Icma.az
close
up
RU
“Postmodern çağda folklor və dövlətçilik münasibətlərinə diskursiv baxış” mövzusunda məruzə dinlənilib

“Postmodern çağda folklor və dövlətçilik münasibətlərinə diskursiv baxış” mövzusunda məruzə dinlənilib

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

AMEA-nın Rəyasət Heyətinin növbəti iclasında “Postmodern çağda folklor və dövlətçilik münasibətlərinə diskursiv baxış” mövzusunda məruzə dinlənilib.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, qeyd olunan məruzə ilk dəfə bu ilin may ayında AMEA-nın Folklor İnstitutunun təşkilatçılığı ilə keçirilmiş və “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Milli dövlətçilik və folklor” mövzusunda respublika elmi konfransında səsləndirilib və genişləndirilmiş şəkildə Rəyasət Heyətində təqdim olunur. AMEA rəhbəri bildirib ki, folklor milli dövlətçilik təfəkkürünün formalaşmasında, gələcək nəsillərin suverenlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayır və bu mənada folklorşünas alimlərin üzərinə böyük məsuliyyət düşür.

Sonra AMEA-nın Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavəri “Postmodern çağda folklor və dövlətçilik münasibətlərinə diskursiv baxış” mövzusunda məruzəsini təqdim edib.

Məruzəçi bildirib ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2025-ci ilin Konstitusiya və Suverenlik ili elan edilməsi haqqında” Sərəncamı bütün digər sahələrlə yanaşı, elmi fəaliyyət sahəsi, xüsusən ictimai və humanitar elmlər qarşısında bir sıra mühüm vəzifələr müəyyənləşdirir, bu istiqamətdə elmi araşdırmalara həm milli dövlətçilik maraqları, həm də müasir nəzəri-metodoloji maraqlar baxımından yenidən qayıtmağı zəruri edir. Heç də təsadüfi deyildir ki, son illər AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin rəhbərliyi ilə həyata keçirilən islahatların mühüm istiqamətlərindən birini məhz ictimai-humanitar elmi araşdırmaların milli dövlət maraqlarının qorunmasına daha mütəşəkkil cəlb edilməsi təşkil edir.

Sərxan Xavəri qeyd edib ki, təqdim olunan mövzu həm elmi, həm də milli dövlət maraqları baxımından xüsusi əhəmiyyətə malikdir və məruzədə cari elmi məqsəd sosial-mədəni müstəvidə dövlət və folklor arasındakı münasibətlərdə funksional iş mexanizmini diaxron inkişaf prosesi kontekstində öyrənməkdir. Dövlət və folklor  iki sosial-mədəni təsisat olaraq bir-biri ilə qarşılıqlı münasibətdə klassik və modern mərhələlərdə hansı funksional mexanizmlər əsasında “işləyirdi” və bu gün – postmodern çağda bu mexanizmlərdə nə kimi dəyişikliklər hiss olunmaqdadır? Strateji məqsəd isə folklora filoloji olmaqla yanaşı, sosial-antropoloji  yanaşma təcrübəsini nümayiş etdirmək, müasir humanitar elmi düşüncədə sosial-antropoloji, yaxud icra mərkəzli folklorşünaslığa təşviq etməkdir. 

Məruzədə əsas semantik ağırlıq mərkəzlərini təşkil edən “postmodernizm”, “diskurs”, “folklor” və “dövlət” anlayışları müasir nəzəri yanaşmalar, xüsusən sosial-antropoloji baxımdan izah edilib. Həmçinin postmodern çağda folklor və dövlət münasibətlərinin spesifikasını, funksional semantikasını anlamaq üçün problemə diaxron tarixi rakursda yanaşılıb, diskursiv baxış bucağından folklor və dövlət münasibətləri tarixi inkişaf prosesində üç mərhələdə “klassik mərhələ - ən qədim dövrlərdən XVII-XVIII əsrlərədək, modernist mərhələ - XVII-XVIII əsrlərdən XX əsrin sonunadək və postmodernist mərhələ - XX əsrin sonlarından günümüzədək”, - nəzərdən keçirilib.

S.Xavəri bildirib ki, bu mərhələlərdə folklor və dövlət münasibətlərinin diskursiv spesifikasının müəyyənləşdirilməsi üçün açar anlayış olaraq modernizmin əsas spesifikasını özündə əks etdirən “qrand-narrativ”dən (böyük hekayə) istifadə edilir.

Məruzədə klassik mərhələ folklorun dövlətin varlığının ideoloji əsasını təşkil edən təbii qrand-narrativ olduğu mərhələ kimi xarakterizə edilib. Qeyd olunub ki, bu mərhələdə xalq hər şeyi - öz mənşəyini, cəmiyyətin quruluşunu, təbiətin sirrini folklor vasitəsilə izah edir. Qədim türk eposlarında, xüsusilə də “Oğuznamələrdə”, “Kitabi-Dədə Qorqud”da, “Manas”da çox açıq şəkildə müşahidə olunur ki, hökmdar obrazı ilahi güclə, sakral mənşə ilə əlaqələndirilir, dövlət qurmaq və onu qorumaq əxlaqi, siyasi və hətta kosmik məsuliyyət kimi təqdim olunur.

İkinci mərhələ - modern çağ folklorun daha çox digər qrand-narrativlərə tabe etdirildiyi mərhələ kimi xarakterizə edilir. Bu dövrdə insanlar artıq həqiqəti daha çox elmə, rasional düşüncəyə və tarixi inkişaf nəzəriyyələrinə bağlamağa başladılar. Artıq folklor, əvvəllər olduğu kimi “həqiqət daşıyıcısı” olmaqdan daha çox, “xalqın keçmişdə necə düşündüyünün bir nümunəsi” kimi dəyərləndirilir.

Üçüncü mərhələ, postmodernist dövr folklorun narrativlərə qarşı müqavimətinin artdığı mərhələ kimi xarakterizə olunur. Bu dövrdə bütün dünyada böyük ideoloji sistemlərə inam sarsılır, çoxsaylı alternativ hekayələr meydana çıxır. Folklor yenə də əvvəllər olduğu kimi bir tərəfdən dövlət maraqlarına xidmət etməkdə davam edir, digər tərəfdən öz liberal mədəni-ideoloji zonasını da yaradır. Məruzədə postmodern dövrdə dövlətin folklora yanaşmasının 3 istiqaməti ayrılıb fərqləndirilir.

Postmodern dövrdə liberal dəyərlərə can atan folklor həm də virtual və marginal məkanlarda inkişaf edir. İnternet folklorunda folklor və dövlət münasibətləri bir-birini inkar və ya tabe etmə münasibəti deyil, daha çox əməkdaşlıq və paralel mövcudluq münasibətidir. Belə bir dialoqun ən bariz nümunəsi İkinci Qarabağ Müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin nitqlərinə aid ifadələrin (“nooldu Paşinyan”, “İtiqovan”, “dabanyalayan Paşinyan” və s.), çoxsaylı zəfər əhval-ruhiyyəli videoçarxların, mahnıların folklorlaşmasıdır. Bu folklor nümunələri xalq-iqtidar (dövlət və foklor) birliyinin ən bariz nümunəsi idi.

S.Xavəri vurğulayıb ki, belə bir şəraitdə bu istiqamətdə araşdırmaların aparılmasının elmi olmaqla yanaşı, müasir qloballaşma şəraitində milli dövlətçilik maraqlarının qorunması, milli ideoloji təhlükəsizliyin təmin edilməsi baxımından olduqca mühüm tətbiqi əhəmiyyəti də vardır.

Məruzə dinlənildikdən sonra geniş müzakirələr aparılıb, akademik Rasim Əliquliyev, akademik Adil Qəribov və filologiya elmləri doktoru Hikmət Quliyev çıxış edərək fikirlərini bildiriblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 İyul 2025 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see764

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see230

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see173

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see171

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see159

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see158

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see155

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see154

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see146

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see145

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see144

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see143

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see140

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see139

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see139

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see137

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see134

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri