Icma.az
close
up
RU
Fransa hakimiyyəti miqrantlara qarşı dözülməz və zorakı münasibət sərgiləyir ŞƏRH AZƏRTAC

Fransa hakimiyyəti miqrantlara qarşı dözülməz və zorakı münasibət sərgiləyir ŞƏRH AZƏRTAC

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 8 yanvar, AZƏRTAC

Prezident İlham Əliyev dünən yerli televiziyalara verdiyi müsahibədə haqlı olaraq Fransanın həyata keçirdiyi müstəmləkəçilik siyasətinə yer ayırıb. Qeyd etmək lazımdır ki, bu məsələ hazırda qlobal gündəmdə olan əsas problemlərdən biridir və bir çox dünya dövlətlərini narahat etməkdədir. Bakıda keçirilən COP29 tədbirində də Afrika ölkələrinin üzləşdiyi Fransa müstəmləkəçiliyi ilə bağlı problemə yer ayrıldı, çünki bu tədbirdə Afrika ölkələri geniş təmsil olunmuşdu. Son illər müxtəlif beynəlxalq platformalarda müstəmləkəçiliyə qarşı mübarizə daha geniş vüsət almağa başlayıb. Azərbaycan beynəlxalq miqyasda neokolonializmə son qoyulması üçün praktik işlər həyata keçirir, neokolonializmin istənilən formasına qarşı mübarizə aparır, bu istiqamətdə ictimai və vətəndaş hərəkatlarına dəstək göstərir. Uzun illər müstəmləkəçilikdən əziyyət çəkən bir ölkə olaraq Azərbaycan bu ağrını öz üzərində yaşamışdır, ona görə müstəmləkəçilikdən əziyyət çəkən xalqlar və ölkələr Azərbaycanı bu bəladan xilas olmaq üçün bir ümid və nicat yeri kimi görür. Fransanın əsarəti altında yaşayan ölkələrə nəzər salsaq, onların necə acınacaqlı vəziyyətdə, səfalət və yoxsulluq içində yaşadığının şahidi olarıq. Şübhəsiz ki, bunun əsas səbəbi Fransanın uzun illərdir yürütdüyü yarıtmaz sosial-iqtisadi siyasətlə bağlıdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov deyib.

V.Əhmədov qeyd edib ki, bu xalqlar və ölkələr öz hüquqlarını tələb etməyə başladığı halda böyük basqı ilə üzləşərək təqib olunurlar və həbs edilirlər, onların həyatlarına ciddi təhlükə yaranır. Bu xalqların və ölkələrin hüquqlarının qorunması hələ Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründən başlayıb. Azərbaycan Afrika qitəsinin və Qlobal Cənubun bir çox ölkələrinin müstəmləkəçilik dövrünün tarixi ilə yaxından tanış olub. Bu təmaslar sonradan digər beynəlxalq platformalarda da davam edib və bu faktlar tədricən imkan verib ki, Azərbaycan ictimaiyyəti də müasir dünyada hələ də mövcud olan müstəmləkəçilik halları ilə yaxından tanış olsun. Bu ölkələrin nümayəndələrinin iştirakı ilə Bakıda bir neçə beynəlxalq konfrans təşkil olunub. Bütün bunlar Azərbaycanı neokolonial ölkələr üçün bir beynəlxalq tribunaya çevirdi, Azərbaycan ictimaiyyətinə imkan yaratdı ki, bu xalqların yaşadığı ağrı və acılarla yaxından tanış olsun.

Fransanın müstəmləkəçilik siyasətinin artıq uzun illərdir ki davam etdiyini vurğulayan V.Əhmədov deyib: “Fransa bu siyasətə son qoymaq əvəzinə son illər bunu daha da sərtləşdirib. Fransa hakimiyyəti miqrantlara qarşı dözülməz və zorakı münasibət sərgiləyir, artıq bunu Fransada yaşayan fransızlar da etiraf edirlər. Məhz buna görə artıq həm Fransada yaşayan və hüquqları pozulan xalqlar, həm də Fransadan minlərlə kilometr uzaqda yerləşən ölkələrdə xalq hərəkatı, etirazlar geniş vüsət alıb. Baxmayaraq ki, Fransa Azərbaycanı onların daxili işlərinə qarışdığını iddia edir, lakin bu həqiqətə uyğun deyil. Azərbaycan sadəcə bu xalqlara və hərəkata dəstək verir. Təəssüf ki, Qərbdə yerləşən bir sıra aparıcı beynəlxalq təşkilatlar insan haqları və digər mövzularda yüzlərlə beynəlxalq tədbirlər və görüşlər keçirsələr də, neokolonializm kimi vacib və aktual mövzuya toxunmur, bu mövzuda hər hansı yerli, yaxud beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsinin şahidi olmuruq. Məhz bu səbəbdən səsləri yaxşı eşidilməyən bu xalqlar daima alternativ platforma axtarışında olublar. İndi Fransa dövləti heç zaman olmadığı qədər illərdir haqlarını pozduğu müstəmləkəsi olan ölkələrdə yerli xalqların etiraz aksiyaları və nümayişləri ilə üzləşib, bunun qarşısını almaqda çox aciz görünür, məhz bu səbəbə görə öz dilində təhsil almaq kimi haqlı hüquqlarını tələb edən xalqların hüquq müdafiəçilərinə qarşı sərt tədbirlər görür, nümayişlərdə onlara güc tətbiq edir, onlar Fransa polisi tərəfindən vəhşicəsinə hücuma məruz qoyulur. Bütün bunlar şübhəsiz ki, dözülməzdir və bu etirazlar Fransa kimi dövlətin qarşısında ciddi bir çağırış sayıla bilər”.

Vüqar Əhmədovun sözlərinə görə, Azərbaycan həqiqət bildiyi maraqların müdafiəsində müstəqildir, hər bir ölkənin qlobal maraqları olduğu kimi, Azərbaycanın da qlobal maraqları vardır və bu qlobal maraqları həyata keçirmək aktiv xarici siyasətin yürüdülməsindən keçir. Bu prosesdə ictimai təşkilatlar, QHT-lər və media aktiv rol oynayır, ona görə də dövlətimizin başçısı QHT-lərin bu istiqamətdə bundan sonra da fəaliyyətini davam etdirməsinin vacibliyini vurğulayır. Bakı Təşəbbüs Qrupu bu istiqamətdə çox mühüm işlər həyata keçirir, artıq onların təşəbbüsü ilə biz bir sıra mühüm tədbirlərin şahidi olmuşuq. Neokolonializmə etiraz edən fəallar Parisdə və digər paytaxtlarda, Kaledoniya və digər ərazilərdə Azərbaycan bayrağını dalğalandıraraq səslərinin eşidilməsini tələb edirlər. Şübhəsiz ki, bu prosesdə ictimai təşkilatların və QHT-lərin rolu və fəaliyyəti çox önəmlidir və bu proses davamlı şəkildə aparılmalı, beynəlxalq platformalarda və təşkilatlarda gündəmə gətirilməlidir. Azərbaycan bu gün bu prosesdə beynəlxalq müstəvidə ən fəal iş aparan ölkələrdən biridir, ona görə ictimai təşkilatlar, QHT-lər də aktiv rol almağa çalışır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Yanvar 2025 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see252

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see147

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see147

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see141

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see139

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see136

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see136

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see134

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see132

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see132

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see132

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see129

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri