Icma.az
close
up
RU
ELMED klinikasında həkim səhlənkarlığı Yod çək, keçəcək dedi

ELMED klinikasında həkim səhlənkarlığı Yod çək, keçəcək dedi

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Karona LTD" MMC-yə məxsus ELMED özəl Tibb Mərkəzində həkim-stomatoloq Ağayeva Afət Məmmədağa qızı müalicə zamanı səhlənkarlığa yol verərək, vətəndaşın üzündəki sinir toxumalarını sıradan çıxarıb. 

Bu barədə "Unikal"a vətəndaş Ruslanə Zaxarova müraciət edib. 

Onun sözlərinə görə, bu ilin aprel ayında diş kanalının müalicəsi zamanı adıçəkilən həkim tərəfindən istifadə olunan formaldehit tərkibli dərman maddəsi düzgün tətbiq edilməyib: "Bu səbəbdən dərman kanaldan kənara sızıb, üzümdəki sinir toxumalarına ciddi zərər verib. 

Hadisədən dərhal sonra üzümdə və dodaqlarımda hissiyyatsızlıq yarandı. Buna baxmayaraq, həkim vəziyyəti ciddiyə almaraq "yod çək, keçəcək" deyib, məni evə göndərdi. Bundan sonra vəziyyətim sürətlə pisləşdi. Digər tibb müəssisəsində təcili əməliyyat edərək həmin zərərli maddəni orqanizmdən xaric etdilər. Bir gün geciksəydim, sinir toxumamda daimi iflic riski yaranacaqdı. Hazırda üzümdə hissiyyat hələ tam bərpa olunmayıb, bunun uzun müddət davam edəcəyi bildirilib". 

Fotoda: həkim-stomatoloq Ağayeva Afət Məmmədağa qızı

R.Zaxarova bununla bağlı Səhiyyə Nazirliyinə müraciət etdiyini, lakin özəl müəssisə olduğu üçün məsələyə laqeyd yanaşıldığını deyib: "Bütün bu müddət ərzində məsuliyyət daşıyan tərəf mənə heç bir köməklik göstərmədi. Həkim məni başqa bir həkimə yönləndirəcəyini dedi, lakin onu da etmədi. Əlimdə rentgen görüntüləri və əməliyyat sənədləri var".

Nazirliyin Analitik Ekspertiza Mərkəzindən verilən cavabda isə qeyd olunub ki, həkim Afət Ağayevanın dövlət sertifikasiya şəhadətnaməsi var, buna görə də onun tibbi praktiki fəaliyyəti məqsədəuyğun hesab edilir. Həmçinin vətəndaşın səhhətində yaranmış problemin Səhiyyə Nazirliyinin səlahiyyətlərinə aid olmadığı və problemin mülki məsələ olduğu bildirilib. 

Qeyd edək ki, ELMED klinikası bundan əvvəl də bir neçə dəfə həkim səhlənkarlığı ilə gündəmə gəlmişdi. 

Ağarza Elçinoğlu 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://unikal.az
archiveBu xəbər 16 Oktyabr 2025 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri