“Fransa Ukrayna ilə bağlı dialoq qurmaq üçün gizli kanallar vasitəsilə Rusiyaya müraciət edib”
Missiya.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Atəşkəs Ukraynanı silahla təchiz etmək, ordusunu nizama salmaq və əlavə səfərbərliyə görə vaxt qazanmaq üçün tələb olunub”.
Missiya.Az “STAR”a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
"Atəşkəs dalana dirənib. Rusiya və qonşu ölkələrin qanuni təhlükəsizlik maraqlarını təmin etmək üçün bütün şərtləri ehtiva edəcək yekun hüquqi razılaşmalara ehtiyacımız var. Beynəlxalq hüquq kontekstində bu razılaşmaların pozulması mümkün olmamalıdır və Ukrayna böhranının səbəblərini əhatə etməlidir”, - deyə siyasətçi vurğulayıb.
Lavrov bildirib ki, böhranın səbəblərindən biri NATO-nun Şərqə doğru irəliləməmək öhdəliyini pozmasıdır.
Siyasətçi qeyd edib ki, Fransa Ukrayna ilə bağlı dialoq qurmaq üçün gizli kanallar vasitəsilə Rusiyaya müraciət edib.
Lavrovun sözlərinə görə, Ukrayna Qərb istehsalı olan uzaqmənzilli silahlarla Rusiya ərazisinə hücumlar təşkil edir:
"Kiyevin bu hərəkətləri Qərb, o cümlədən Fransa tərəfindən dəstəklənir. Kiyev belə davam edərsə, cavab verəcəyik. Məhv ediləcək hədəflər Ukrayna ərazisində yalnız Rusiyaya qarşı təhdidlərə qarşı hədəf alınacaq. Bunlar Kiyevdəki hərbi obyektlər, müdafiə sənayesi müəssisələri, qərar qəbuletmə mərkəzləri ola bilər”, - deyə siyasətçi yekunlaşdırıb.
Daşqın Həsənov
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 26 Dekabr 2024 17:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















