Fransa Rusiya nefti daşıyan tankeri saxladı Makron açıqlama yaydı
Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Fransa Hərbi Dəniz Qüvvələri Hind okeanında Rusiya neftinin daşınmasında iştirak edən və "kölgə donanması"na daxil olan növbəti tankeri saxlayıb.
Fransa Prezidenti Emmanuel Makronun verdiyi məlumata görө, oktyabrın 13-ü səhər saatlarında həyata keçirilən əməliyyat nəticəsində "DF Peak" adlı tanker ələ keçirilib. Gəmi Reyunyon adasından təxminən 450 dəniz milindən (833 kilometrdən) çox cənubda yerləşən beynəlxalq sularda saxlanılıb.
Rəsmi Parisin açıqlamasına görə, tanker saxta bayraqdan istifadə etməkdə və qanunsuz yanacaq daşımalarında şübhəli bilinir. "Marine Traffic" məlumat bazasının təqdim etdiyi rəqəmlərə əsasən, gəmi formal olaraq Benin bayrağı altında hərəkət edir.
Emmanuel Makron sosial media hesabında və açıqlamalarında qeyd edib ki, bu əməliyyat beynəlxalq dəniz hüququna tam uyğun şəkildə həyata keçirilib: “Bu addım qanunun aliliyini təmin etmək və harada baş verməsindən asılı olmayaraq bütün qanunsuz ticarət növlərinə qarşı mübarizədə qətiyyətimizi bir daha nümayiş etdirir.”
Qeyd etmək lazımdır ki, bu, Fransa hərbçilərinin Rusiya ilə əlaqəli "kölgə donanması"na qarşı həyata keçirdiyi ilk belə əməliyyat deyil. Ötən payızdan etibarən Fransa Silahlı Qüvvələri müttəfiqləri ilə birlikdə bənzər şübhəli gəmiləri – "Grinch", "Boracay", "Deyna", "Tagor" və "Deliver" tankerlərini də saxlamışdı. Təcrübə göstərir ki, bu cür saxlanmalardan sonra gəmilər adətən ciddi hüquqi prosedurlardan keçirlər. Məsələn, daha əvvəl saxlanılan "Grinch" tankerinin ekipajı Komor adalarının bayrağından qanunsuz istifadəni əsaslandıra bilmədiyi üçün gəmi sahibləri bir neçə milyon avro məbləğində cərimə ödəməli olmuşdular. Fransız rəsmiləri tərəfindən buraxıldıqdan sonra həmin gəmilərin bir çoxu adını və qeydiyyat limanını dəyişir. Belə ki, "Grinch" cəriməni ödədikdən sonra adını "Transformer"ə dəyişərək Rusiya bayrağı altında fəaliyyətini davam etdirib.
Ekspertlər hesab edirlər ki, Qərb ölkələrinin Rusiya neftinin daşınmasına tətbiq edilən sanksiyaları və qiymət tavanını dolaylı yollarla aşmağa çalışan "kölgə donanmasına" qarşı nəzarəti daha da sərtləşdirməsi qlobal miqyasda gərginliyi artırır.
Rasim
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 13 Oktyabr 2026 12:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















