Icma.az
close
up
RU
Fransa parlamenti hökumətə etimadsızlıq barədə qətnaməni rədd ETDİ

Fransa parlamenti hökumətə etimadsızlıq barədə qətnaməni rədd ETDİ

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Fransanın Milli Assambleyasının (parlamentin aşağı palatası) deputatları Baş nazir Sebastyen Lekornunun rəhbərlik etdiyi hökumətə qarşı irəli sürülmüş etimadsızlıq qətnaməsini qəbul etməyiblər. Səsvermənin nəticələrinə görə, qətnamənin qəbul olunması üçün tələb olunan səs sayı toplanmayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Milli Assambleyanın sədri Yael Braun-Pive plenar iclas zamanı bildirib.

Etimadsızlıq votumunu 267 deputat dəstəkləyib. Qətnamənin qəbul edilməsi üçün isə 577 deputatdan azı 289-nun  yəni mütləq əksəriyyətin səsi tələb olunurdu. Beləliklə, qətnamənin qəbuluna 22 səs çatmayıb. Qətnamə solçu “Tabe Olmayan Fransa” partiyası tərəfindən irəli sürülüb. Buna səbəb baş nazir Lekornunun ölkənin dövlət büdcəsi haqqında qanunun üçüncü və son hissəsini parlamentdə səsvermə keçirmədən, Konstitusiyanın 49-cu maddəsinin 3-cü bəndinə əsasən hökumətin məsuliyyəti altında qəbul etməsi olub. Partiyanın parlament fraksiyasının rəhbəri Matilda Pano bildirib ki, qətnamə ilk növbədə fransızları “misli görünməmiş dərəcədə sərt” adlandırdığı büdcə qanunundan xilas etmək məqsədi daşıyır.

Lekornu daha əvvəl Konstitusiyanın bu maddəsindən istifadə etməyəcəyinə söz versə də, bir neçə mərhələli parlament müzakirələrinin nəticəsiz qalmasından sonra bu addımı atmağa məcbur olduğunu açıqlayıb. Baş nazirin sözlərinə görə, büdcə layihəsinin parlamentdə müzakirəsi “Tabe Olmayan Fransa” partiyası və sağçı “Milli Birlik” tərəfindən bloklanıb ki, bu da büdcənin vaxtında qəbul edilməsinə imkan verməyib.

Yanvarın 27-də parlamentdə çıxış edən Lekornu qeyd edib ki, müzakirələr zamanı hökumətin hazırladığı büdcə layihəsinə real və ciddi alternativ təqdim olunmayıb. Onun sözlərinə görə, 350 saatlıq parlament debatları ərzində ya daha böyük dövlət borcu, ya daha yüksək vergilər, ya da həyata keçirilməsi mümkün olmayan qənaət tədbirləri nəzərdə tutmayan heç bir inandırıcı alternativ irəli sürülməyib. Baş nazir bəzi məqamların isə “hətta karikaturanı xatırlatdığını” vurğulayıb.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:237
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 27 Yanvar 2026 23:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see309

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see304

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see288

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see284

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see282

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see281

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see276

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see270

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see267

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see259

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see249

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see244

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see240

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see237

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see231

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see226

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see225

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see225

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see213

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri