Icma.az
close
up
RU
Fransa maliyyə böhranı riski ilə üz üzədir: bu təhlükə hər gün artır

Fransa maliyyə böhranı riski ilə üz üzədir: bu təhlükə hər gün artır

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Paris, 26 avqust, AZƏRTAC

Respublikaçılar partiyasından (LR) deputat və büdcə üzrə baş məruzəçi Filip Jüvən Fransanın dövlət maliyyəsinin vəziyyəti ilə bağlı xəbərdarlıq edib. Onun fikrincə, ölkə borclanma xərclərini azaltmaq üçün tədbirlər görməsə, kəskin və nəzarətsiz maliyyə böhranı riski getdikcə artacaq.

AZƏRTAC xəbər verir ki, Fransanın dövlət maliyyəsinin vəziyyəti ilə bağlı narahatlıqlar artır. Filip Jüvən “France Télévisions” kanalında yayımlanan “Télématin” proqramında ölkənin maliyyə vəziyyəti barədə xəbərdarlıq edib.

Onun sözlərinə görə, maliyyə böhranı riski hər gün artır və tədbirlər görülmədiyi təqdirdə bu təhlükə daha da böyüyəcək. Deputat əsas xəbərdarlıq siqnalı kimi Fransanın maliyyə bazarlarından borc alarkən ödədiyi faizlərin yüksəlməsini göstərib. Bu artım xüsusilə avqust ayında nəzərəçarpacaq dərəcədə sürətlənib.

Jüvənin fikrincə, investorlar hələ də Fransaya etimad göstərirlər, lakin ölkənin müxtəlif borclanma əməliyyatları ilə bağlı riskləri nəzərə alaraq dövlətə daha baha şərtlərlə kredit verirlər.

Deputat mövcud vəziyyətin əsas səbəbini dövlət xərcləri ilə gəlirlər arasındakı ciddi balanssızlıqda görür. Onun hesablamasına görə, Fransa dövlət büdcəsi təxminən 330–340 milyard avro vergi gəliri əldə edir və təxminən eyni məbləğdə borclanır.

Bununla belə, Jüvən hesab edir ki, Fransa hələ iflas həddində deyil, çünki ölkə borc almaqda davam edir. Lakin əsas risk kreditorların Fransaya olan etimadını qəfil itirməsidir.

Deputat bildirir ki, Fransanın maliyyə vəziyyəti beynəlxalq kreditorlar tərəfindən diqqətlə izlənilir və ölkə Beynəlxalq Valyuta Fondunun (BVF) də nəzarəti altındadır.

Jüvən bir neçə həftə əvvəl BVF nümayəndələri ilə görüşdüyünü bildirərək, kreditorların Fransaya etimadını hələ saxladığını, lakin bunun getdikcə çətinləşdiyini vurğulayıb.

Onun fikrincə, bu tendensiya davam edərsə, Fransa kəskin və nəzarətsiz maliyyə böhranı ilə üzləşə bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Avqust 2026 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see373

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see335

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see293

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see269

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see266

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see257

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see246

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see239

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see238

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see225

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see219

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see217

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see214

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see211

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see210

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see206

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see206

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see200

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see199

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri