə millət dövləti yaratmışdır, əksinə yox. Bu da Ulu öndərin dövlətçilik ənənəsini incəliyinə qədər mükəmməl bilməsi və ona daim siyasi-hüquqi məzmun verməsi deməkdir.

Beləliklə, qədimdən azərbaycanlının dövlətçilik şüurunda xalqın özünüyaratması fəlsəfəsi hökmdar (müasir terminlərlə, “dövlət başçısı”, “prezident”, “lider”) və parlament (indi – Milli Məclis) fəaliyyətinin təşkil edilməsinin baza şərtlərini müəyyən etmişdir. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə vurğulamışdır ki, xalq əsas dayağıdır, dövlətin mənbəyi xalqın iradəsidir. Bunlar dərin düşünülmüş siyasi mövqenin və siyasi müdrikliyin göstəriciləridir.

Vurğulanan fəlsəfi xarakterli məsələlər aydın surətdə göstərir ki, dövlətçiliyimizn təməlində xalqın özünüyaratma formaları dayanır. Onun isə çox mühüm aspektini folklor təşkil edir. Bununla folklor xalq yaradıcılıq nümunəsi kimi kollektiv özünütəsdiqin başlıca üsuludur. Folklor həmin keyfiyyətdə xalq müdrikliyinin praktiki təcrübə kimi sosiallaşması və cəmiyyətin fəaliyyət “orqanizminə hopmasıdır”. Folklor xalq müdrikliyinin yaradıcısı, özünütəsdiq “məkanı” və sosiallaşma mexanizmidir.

AMEA-da yeniləşmə və folklorşünaslığa 3 baxış

Əgər Azərbaycan dövlətçiliyinin təməlində xalqın özünüyaratma fəlsəfəsi dayanırsa, onda təməldən folklor birbaşa dövlət quruculuğunun “mayası”ndadır. Həmin anlamda da Azərbaycan dövlətçiliyində xalq müdrikliyinin siyasi müdrikliyə adekvat proyeksiyası ənənə halını almış qaydadır.

Aparılan təhlildən üç mühüm nəticə hasil etmək olar.

Birincisi, AMEA rəhbərliyinin təşkilatı Azərbaycanşünaslığın mərkəzinə çevirmək strategiyası müstəqil dövlətçilik baxımından olduqca əhəmiyyətlidir. Bu məqamı AMEA-nın yeniləşmə kursu fəlsəfəsinin başlıca özəlliklərindən biri kimi qəbul etmək zəruridir.

İkincisi, müasir şərtlər daxilində folklorşünaslıq dövlət quruculuğunda ancaq Azərbaycanşünaslığın tərkib hissəsi kimi faydalı ola bilər. Həmin keyfiyyətdə folklorşünaslıq ayrıca tədqiqat sahəsi kimi xüsusi diqqət mərkəzində olmalıdır.

Üçüncüsü, folklorşünaslıq Azərbaycanşünaslığın digər tərkib hissəsləri kimi tarixin, fəlsəfənin, filologiyanın, şərqşünaslığın, mədəniyyətşünaslığın və başqalarının qarşılıqlı münasibətlərndə stimullaşdırıcı rol oynaya bilər.

Bu üç aspekt Azərbaycanşünaslığın strukturu, funksional özəllikləri və reallaşma mexanizmlərinə vahid bucaq altında yanaşmağa imkan verir. Azərbaycanşünaslığın nəzəri dərki və praktiki faydasını dövlətçilik kontekstində obyektiv anlamaq üçün onun struktur-funksional xüsusiyyətlərinin tədqiqi seçim deyil, zərurətdir.

Alimlər onun müxtəlif aspektlərdə tam obrazını yaratmadan cəmiyyət azərbaycançılığın dərin və fundamental ideya potensialını dərk edə bilməyəcək. AMEA-nın fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi Azərbaycançılıq və Azərbaycanşünaslığın xüsusi qeyd edilməsinin müstəqil dövlətçilik baxımından əsas mənası və mahiyyəti bundan ibarətdir.

Bu prosesdə folklorşünaslığın əsas stimulverici ideya gücü kimi qəbul edilməsi isə heç bir elm sahəsində qısqanclıq yaratmamalıdır. Təbii ki, hər bir elmi istiqamətin nümayəndələri öz sahəsini daha önəmli hesab edə bilər. Məsələn, fəlsəfə mənim üçün prioritetdir. Lakin müasir şərtlərdə müstəqil dövlətçiliyin ölkənin strateji inkişaf kursu çərçivəsində davamlı tərəqqisi aspektində folklorşünaslığın kollektiv birgəyaşamın və sosial-mədəni birliyin təmininin aparıcı faktorlarından biri olmasını inkar etmək olmaz. Bu, Azərbaycan dövlətçiliyinə və cəmiyyətin öz kimliyini saxlamaqla inkişaf prosesinə uyğun gəlmir.

Görünür, Azərbaycanda xalq müdrikliyinin siyasi müdrikliyə proyeksiyasının yeni nümunələrinə bundan sonra da rast gələcəyik. Ulu öndər Heydər Əliyevin məharətlə xalqın müdrikliyini siyasi müdrikliyə proyeksiya etməsi burada müəyyənedici faktor rolunu oynayacaqdır. Prezident İlham Əliyevin həmin istiqamətdə fəaliyyətinin kreativ aspekti xüsusi öyrənilməlidir.

Bunlar onu göstərir ki, vurğulanan problem əslində, alimləri səfərbər edir, dəqiq istiqamət üzrə yaradıcılığı fokuslandırır. Hazırda bu aspektdə AMEA-nın yeniləşmə kursu daxilində geniş tədqiqat imkanları yaranmışdır. Ümid edirik ki, həmin kursun həyata keçirilməsinin növbəti mərhələlərində bu məqamın yeni səviyyəyə yüksəldilməsinin şahidi olacağıq. AMEA-nın mövcudluğu və fəaliyyəti müstəqil dövlətçilik baxımından tarixdə görünməmiş dərəcədə Azərbaycan üçün əhəmiyyətli olmuşdur!

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 İyul 2025 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna Rusiyanın neft zavodlarını və Wildberries anbarlarını yenidən PUA larla vurdu

31 İyul 2026 10:12see485

Ekspert: “Qərb ərəb ölkələrinə demokratiya deyil, idarəolunan xaos gətirdi”

01 Avqust 2026 10:11see353

“Xarici təsirlərə bağlı qruplar, şəxslər, ictimai fiqurlar var...” İlahiyyatçı

31 İyul 2026 11:45see319

“Mən hələ də onun yoxluğuna inanmıram” Şəhid Həmid Həmidlinin xanımı danışdı Video

31 İyul 2026 21:31see296

Məni hədələyirdilər Arzum 999 məhkəmədə diqqətçəkən açıqlamalar verdi

31 İyul 2026 14:56see295

Leyen miqrantlardan danışdı: Qəbul edə bilmərik…

31 İyul 2026 17:44see268

Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb

31 İyul 2026 21:37see267

Danimarka Aİ ni İspaniyanın Şengen üzvlüyünü dayandırmağa çağırıb

31 İyul 2026 17:03see267

Ağır texnikanı dayandırın! Bayırşəhərlə bağlı narahatçılıq artır (REPORTAJ)

31 İyul 2026 19:21see233

Rusiya XİN: Seutadakı vəziyyət Aİ nin miqrasiya siyasətinin iflasını göstərir

31 İyul 2026 19:34see197

Qəhvə həqiqətən orqanizmdən suyu yuyub aparır? Maraqlı CAVAB

01 Avqust 2026 12:23see187

ABŞ Rusiya ilə bağlı qərar verir: Gərginlik başladı

01 Avqust 2026 02:12see185

Baş nazir qərarı imzaladı Nazirlikdə avtomobillərin sayı artırıldı

31 İyul 2026 18:11see183

Mərakeşdə polis İspaniyaya keçmək istəyən miqrantları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib

01 Avqust 2026 03:24see180

Tanınmış meyxanaçı əsgər getdi VİDEO

31 İyul 2026 10:15see179

Milli yaddaşdan rəqəmsal ayıqlığa: folklorun təhlükəsizlik dərsi

31 İyul 2026 21:33see178

Bahalı depozit xərcləri AFB Bank ın mənfəətini kəskin əritdi 11 DƏFƏ AZALMA

31 İyul 2026 19:22see177

Joze Mourinyo “Real”ın “Fiorentina” ilə oyununu şərh edib

02 Avqust 2026 01:36see169

Aİ nin süni intellekt qaydalarında yeni mərhələ başlayır

01 Avqust 2026 00:25see165

Azərbaycanda dollara tələbat azalıb

31 İyul 2026 10:18see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri