Fransa ordusu Rusiyadan yola düşən neft tankerini ələ keçirdi
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
Fransa ordusu Murmanskdan (Rusiya) yola düşən və Mozambik bayrağı altında üzən "Deyna" tankerini saxlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Aralıq dənizinin Dənizçilik Prefekturası sosial şəbəkə hesabında məlumat yayıb.
"Martın 20-də Fransa Hərbi Dəniz Qüvvələri Aralıq dənizinin qərbində açıq sularda Mozambik bayrağı altında üzən və Murmanskdan yola düşən "Deyna" neft tankerinə qarşı əməliyyat keçirib", - deyə məlumatda bildirilib.
Fransa Prezidenti Emmanuel Makron da sosial şəbəkə hesabında sözügedən gəminin saxlanılması barədə paylaşım edib:
"Bu səhər Fransa donanması Aralıq dənizində daha bir gəmini - "Deyna"nı ələ keçirib".
Bu mövzuda digər xəbərlər:Fransa Rusiyadan gələn neft tankerini saxladı...
22 Yanvar 2026 20:01
Fransa Rusiyadan gələn şübhəli gəmini ələ keçirdi
22 Yanvar 2026 19:21
Fransa Rusiyadan gələn neft tankerini saxlayıb Makron
01 İyun 2026 09:56
Fransa neft tankerini ələ keçirdi Qanunsuz yanacaq daşıyırmış...
13 Oktyabr 2026 00:31
Fransa Rusiya tankerini belə ƏLƏ KEÇİRDİ VİDEO
02 Oktyabr 2025 09:27
Baxış sayı:178
Bu xəbər 20 Mart 2026 18:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















