Fransa millimizdən güclüdür, amma inanmıram ki, hansısa komanda bizi 10:0 məğlub edə bilsin
Icma.az, Sportal.az saytına istinadən bildirir.
Azərbaycan milli komandasının sabiq hücumçusu Ruslan Qurbanov Sportal.az saytına açıqlamasında Fernandu Santuşun yığma komandasındakı fəaliyyətini şərh edib.
O, millidə portuqaliyalı mütəxəssə ehtiyacın olmadığını da söyləyib: "Mən həmişə deyirdim ki, yerli mütəxəssislər legionerlərdən pis deyil. Amm qərarı verən AFFA-dır. Ona görə də bir söz demək olmur. Lakin fikrimcə, 2025-ci ilin sonunda AFFA Fernandu Santuşu postundan uzaqlaşdıracaq".
Qurbanov, Fernandu Santuşun rəhbərlik etdiyi kollektivin DÇ-2026-da yer alacağı qrupdakı şanslarını dəyərləndirib. Belə ki, Ukrayna və İslandiya milliləri bəllidirsə, növbəti komandanın Fransa və ya Xorvatiya hələ dəqiq deyil. O, vaxtı ilə Fransaya 0:10 uduzan millimizin indiki dönəmdə həmin rəqiblə qarşılaşarsa, belə uduzacağına inanmadığını deyib:
"Futbolçu kimi böyümək istəyiriksə, o zaman kiminlə oynamağımızın fərqi olmamalıdır. Fransa millimizdən güclüdür. Bu, aydın məsələdir. Amma mən inanmıram ki, hansısa milli bizi 10:0 məğlub edə bilsin. Komandamız hamıya qarşı mübarizə aparır. Millimizin yaxşı nəticə göstərəcəyinə inanıram. Mən istəyirəm ki, bütün Azərbaycan xalqı qələbəni Milli ilə birlikdə hiss etsin",
Mirbaöırağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 12 Yanvar 2025 23:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















