Icma.az
close
up
RU
Fransa Bakıdakı İran casusları ilə maraqlanırmış SENSASİON ifadə

Fransa Bakıdakı İran casusları ilə maraqlanırmış SENSASİON ifadə

Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə Martin Ryanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Martin Ryan Azərbaycanda casusluq fəliyyəti ilə məşğul olmaqda, topladığı məlumatları Fransa xüsusi xidmət orqanlarına ötürməkdə ittiham olunur.

Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, Ryan hakim qarşısına tək çıxarılmayıb.

O, müttəhim kürsüsünü dövlətə xəyanətdə ittiham olunan Azad Məmmədli ilə bölüşür.

Hər iki şəxs barəsində cinayət işi Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində istintaq olunub. Yerli və xarici media nümayəndələrinin, xarici səfirliklərin əməkdaşlarının qatıldığı proaesdə Martin Ryanın ibtidai istintaqa verdiyi ifadələrinin elanı başa çatıb.

Müttəhim ifadələrə münasibət bildirərək Fransa səfirliyinin əməkdaşları ilə əlaqələri barədə bunları deyib:

"Mənim görüşlərim gizli olmayıb. Azad Məmmədli ilə bağlı bunu deyə bilərəm ki, onun da gizli görüşləri olmayıb".

Məhkəmədə müttəhim Azad Məmmədlinin ibtidai istintaq zamanı verdiyi ifadələr də elan edilib. Avropa ölkələrinin bir çox şəhərlərində olmuş müttəhim deyib ki, oralarda "iş axtarmağa" başlayıb:

"Moskvada hüquq şirkətində işə düzəldim. Bu işə qəbul olunarkən məni təcrübəçi kimi götürdülər. Sonradan işim alınmadığı üçün Bakıya qayıtdım".

Müttəhim qeyd edib ki, daha sonra fransız dilini öyrənmək üçün kurslar axtarıb və “28 May” metrostansiyasının yanında Z.M.-in rəhbərlik etdiyi kursa yazılıb:

"Bir müddət sonra bulvarda Z.M.-lə rastlaşdım. Martin Ryan da onun yanında idi. Məni ona tələbəsi kimi təqdim etdi. Birlikdə kafedə görüşdük. Biz orada Fransa da daxil olmaqla, bir sıra Avropa ölkələrində iş tapmaqla bağlı məsələləri müzakirə etdik".

Müttəhim deyib ki, 2021-ci ildə Martin Ryan onu evində təşkil etdiyi qonaqlığa dəvət edib:

"Orada Fransa vətəndaşı Frederik Devos ilə məni tanış etdi. Həmin vaxt ona iş axtardığımı dedim. Bu söhbətdən sonra Frederik Devosla bir neçə dəfə görüşdük. Həmin vaxt mənə Rusiyanın postsovet ölkələri ilə mövqeyimi yazmağımı təklif etdi.

Mən yazılı analitik fikirlərimi göndərməyə razı olmadım. Bildirdim ki, düşüncələrimi ancaq görüşəndə danışa bilərəm. Bundan başqa, məndən Rusiyanın postsovet ölkələri ilə bağlı mövqeyim ilə yanaşı, İran-Azərbaycan, Rusiya-Azərbaycan münasibətləri, Azərbaycanda olan İran casusları, həmçinin "Hüseynçilər"lə bağlı soruşdu. Mən də sosial şəbəkələrdə bununla bağlı oxuduqlarımı ona danışdım. 2022-ci ildə Frederik Devos öz ölkəsinə getdi. Bundan sonra onunla əlaqə saxlamadım".

Azad Məmmədli ifadəsində göstərib ki, Bakıda keçirilən tədbirlərin birində Fransa səfirliyinin əməkdaşı olan Loran Qrardla tanış olub:

"O, mənə Fransa səfirliyinin tədbirlərində daim iştirak etdiyim üçün təşəkkürünü bildirdi, görüşməyi təklif etdi. 2022-ci ilin sonlarında onunla kafedə görüşdük. Həmin vaxt o, Rusiyanın geosiyasəti ilə bağlı fikirlərimi soruşdu. Mən də onunla fikirlərimi bölüşdüm. Daha sonra sanitar qovşağa getmək adı ilə masadan qalxdım. Geri qayıdanda stolun üstünə qələm qoyulduğunu gördüm. Məndən qələmi götürməyimi, orada elektron poçt olduğunu, həmin elektron poçt vasitəsilə əlaqə saxlamağımı məsləhət bildi. Mən qələmi götürmədim. Bundan sonra məndən “Siqnal” tətbiqi vasitəsilə əlaqə qurmağı təklif etdi. "Siqnal" tətbiqini telefonuma yüklədim. 2023-cü ildə bu tətbiq vasitəsilə əlaqə saxladıq. Sonrakı görüşlərdə Loran Qrard mənə Avropa ölkələrini əhatə edən turistik kitab hədiyyə etdi. Mən də qəbul etdim. Məndən kitabın arasında balaca zərf olduğunu, zərfdə elektron poçt olduğunu dedi. Mənə həmin elektron poçt vasitəsilə əlaqə saxlamağı məsləhət bildi".

Hakim deyib ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinin həcmi böyükdür, həmin ifadənin elanını bir iclasda yekunlaşdırmaq mümkün deyil. Bu səbəbdən növbəti iclasda Azad Məmmədlinin istintaqa verdiyi ifadəsinin davamı elan olunacaq.

İttiham aktına görə, Martin Ryanın Azərbaycan Respublikasında istehsal edilən silah-sursatlar, 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun komplektləşdirilməsi, Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olan və ya ehtiyata buraxılmış əlaqəyə cəlb edilməsi mümkün olan şəxslər, xaricdə fransız dilində təhsil almış şəxslər, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə vətəndaşları və hüquqi şəxslər, Fransa xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan üzərindən digər ölkələrə gizli pul köçürülməsinin təşkili imkanları, Böyük Britaniya, Əlcəzair, Türkiyə, Pakistan, İran, Çin, Somali, Mərkəzi Asiya dövlətləri və digər dövlətlərlə Azərbaycan arasında münasibət və əlaqələr, hərbi əməkdaşlıq planları, Azərbaycana idxal olunan silah-sursat barədə məlumatların əldə edilməsinə dair tapşırıqlar almasına və bu istiqamətlərdə fəaliyyətinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər DTX tərəfindən 2023-cü il dekabrın 4-də həbs olunublar. "Merkorama" MMC-nin baş direktoru olan Martin Ryana qarşı casusluq ittihamı irəli sürülüb.

İttihama görə, Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan "persona non-grata" elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib.

Növbəti proses oktyabrın 1-də davam edəcək.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 08 Sentyabr 2025 19:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see331

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see316

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see313

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see296

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see296

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see294

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see281

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see259

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see249

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see244

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see242

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see241

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see233

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see229

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see210

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see190

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see188

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see174

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri