Icma.az
close
up
RU
Fransa müstəmləkə altında saxladığı xalqlara qarşı repressiv siyasətinə son qoymalıdır ŞƏRH AZƏRTAC

Fransa müstəmləkə altında saxladığı xalqlara qarşı repressiv siyasətinə son qoymalıdır ŞƏRH AZƏRTAC

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 7 yanvar, AZƏRTAC

Azərbaycan Cənubi Qafqazın lideri və regionda söz sahibi olan dövlətdir. Dövlətimizin öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi isə bölgədə yeni reallıqlar yaradıb. Lakin müəyyən beynəlxalq dairələr Azərbaycanın işğalçı Ermənistan üzərində Qələbə qazanmasını həzm edə bilmir. Bu baxımdan, Fransa “öndə” gedir. Bu ölkənin başçısı Makronun səfirlər konfransında Azərbaycana qarşı səsləndirdiyi fikirlər də məhz onun uğurlarımıza qarşı qısqanclığının göstəricisidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

O bildirib ki, Fransa Prezidenti Makron Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin etməsini hələ də qəbul etmək istəmir. Amma onun nə istəməsindən asılı olmayaraq, dövlətimiz öz gücünə beynəlxalq hüququn normalarını, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini icra edib. Lakin rəsmi Paris öz mövqeyi ilə əslində beynəlxalq hüququn normalarına hörmətsizlik edir. Fransanın indiki mövqeyi Cənubi Qafqazda sülhə və təhlükəsizliyə böyük təhdiddir. Ermənilərin maraqları naminə bu ölkə beynəlxalq hüquqa hörmətsizlik edir, bəşəri dəyərləri ayaqlar altına atır. Bu, o deməkdir ki, Fransa hökuməti və parlamenti, bu ölkənin ayrı-ayrı siyasi dairələri uzun illərdir açıq irqçi, azərbaycanofob, türkofob və islamofob fəaliyyət nümayiş etdirirlər. Bu yanaşma Fransanın dövlət siyasəti səviyyəsinə çatıb. Eyni zamanda, Fransa parlamentinin qərarları beynəlxalq hüququn normalarına və prinsiplərinə zidd olmaqla, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı qərəzli və ədalətsiz addımdır. Fransa parlamenti hələ 2020-ci ilin noyabrında - Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfərdən qısa müddət sonra o vaxt Qarabağdakı separatçı rejimin tanınmasının zərurəti haqqında qətnamə qəbul etmişdi. Eləcə də, Ordumuz Qarabağda erməni separatizminin kökünü kəsərək suverenliyimizi tam bərpa etdikdən sonra rəsmi Paris ölkəmizə qarşı qərəzini daha da artırıb. Fransanın Ermənistanı silahlandırması isə Cənubi Qafqazda yeni müharibə təhlükəsi yaradır.

Sevinc Fətəliyevanın sözlərinə görə, özünü demokratiyanın beşiyi kimi təqdim etməyə çalışan Fransa bir sıra xalqlara qarşı müstəmləkə siyasəti həyata keçirir. Fransanın məkrli neokolonial siyasətinin təzahürü olan dənizaşırı ərazilərində apardığı uğursuz fəaliyyətin səbəblərinin Azərbaycan üzərinə yönləndirilməsi isə Parisin yanlış siyasətindən xəbər verir. Azərbaycan müstəmləkəçiliyə və neokolonializmə qarşı mübarizə aparan xalqları dəstəkləyir. Dövlətimiz bu mövqeyini bütün beynəlxalq platformalarda bəyan edib. “Azərbaycan bu məsələdə prinsipial mövqe nümayiş etdirir və Fransanın müxtəlif xalqlara qarşı repressiv siyasətinə etiraz səsini ucaldır. Eyni zamanda, müstəmləkəçiliyə qarşı aparılan mübarizəyə siyasi və mənəvi dəstək verilir. Bakı Təşəbbüs Qrupunun yaradılması da bu məqsədə xidmət edir. Ona görə də, Fransa Prezidenti Makron ölkəmizi əsassız olaraq ittiham etmək əvəzinə, ilk növbədə, müstəmləkə altında saxladığı xalqlara qarşı repressiv siyasətinə son qoymalı, həmin xalqların tələblərini yerinə yetirməlidir”, - deyə Milli Məclisin deputatı vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Yanvar 2025 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see165

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see160

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see130

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see127

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri