Fomin vəzifəsindən istefa verməyə hazırlaşır
Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
İstanbulda Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinin tərkibində olan general-polkovnik Aleksandr Fomin müdafiə nazirinin müavini vəzifəsindən istefa verməyə hazırlaşır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə RBC hərbi idarəyə yaxın mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin verdiyi məlumata görə, artıq kadr dəyişikliyi ilə bağlı fərman hazırlanıb. Fomini sənaye və ticarət nazirinin birinci müavini Vasili Osmakov əvəz edəcək.
Qeyd edək ki, 66 yaşlı Fomin Müdafiə Nazirliyində beynəlxalq hərbi əməkdaşlığa nəzarət edirdi. O, 2012-2017-ci illərdə Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətə rəhbərlik edib, sonra isə müdafiə nazirinin müavini olub.
Bu mövzuda digər xəbərlər:Serbiya Prezidenti Aleksandr Vuçiç tutduğu vəzifəsindən istefa verməyə hazırlaşır
25 May 2026 07:57
Pezeşkian istefa verməyə hazırlaşır?
07 Mart 2025 12:17
Kobaxidze istefa verməyə hazırlaşır
12 Dekabr 2024 13:04
Kobaxidze istefa verməyə hazırlaşır KİV
12 Dekabr 2024 13:01
Kir Starmer istefa verməyə hazırlaşır
17 May 2026 09:16
Baxış sayı:114
Bu xəbər 16 Oktyabr 2025 20:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















