Fransa Senatı keçmiş baş nazirlər və prezidentlər üçün imtiyazların ləğvinin lehinə səs verib AZƏRTAC
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 23 yanvar, AZƏRTAC
Fransa Senatı keçmiş baş nazirlərə və prezidentlərə verilən imtiyazların ləğvini nəzərdə tutan 2025-ci il büdcəsinə düzəliş etməyin lehinə səs verib.
AZƏRTAC xarici mətbuata istinadla xəbər verir ki, Milli Assambleyanın birgə komissiyası tərəfindən təsdiqlənəcək təşəbbüs büdcəyə ildə 2,8 milyon avro qənaət etməlidir.
Fransanın baş nazirlərinə təqaüdə çıxdıqdan sonra xidməti avtomobil, şəxsi sürücü və şəxsi katibə malik olmaq hüququ verilirdi. Lakin bu imtiyazlar 2019-cu ildən yaşa görə məhdudlaşdırılıb: onlar yalnız keçmiş məmur 67 yaşına çatana qədər etibarlıdır. Keçən ilin noyabrında, hələ vəzifədə olarkən keçmiş baş nazir Mişel Barnye sələflərini ictimai resurslardan istifadə etməkdə “səy göstərməyə” və “daha təvazökar olmağa” çağırmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 23 Yanvar 2025 17:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















