Icma.az
close
up
RU
Paytaxt Bakı Formula 1 ə hazırlaşır

Paytaxt Bakı Formula 1 ə hazırlaşır

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Gələcəyə hesablanmış idman siyasəti ölkəmizdə sağlam nəsil və böyük idmançı ordusu formalaşdırıb. Bütün bunlar Azərbaycanda həyata keçirilən idman siyasəti, həmçinin, idmanın inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğının məntiqi nəticəsidir. Dünyanın idman arenalarında artıq özünə layiqli yer tutan Azərbaycan müxtəlif idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edib. Azərbaycanın inkişafı, möhtəşəm nailiyyətlər ölkəmizin beynəlxalq miqyaslı yarışlara, festivallara, qlobal forumlara və konfranslara ev sahibliyi etməsinə səbəb olub. Paytaxt Bakıda NATO Parlament Assambleyasının seminarı, ATƏT Parlament Assambleyasının illik sessiyası, IV Bakı Beynəlxalq Humanitar, Gənclər Siyasəti üzrə I Qlobal Forumu, "Bakı Elm Festivalı-2014", BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu və onlarla belə mühüm əhəmiyyət kəsb edən tədbirlərin təşkil olunmasında Azərbaycanın qazandığı mövqeyi, ölkəmizin beynəlxalq çəkisi və yüksək imici səbəbdir.

Azərbaycanda idman və Olimpiya hərəkatının inkişafında da böyük canlanma müşahidə olunmuş və bu gün də belədir. Dünyanın idman arenalarında artıq özünə layiqli yer tutan Azərbaycan müxtəlif idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edib. Bədii gimnastika, qılıncoynatma, taekvondo, güləş, boks, karate, avarçəkmə, FİFA U-17 Qadınlararası Dünya Çempionatı, "Baku World Challenge" avtomobil yarışı və Olimpiya növlərinə daxil olan digər beynəlxalq idman tədbiri, o cümlədən, Dünya və Avropa çempionatlarının təşkili ölkəmizə böyük imic qazandırıb. Ölkəmiz tarixdə ilk dəfə təşkil olunan "Bakı-2015" Avropa Oyunlarını layiqincə təşkil etməklə, tək özünün deyil, qitənin idman tarixinə möhürünü vurmuşdu.

AZƏRBAYCANDA İDMAN İNFRASTRUKTURU

Keçirilən tədbirlər sırasında ölkəmizdə keçirilən və dünyanın diqqətini cəlb edən ən əhəmiyyətli idman tədbirlərindən biri olan "Formula - 1" yarışmasıdır. Azərbaycanın idman tarixində yeni bir səhifə olan elit yarışmalar sırasında yer alan "Formula-1" yarım əsrdən artıq tarixində yaddaqalan zamanını yaşayır. 2016-cı ildən başlayararaq, paytaxtımızda keçirilən "Formula-1" yarışlarının yüksək səviyyədə keçirilməsi üçün ölkəmizdə hər cür şərait yaradılıb. Azərbaycan növbəti dəfə "Formula - 1" yarışmasına ev sahibliyi edəcək.

Azərbaycan Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində olduğu kimi, idmanın inkişafına yönəlmiş qərarların qəbulu, tədbirlərin reallaşması idman sahəsində ölkəmizin yüksək beynəlxalq nüfuz qazanmasına səbəb olub. İdmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən qayğı öz müsbət nəticəsini verib. Son illərdə Bakıda və bütövlükdə, Azərbaycanda idman infrastrukturunun yaradılması istiqamətində böyük işlər görülüb. Bakı Olimpiya Stadionu, Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı Su İdmanı Sarayı, Bakı İdman Sarayı, "Baku Crystall Hall", Bakı Tennis Akademiyası, Heydər Əliyev adına İdman Arenası, "Bakcell Arena", Bakı Atıcılıq Mərkəzi, Bakı Ekspo Mərkəzi və digər idman kompleksləri müxtəlif növ yarışların keçirilməsinə imkan verir. İndi, nəinki paytaxt Bakıda, demək olar ki, ölkəmizin bütün bölgələrində müasir Olimpiya idman kompleksləri fəaliyyət göstərir. Dünyanın idman ictimaiyyətinin diqqətini çəkən Azərbaycanda - paytaxt Bakıda irimiqyaslı yarışlar yüksək səviyyədə təşkil olunub.

"FORMULA-1" YARIŞI ÖLKƏMİZƏ BÖYÜK İQTİSADİ DİVİDENDLƏR GƏTİRİR"

"FORMULA-1" azarkeşləri arasında keçirilən sorğuya əsasən, respondentlərin 74 faizi Formula 1 Azərbaycan Qran-Prisinin davamlı keçirilməsinin tərəfdarıdır. Azarkeşlərin 73 faizi Bakı şəhər halqasının F-1 yarışının təşkili üçün möhtəşəm yer olduğunu, 74 faizi isə onun ötmə manevri üçün ideal imkan yaratdığını qeyd edib. Ümumilikdə respondentlərin 62 faizi Bakı yarışının Formula 1 təqvimində ən sevimli yarışlardan biri olduğunu vurğulayıb. Beynəlxalq tədbirlərin keçirilməsi mürəkkəb bir mexanizmə malik olduğundan, təşkilatçılıq, təhlükəsizlik və iqtisadi imkanların mövcudluğu da həlledici rola malikdir ki, ölkəmizdə bütün bu və ya digər tədbirlər yüksək səviyyədədir. Təbii ki, keçirilən bu və ya digər tədbirlər turistlərin ölkəmizə axınını daha da gücləndirib. Bakıda keçirilən "Formula-1" Avropa Qran-Prisi yarışlarını dünyanın 200-yə yaxın ölkəsində 500 milyondan çox azarkeşin televiziya vasitəsilə izləməsi, təbii ki, ölkəmiz ətrafında olan münasibətləri formalaşdırır. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində Formula-1 yarışının ölkəmiz üçün çox böyük faydası olduğunu bildirib: "Birincisi, "Formula-1" yarışını keçirən şəhərlər inkişaf etmiş ölkələrin ya paytaxt şəhərləri, ya da ki, böyük şəhərləridir. Onların arasında Bakı şəhərinin mövcudluğu bizim üçün böyük hadisədir. İkincisi, "Formula-1" yarışı ölkəmizə böyük iqtisadi dividendlər gətirir, necə ki, bütün başqa şəhərlərə". Əlbəttə ki, "Formula-1" üzrə dünya çempionatının tamaşaçı auditoriyası bütün qitələri əhatə edir. Amerika, Avropa, Avstraliya, Asiya və Afrika ölkələrinin televiziya kanallarında yarışlar müntəzəm yayımlanır. Beş yüz milyon televiziya tamaşaçısının Avropa Qran-Prisində ən güclü pilotlarının mübarizəsini izləməklə yanaşı, şəhərimizin gözəlliyi ilə tanış olur, müasirliklə qədimliyin simvollarını özündə birləşdirən Bakı haqqında geniş məlumat əldə edə bilirlər. ABŞ-ın, Böyük Britaniyanın, Kanadanın, Fransanın, İspaniyanın, Avstraliyanın, Braziliyanın, Portuqaliyanın, Almaniyanın, İtaliyanın, Cənubi Afrika Respublikasının, Rusiyanın, Yaponiyanın və Polşanın, Hindistanın məşhur televiziya kanalları Bakı Qran-Prisini yayımlamaqla yanaşı, paytaxtımıza həsr olunan reportaj və materiallar hazırlayırlar. Azərbaycanın beynəlxalq nüfuzlu yarışlara yüksək səviyyədə ev sahibliyi etməsi, qədim tarixi abidələrimiz diqqətdən kənarda qalmır.

PERSPEKTİVLİ İDMANÇILAR NƏSLİ

Ölkəmizdə mötəbər idman yarışlarını keçirməsinin arxasında da, məhz Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsiz ölkə olması amili dayanır. Ölkəmizdə müasir tələblərə cavab verən möhtəşəm idman qurğuları fəaliyyət göstərir. 2015-ci ildə istifadəyə verilən Bakı Olimpiya Stadionu 68 min tamaşaçı tutumuna malikdir. Bu nəhəng idman qurğusu müasir memarlıq üslubu, xüsusi gözəlliyi və funksional baxımdan, əlverişliliyi ilə seçilir. Beynəlxalq standartlara tam cavab verən stadionda müxtəlif funksiyalı tribunalar, qaçış zolağı və digər infrastruktur yaradılıb. Əsas və köməkçi stadionlardan, həmçinin, mexaniki binadan ibarət olan stadionda əlil tamaşaçılar, VVIP, VIP, CIP və media bölmələri mövcuddur. Bakı Tennis Akademiyası da Azərbaycanda bu tipdə inşa edilmiş ilk idman qurğusudur. İlin bütün fəsillərində yerli və beynəlxalq yarış və məşqlərin keçirilməsi üçün müasir tələblərə cavab verən istilik və havalandırma sistemi quraşdırılıb. Bundan başqa 3 min tamaşaçı tutan mərkəzi universal stadion inşa olunub. Stadionda tennislə yanaşı, voleybol, mini-futbol, basketbol, həndbol, çimərlik voleybolu, güləş, boks və idmanın digər növləri üzrə ən mötəbər çempionatlar və turnirlər keçirmək mümkündür. Bu və ya digər idman qurğularının paytaxtımızda mövcudluğu yarışların möhtəşəm keçirilməsinə əsas verir. İdman qurğuları ilə yanaşı, ölkəmizin idman sahəsində qazandıqları nəticələr də, çox vacib amillər sırasındadır. Sevindirici haldır ki, idmançılarımız həmişə onlara göstərilən etimadı doğruldublar. Bu kimi tarixi nailiyyətlər gənclərimizin idmana maraq və həvəsini daha da artırdı. Azərbaycana 56 medal qazandıran Birinci Avropa Oyunları, bir daha təsdiqlədi ki, ölkəmizdə perspektivli, güclü idmançılar nəsli yetişməkdədir. Azərbaycanda idman və Olimpiya hərəkatının inkişafında da böyük canlanma var. Bütün bunlar Azərbaycanda həyata keçirilən idman siyasəti, həmçinin, idmanın inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğının məntiqi nəticəsidir.

Zümrüd BAYRAMOVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 30 İyul 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın müharibə aparmaq imkanları tədricən zəifləyir

02 İyul 2026 08:06see534

AAYDA ya məxsus bu idarələr ləğv olundu

02 İyul 2026 15:38see341

Normal maarifləndirmə işi aparmağa qaneedici vasitələr yoxdur

03 İyul 2026 14:16see314

Masallıda baş verən qəzada 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb

03 İyul 2026 01:33see297

MOİK ə 280 manat cəza

02 İyul 2026 01:55see293

Həddindən artıq istilərdə nə yeməli, nə içməli ? Düzgün qidalanma

01 İyul 2026 22:45see283

Azərbaycan Respublikası Prezidentinin 2006 cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

02 İyul 2026 16:18see245

Minatəmizləmə, səhiyyə və kəndlər üçün ayrıca 20 milyon avro...

02 İyul 2026 04:16see215

Yük maşını ilə çaya düşüb boğulan şəxsin meyiti TAPILDI

01 İyul 2026 22:43see207

Rusiya tam təhlükəsizdir təsəvvürünə artıq heç kim inanmaq istəmir

02 İyul 2026 08:31see197

Stomatoloq dövrü sona çatır: Dişlərimizi robotlar düzəldəcək

01 İyul 2026 22:36see189

İlham Namiq Kamalın oğlu məzun oldu

03 İyul 2026 01:20see184

Çinin bu kanalı nəzarətə götürməsinə imkan vermərik Tramp

02 İyul 2026 01:21see183

Tramp: Kuba ABŞ a doğru irəliləyir

02 İyul 2026 02:25see182

Trampdan bu ölkələrə PİS XƏBƏR

02 İyul 2026 04:05see181

Ürəyin ən böyük düşməni Yalnız bu amil ölüm riskini kəskin artırır

03 İyul 2026 01:42see181

Azərbaycanın TOP 10 özəl şirkətinin qeyri neft ixracı 2 dəfədən çox artıb SİYAHI

01 İyul 2026 23:08see179

DÇ 2026 da bu gün hansı oyunlar var? TƏQVİM

02 İyul 2026 09:16see163

Məşhur Hollivud aktyorları İspaniyaya azarkeşlik ediblər FOTO

03 İyul 2026 01:54see155

Qurbanov: “Futbolçular istəkli çalışdılar, hazırlıqları pis keçmədi”

02 İyul 2026 01:22see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri