Icma.az
close
up
RU
Fors major və şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi hallarının müqayisəli təhlili Aysu Nəbizadə yazır

Fors major və şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi hallarının müqayisəli təhlili Aysu Nəbizadə yazır

Mia.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Məlumdur ki, tərəflər arasında yaranan müqavilə münasibətlərində qarşısıalınmaz hallarda münasibətlərin xarakterini tənzimləmək məqsədilə fors-major müddəalarına yer verilir. Force majeure üstün güc mənasını verir.Bu ifadə həm təbii hadisələri, həm də insan hərəkətlərini də ifadə edir.  

Fors-major hal hesab edilən hadisələrin müqavilədə sadalanması zəruridir. Belə ki, doktrinada fors-major hal hesab edilən hadisələrin yalnız müqavilədə sadalananlardan ibarət olacağı bildirilir. Kel Kim Corp. v. Central Markets, Inc. işində fors-major maddələrinin dar bir şəkildə təfsir edilməli olması və yalnız müqavilədə açıq şəkildə qeyd edilən hallarla məhdudlaşmalı olmasına qərar verilmişdir.  

Praktikada müqavilədə qeyd olunan fors-major halların dairəsinə düşən hadisələrin baş verməsi hallarında məhkəməyə müqavilənin ləğv edilməsi iddiası ilə müraciət edilir. Bu zaman tərəflər şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halına istinad edərək hüquqi əsaslandırma həyata keçirirlər. Bununla da fors-major halı ilə şəraitin əhəmiyyətli dərəcədə eyniləşdirilməsi və ya onlar arasındakı dəqiq sərhədlərin müəyyən olmaması kimi hallar meydana gəlir.

Qeyd etmək lazımdır ki, Mülki Məcəllədə fors-major halına yer verilməmişdir. MM-in 422-ci maddəsində isə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, 423-cü maddəsində isə bu hal baş verdikdə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi ilə bağlı müddəalara yer verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenum Qərarında qeyd edilir ki, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsini qarşısıalınmaz qüvvədən (fors-major hadisə) fərqləndirmək lazımdır. Belə ki, qarşısıalınmaz qüvvə müqavilə öhdəliklərinin icrasını qeyri-mümkün etdiyi halda, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi öhdəliklərin son dərəcə ağır şərtlərlə icrasını şərtləndirir və onun icrası imkanını aradan qaldırmır. Bu halda öhdəliyin icrası mümkündür. Lakin bu cür icra tərəflərdən biri və ya müqavilədə iştirak edən bütün tərəflər üçün müqaviləni bağladıqları an mövcud olmuş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən iqtisadi cəhətdən yüklü olur. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi dedikdə, müqavilənin bağlandığı vaxt ölkədə mövcud olan, tərəflərdən asılı olmayan iqtisadi, hüquqi və digər faktorların əhəmiyyətli dərəcədə dəyişməsi başa düşülməlidir.

Mövcud formalaşmış mövqeyə əsasən fors-major baş verdikdə öhdəliklərin icrası mümkünsüz olur, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında isə icra çətin şərtlərlə də olsa mümkün olur.

Deməli fors-major qabaqcadan görülməz, qarşısı alına bilməyən, ehtiyati tədbirlər görülsə belə qarşısı alınması mümkün olmayan, baş vermə nəticəsində icranın mümkün olmaması nəticəsi yaradan və borclunun təqsiri ilə müşahidə olunmayan hadisədir. Şəraitin əhəmiyyəti dərəcədə dəyişməsi halında isə əvvəlkimdən fərqli cəhəti icra olduqca çətinləşmiş halda olsa da mümkün olur.  

Məsələn, A MMC təlim xidmətlərini həyata keçirən icraçıdır. B isə bu xidmətlərdən yararlanan sifarişçidir. Baş verən qarşısıalınmaz hal (təlim keçirilən yerdə yanğın baş verir) nəticəsində əyani şəkildə keçirilən təlim xidmətini həyata keçirmək mümkün olmur. Bunun nəticəsində tərəflər əyani yox, onlayn şəkildə müqavilə münasibətlərini davam etdirmək barədə razılığa gəlirlər. Buradan da görünür ki, əslində fors-major hal kimi nəzərdə tutulan hadisə baş versə də, icra mümkünsüz hesab olunmadı. Həmin hadisə icranı mümkünsüz hesab etsə idi fors-major hal hesab olunacaqdı. Amma icra mümkünsüz olmayıb dəyişmiş şəraitə uyğunlaşdığından həmin hal şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halıdır.

Nəticələri:

1.Fors-major hal baş verdikdə, müqavilənin şərtlərinə baxmaq lazımdır. Müqavilə icra mümkün olmama nəticəsində həmin an da xitam ola bilər, yaxud icra təxirə salına bilər. Təxirə salındıqda vəziyyət bir müddət sonra aradan qalxmadıqda, xitama gedilə bilər. (müqavilə şərtləri əsasında). MM-in 556-cı maddəsinə əsasən icra mümkün olmadıqda, yəni icra edilməmə tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəldikdə, öhdəliyə xitam verilir. Bu halda kreditor borcludan öhdəliyin icrasını tələb edə bilməz. Borclunun öhdəliyi yerinə yetirməsi kreditorun təqsirli hərəkətləri nəticəsində mümkün olmadıqda, kreditor öhdəlik üzrə özünün icra etdiklərini qaytarmağı tələb edə bilməz.

Deməli icra mümkünsüz olması nəticəsində kreditor öhdəlik üzrə özünün icra etdiklərini qaytarmağı tələb edir. Türk Borclar Qanunun 136-cı madddəsində də qeyd olunur ki, borcun icrası borclunun təqsiri olmayan səbəblər üzündən mümkünsüzdürsə, borc sona çatır. Qarşılıqlı borc yükləyən müqavilələlərdə mümkünsüzlük səbəbi ilə borcdan azad olan borclu qarşı tərəfdən almış olduğu icranı əsassız varlanma səbəbi ilə geri verməyə borcludur. 

Öhdəliyin icra olunmaması nəticəsində dəyən zərərdən azad olma məsələsi. Borclu şəxsin fors-major hala istinad edərək məsuliyyətdən azad olması xəbərdarlıq edib-etməməsinə bağlı olacaqdır. Bunun əsas səbəbi vaxtında xəbərdarlıq müqavilənin qarşı tərəfini icra olmama nəticəsində dəyəcək zərərlərdən maksimum şəkildə qorunması məqsədindən irəli gəlir. Xəbərdarlıq etməyən şəxs dəyəcək olan zərərin əvəzinin ödənilməsindən də azad olmayacaqdır. (MM 448.4)

Qeyd edildiyi kimi baş verən hadisə nəticəsində icra çətin şərtlərlə mümkün olursa, artıq bu hal icradan (öhdəlikdən) azad olma və müqavilənin birbaşa ləğvi nəticəsini doğurmur. Çünki bu hal şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi hesab olunur. Bu zaman da müqavilə şərtlərinə baxmaq lazımdır. Müqavilədə dəyişmiş şəraitə uyğunlaşma müddəasına da yer verilə bilər.(bununla da tərəflər razılaşmış hesab olunur ki, məhkəməyə dəyişdirmə və ya ləğv üçün müraciət edilməsi üçün əsas aradan qalxmış olur. Yaxud belə şərt olmasa da, tərəflər əlavə razılığa gələ bilərlər.Məsələn yuxarıdakı misalda tərəflər sonradan dəyişmiş şəraitə uyğunlaşdırdılar. MM 423.1-ci maddəsinə əsasən Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Dəyişmiş şəraitə uyğunlaşma ilə bağlı müddəaya yer verilməmişdirsə və ya razılıq əldə edilmədikdə müqavilə tərəfi artıq çətin şərtlərə görə müqavilənin ləğvi və dəyişdirilməsi məqsədilə MM-in 422-423-cü maddəsində nəzərdə tutulan hərəkətləri icra edir.

“422.2. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər:

422.2.1. müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər;

422.2.2. şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz;

422.2.3. müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı;

422.2.4. işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir.

422.3. Əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə görə müqavilə ləğv edilərkən tərəflərdən hər hansı birinin tələbi ilə məhkəmə müqavilənin icrası ilə əlaqədar çəkilmiş xərclərin tərəflər arasında ədalətli bölüşdürülməsi zərurətini əsas götürərək, müqavilənin ləğv edilməsi nəticələrini müəyyənləşdirir.

422.4. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsinə müqavilənin ləğvinin ictimai mənafelərə zidd olduğu və ya tərəflərə müqavilənin məhkəmə tərəfindən dəyişdirilmiş şərtlərlə icrası üçün zəruri məsrəflərdən xeyli çox olan zərər vuracağı müstəsna hallarda məhkəmənin qərarı ilə yol verilir.”

Beləliklə, yaranan situasiyanı icranın mümkün olub-olmaması baxımından qiymətləndirməli və ona müvafiq müqavilədə və qanunvericilikdə müəyyən edilmiş tədbirlər görülməlidir.

Aysu Nəbizadə,

Hüquqşunas

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:75
embedMənbə:https://mia.az
archiveBu xəbər 06 Fevral 2025 21:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İki il sonra üstü açılan qətlin Təfərrüatı

03 İyun 2025 04:20see154

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see135

Türkiyə ilə Yunanıstan arasında 5,8 bal gücündə zəlzələ baş verib

03 İyun 2025 03:55see123

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see123

Bu günə qədər Qareginin ünvanına güldən ağır söz deyilməyib

03 İyun 2025 09:40see120

Gəncədə qohumlar arasında dava Yaralılar var

03 İyun 2025 08:02see120

Ölkəmizin heç vaxt görmədiyi sürətlə silah yığırıq

03 İyun 2025 08:17see120

Yaponiyada isti havada əməkdaşlarına müdafiə təmin edə bilməyən şirkətlər cərimələnəcək

03 İyun 2025 03:07see119

Ağır yanıq xəsarətləri olan Çinarənin anası: Nə dərman, nə yemək ala bilirik

03 İyun 2025 12:20see116

Milan ın sabiq hücumçusu Yaxın Şərqdə oynayacaq RƏSMİ

03 İyun 2025 09:08see115

Marmarisdəki 5.8 bal gücündə zəlzələnin görüntüləri İnsanlar küçələrə axın etdi

03 İyun 2025 10:17see115

Qarabağda gecələyən əcnəbi turistlər otellərdə qalmırlar

03 İyun 2025 10:19see114

Bakıda bu yollarda sıxlıq var SİYAHI

03 İyun 2025 08:26see114

Siyarto: Macarıstan Trampın sülh planını dəstəkləməyə davam edəcək

03 İyun 2025 03:36see114

Pərviz Şahbazov: 2030 cu ilin sonunadək Azərbaycanda 1,5 milyard kubmetr təbii qaza qənaət ediləcək

03 İyun 2025 10:00see113

3 yaşlı qızını öldürən qadın həbsxanada ÖLÜ TAPILDI

03 İyun 2025 05:00see112

Şaqqıldyan avtomatlar, Əlikramın "strateji məhsul"u və “Lənkəranın İsveçrəsi”...

03 İyun 2025 10:30see112

Stress zamanı insanlar emosional yeməyə meyilli olurlar DİETOLOQ AÇIQLADI

03 İyun 2025 10:41see112

Bakıda McDonald s un yanında yanğın VİDEO

03 İyun 2025 11:24see111

Son illər Azərbaycan musiqisində ciddi geriləmələr müşahidə olunur KULTROLOQ ŞƏRH ETDİ

03 İyun 2025 12:05see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri