Icma.az
close
up
RU
Fransa şirkətinin vitse prezidenti Bakıdakı məhkəmədə ifadə verdi

Fransa şirkətinin vitse prezidenti Bakıdakı məhkəmədə ifadə verdi

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

Külli miqdarda rüşvət alma və digər cinayət əməllərində ittiham olunan Fransanın “SAUR” şirkətinin vitse-prezidenti Anass Derrazın barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verərkən o, Azərbaycana işgüzar səfərə gəldiyini bildirib:

"Azərbaycanın su infrastrukturuna yatırım etməyə gəlmişdim. Ölkəyə gəlməyimin ikinci günündə DTX-nin inzibati binasında ifadə verdim. Mən passiv korrupsiya və cinayət yolu ilə əldə olunmuş əmlakı leqallaşdırmada iştirakda günahlandırılıram. pizza

Baş vermiş hadisə ilə bağlı deyə bilərəm ki, 2022-ci ilin oktyabr ayında Fərhad Əhmədovun ofisi tərəfindən mənə müraciət olunub. Onun yoldaşından boşanması ilə əlaqədar London Məhkəməsiində əmlakının dondurulmasına qərar verilmişdi. Ona görə Fərhad Əhmədov 500 milyon dəyərində yaxtasının illik xərcinin 16 milyon dollardan hesablanması ilə bağlı və digər hüquqi məsələləri həll etmək üçün mənə müraciət edib.

Mənim konsultant olaraq fəaliyyətimi eşidib mənimlə əlaqəyə keçib. Həmin dövrdə mən "Viola" şirkəti ilə bir neçə milyardlıq layihələri idarə edirdim. Hamı məni çox çətin məsələləri düzgün şəkildə idarə edə bilmə bacarığıma görə tanıyırdı.

Fərhad Əhmədovla müqavilələr imzalaşmışdıq, mən onlara hüquqi müstəvidə yardım edəcəkdim. O, mənə işlərini görməyim üçün etibarnamə də təqdim etmişdi. Xahiş edirəm onu iş materiallarına da əlavə edəsiniz".

Məhkəmədə həmin sənədin iş materiallarına əlavə olunduğu bildirilib.

A.Derraz ifadəsinin davamında bildirib ki, həmin etibarnaməyə əsasən, F.Əhmədovun "Luna" adlı yaxtası ilə bağlı məsələlərdə strateji məsləhətçisi olub: "Mən strateji məsləhətçi və komandaya liderlik göstərərək, Əhmədov adından yaxta ilə bağlı prosedurları həyata keçirmişəm. Vəzifəm hüquqi prosedurlara nəzarət idi".

Şirkətin vitse-prezidenti deyib ki, ittihamlara tək-tək cavab vermək istəyir: “Avansın məbləği 200 min dollar idi. Əgər dondurmanı aradan qaldırmağı bacarsaydım, o, mənə 2 milyon dollar ödəməli idi. Bu rəqəmi 500 milyon dollarlıq aktivlə müqayisə edirdik. Qısa zamanda problemi aradan qaldırmağa çalışırdıq. Çünki texniki səbəblərə görə yaxtanın dəyəri hər gün düşürdü.

Müqavilə imzalanarkən Benalla isə həmin vaxt artıq Fransa prezidenti Makronun administrasiyasından qovulmuşdu və Fransada Benalla haqda araşdırma aparılırdı. Mənə Benalla haqda Fərhad Əhmədov bildirmişdi ki, yoldaşı ilə bağlı məsələlərə Benalla dəstək olub və işində professionaldır, Dubayda da yaxşı əlaqələri var. Əhmədov da bunu ifadəsində göstərib. Mən də sadəcə, Fərhad Əhmədovla çalışmış, onlara yardım etmişəm, məlumat vermişəm".

İş materiallarına əlavə olunmuş sənədlərin ingilis dilindən tərcümə olunması üçün proses təxirə salınıb.

Növbəti proses sentyabrın 11-nə təyin edilib.

İttihama görə, DTX tərəfindən istintaqı aparılan cinayət işi üzrə Fransa Prezidentinin Mühafizə Xidmətinin sabiq rəhbəri Aleksandr Benalla və Fransanın milyardlarla dövriyyəsi olan “SAUR” şirkətinin vitse-prezidenti Anass Derraz 2018-ci ildə Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədovun aktivlərinə qarşı beynəlxalq sanksiyaların ləğvi müqabilində külli miqdarda rüşvət alma və digər cinayət əməllərində ittiham olunurlar.

Həmin iş üzrə əvvəllər xarici və yerli mətbuatda dərc edilmiş məqalələrdə qeyd edilir ki, adıçəkilən şəxslər Fərhad Əhmədovdan rüşvət tələb ediblər və bunun müqabilində sonuncunun dəbdəbəli “Luna” yaxtasının beynəlxalq həbsdən azad ediləcəyini, özünün sanksiyalardan qorunacağını vəd ediblər.

Məlumatlara əsasən, F.Əhmədov milyonlarla dollarlıq rüşvətin bir hissəsini Anass Derrazın “AL HILAL BANK”-dakı hesabına və Aleksandr Benallanın “BANK OF AFRICA UNITED KINGDOM PLC SC PAR”-dakı hesabına köçürüb.

Məlum olmayan formada istintaqın əlinə keçən A.Derraz Azərbaycanda məsuliyyətə cəlb olunaraq ölkədən çıxışına qadağa qoyulub, A.Benallanın isə beynəlxalq axtarışa verilməsi ilə bağlı İNTERPOL-a müraciət olunub.

Anass Derraza AR Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 32.5, 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) maddələri ilə ittiham elan olunub. Onun barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:202
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 31 İyul 2025 23:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri