Icma.az
close
up
RU
Formula 1 ə görə 20 avtobusun istiqaməti dəyişdirilir İkisinin fəaliyyəti dayandırılır

Formula 1 ə görə 20 avtobusun istiqaməti dəyişdirilir İkisinin fəaliyyəti dayandırılır

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Formula 1 üzrə “Azərbaycan Qran Pri” yarışları ilə əlaqədar sentyabrın 15-dən paytaxtın bir sıra yollarında nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, məhdudiyyət səbəbindən 2 müntəzəm marşrutun fəaliyyəti müvəqqəti olaraq dayandırılır, 20 marşrutun hərəkət sxemi dəyişdirilir.

Dəyişikliyə əsasən:

1 nömrəli avtobus marşrutu (istiqamət: “Neftçilər” metrostansiyası), 46 nömrəli avtobus marşrutu (istiqamət: “Əhmədli” metrostansiyası) və H1 nömrəli avtobus marşrutu (istiqamət: Heydər Əliyev Beynəlxalq Aeroportu) 28 May küçəsi – Dilarə Əliyeva küçəsi – Kövkəb Səfərəliyeva küçəsi – Neftçilər prospekti – Yusif Səfərov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;

2 nömrəli avtobus marşrutu (istiqamət: “Dərnəgül” metrostansiyası) Dilarə Əliyeva küçəsi – Kövkəb Səfərəliyeva küçəsi – Neftçilər prospekti – Yusif Səfərov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;

4 nömrəli avtobus marşrutu (istiqamət: “Xətai” metrostansiyası) Azadlıq prospekti – Dilarə Əliyeva küçəsi – Kövkəb Səfərəliyeva küçəsi – Neftçilər prospekti – Yusif Səfərov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə fəaliyyət göstərəcək.

5 nömrəli avtobus marşrutu iki istiqamət üzrə xidmət göstərəcək. Birinci istiqamət “Nəriman Nərimanov” metrostansiyası – Süleyman Rəhimov küçəsini, ikinci istiqamət Salyan şosesi – Bibiheybət məscidi – Bakı Funikulyorunu (Bəhram Gur heykəli) əhatə edəcək.

6 nömrəli avtobus marşrutu iki istiqamətdə fəaliyyət göstərəcək. Birinci istiqamət "Azadlıq prospekti" metrostansiyası – Axundov bağını, ikinci istiqamət 20-ci Sahə – Bəhram Gur heykəlini əhatə edəcək.

10, 18, 31, 37, 77 və 205 nömrəli avtobus marşrutları (istiqamət: “İçərişəhər” metrostansiyası) Şeyx Şamil küçəsi – Lermontov küçəsi – Bünyad Sərdarov küçəsi (son dayanacaq məntəqəsi) üzrə fəaliyyət göstərəcək.  

20, 88A və 120E nömrəli avtobus marşrutlarının hərəkəti Kövkəb Səfərəliyeva küçəsi ilə təşkil olunacaq. Əks istiqamətdə isə marşrut Xocalı prospekti – Yusif Səfərov küçəsi – 28 May küçəsi ilə hərəkət edəcək.

61 nömrəli avtobus marşrutu (istiqamət: Mərkəzi Bank) Səməd Vurğun küçəsi – Şəmsi Bədəlbəyli küçəsi – Rəşid Behbudov küçəsi (son dayanacaq məntəqəsi) üzrə;

65 nömrəli avtobus marşrutu (istiqamət: “İçərişəhər” metrostansiyası) Murtuza Muxtarov küçəsi – Əhməd Cavad küçəsi – Azərbaycan prospekti (son dayanacaq məntəqəsi) üzrə;

88 nömrəli avtobus marşrutu (istiqamət: “28 May” metrostansiyası) Azadlıq prospekti – Füzuli küçəsi (son dayanacaq məntəqəsi) üzrə fəaliyyət göstərəcək.

125 nömrəli avtobus marşrutu (istiqamət: “28 May” metrostansiyası) Lökbatan dairəsi – Bakı Dairəvi yol – Mikayıl Müşfiq küçəsi – Badamdar dairəsi – Mikayıl Müşfiq küçəsi – Abdulla Şaiq küçəsi – Mirzəağa Əliyev küçəsi – Şəmsi Bədəlbəyli küçəsi – Süleyman Rüstəm küçəsini (son dayanacaq məntəqəsi “28 May” NMM) əhatə edəcək.

149 nömrəli avtobus marşrutu Sahil qəsəbəsindən “Binə” ticarət mərkəzinə (“Lökbatan” NMM) qədər fəaliyyət göstərəcək.

72 və E1 nömrəli avtobus marşrutlarının fəaliyyəti müvəqqəti olaraq dayandırılacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 13 Sentyabr 2025 18:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see449

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see285

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see211

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see208

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see196

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see191

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see182

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see181

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see162

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see162

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see161

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see153

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see153

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see145

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see145

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see140

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see138

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see136

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri