Icma.az
close
up
RU
Donald Tramp miqrantlara qarşı kütləvi kampaniyaya başlayıb AZƏRTAC

Donald Tramp miqrantlara qarşı kütləvi kampaniyaya başlayıb AZƏRTAC

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 21 yanvar, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp bazar ertəsi miqrantlara qarşı kütləvi kampaniyaya başlayıb. O, bununla əlaqədar Amerika hərbçilərinə sərhədlərin təhlükəsizliyini təmin etmək göstərişi verib. Bundan başqa, miqrantların sığınacaqlara yerləşdirilməsi ilə bağlı geniş qadağa və ABŞ ərazisində dünyaya gəlmiş uşaqların vətəndaşlıq almalarına məhdudiyyətlər tətbiq edilib.

AZƏRTAC xəbər verir ki, ölkədə qeyri-qanuni miqrasiyanı fövqəladə vəziyyət kimi elan edən Tramp sərhəddə divar çəkilməsi, miqrantlar üçün müvəqqəti saxlanma yerlərinin yaradılması və onların geri göndərilməsinə Pentaqonun dəstək göstərməsi tapşırığını verib. Prezident, həmçinin ehtiyac duyulduğu təqdirdə sərhədə ordu göndərilməsinə dair müdafiə nazirinə səlahiyyət verib.

“Reuters” agentliyi yazır ki, Donald Tramp sərhədlərin təhlükəsizliyini gücləndirməyə və rekord sayda miqrantın deportasiya ediləcəyinə söz verib. O, administrasiyasını “Meksikada qal” proqramını bərpa etməyə çağırıb. Bu proqram çərçivəsində meksikalı olmayan miqrantlar ABŞ-la əlaqəli işlərinə dair qərarı gözləmək üçün Meksikada qalmağa məcbur idilər.

“Ali baş komandan olaraq, ölkəmizi təhlükə və işğaldan qorumaqdan daha üstün məsuliyyətim yoxdur və məhz bunu da etməyə hazırlaşıram”, – deyə Tramp inauqurasiya zamanı etdiyi çıxışında qeyd edib.

İnauqurasiyadan sonra ABŞ sərhəd orqanları keçmiş Prezident Co Baydenin “CBP One” proqramını bağladıqlarını elan ediblər. Bu proqrama məxsus tətbiq vasitəsilə yüz minlərlə miqrant qəbula yazılaraq ABŞ-a leqal yolla daxil ola bilirdi.

Respublikaçılar qeyd edirlər ki, Baydenin prezidentliyi dövründə milyonlarla mühacir qeyri-qanuni yolla sərhədi keçərək ABŞ ərazisinə daxil olandan sonra kütləvi deportasiya halları labüd oldu. ABŞ hökumətinin hesablamalarına görə, 2022-ci ilin əvvəlində ABŞ-da 11 milyon qeyri-leqal və ya müvəqqəti qalma statusu olan miqrant olub, bəzi analitiklər isə bu rəqəmin 13-14 milyon olduğunu iddia edirlər.

Tramp özünün “doğum hüququ əsasında vətəndaşlıq” sərəncamında Amerika agentliklərini ABŞ-da dünyaya gəlmiş uşaqların valideynlərindən ən azı birinin ABŞ vətəndaşlığı olmadığı və ya burada daimi yaşamadığı təqdirdə onları vətəndaşlığını təsdiq etməməyə çağırıb.

O, digər fərmanı ilə qaçqınların ABŞ-a köçməsini azı 3 ay müddətinə dayandırıb və müəyyən ölkələrdən olan səyahətçilərə səfər qadağasının tətbiq edilməsinin lazım olub-olmadığına dair təhlükəsizlik yoxlamalarının aparılmasını tapşırıb.

Tramp, həmçinin cinayətkar kartlellərin xarici terror təşkilatı kimi tanınması və xarici dəstələrə qarşı 1798-ci ilin “Xarici düşmənlər haqqında Qanun”un tətbiq edilməsi təşəbbüsünü irəli sürüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:245
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Yanvar 2025 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see379

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see281

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see266

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see255

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see251

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see246

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see242

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see241

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see235

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see226

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see215

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see204

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see201

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see201

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see199

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see199

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see199

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see191

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see189

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri