Icma.az
close
up
RU
Fransa və Afrika ölkələri: Əməkdaşlıq, yoxsa müstəmləkəçiliyin qəbulu sazişləri?

Fransa və Afrika ölkələri: Əməkdaşlıq, yoxsa müstəmləkəçiliyin qəbulu sazişləri?

Icma.az, Publika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

(əvvəli burada)

Fransa öz müstəmləkələrinin müstəqilliyini yalnız kağız üzərində tanıyaraq özünün siyasi-iqtisadi təsirində saxlamaq üçün ötən əsrin ortalarında “Əməkdaşlıq Sazişləri” imzalatmaqla niyyətlərinə faktiki nail olub.
Həmin sazişin detallarını belə təsnifləşdirmək olar:
1. “Müstəmləkə vergiləri" (Colonial tax)
Bu, “müstəqil” ölkələrin Fransanın vaxtilə qurduğu infrastrukturların, iqtisadi, sosial, kommunal xidmət şəbəkələrinə “xərclənmiş pulların” əvəzinin ödəməsi hesab olunur. “Müstəmləkə vergiləri”nin ümumi məbləğini və ödəniş şərtlərini müəyyən etmək mümkün deyil, çünki Paris bunu açıqlamağı qadağan edib.

2. Milli ehtiyatlara nəzarət və idarə olunması:

Əvvəlki yazıda da qeyd etdiyimiz kimi ölkələrin pul-qızlıl ehtiyatları Fransa Mərkəzi Bankında saxlanılır. Belə ki, Fransa 1961-ci ildən 14 Afrika ölkəsinin (Benin, Burkina Faso, Qvineya-Bisau, Fil Dişi Sahili, Mali, Niger, Seneqal, Toqo, Kamerun, Mərkəzi Afrika Respublikası, Çad, Konqo Respublikası, Ekvatorial Qvineya və Qabon) milli ehtiyatlarına sahibdir və bu ölkələr bütün maliyyə aktivlərini Paris xəzinəsinə yatırmağa məcburdular. Afrika ölkəsinin mərkəzi bankları öz valyuta ehtiyatlarının ən azı 65 faizini Fransa Xəzinədarlığının “əməliyyat hesabında” saxlamalı və əlavə olaraq maliyyə öhdəliklərini ödəmək üçün 20 faizini də verməlidirlər. Hətta Fransa Mərkəzi Bankı bu ölkələrə öz resurslarından kreditlərin verilməsinə də məhdudiyyət qoyur. Nəticədə bu ağır şərtlər, Afrika ölkələrinin müstəqil pul siyasəti yürütməsinə mane olur və Fransa Xəzinədarlığının icazəsi olmadan onlara hər hansı müstəqil addım atmaq hüququ vermir.

Göründüyü kimi Afrika Mərkəzi banklarının yalnız adları var, müstəqil pul siyasəti və pul resurslarına çıxışı yoxdur. Fransa Mərkəzi Bankı onlara ildə cəmi 15 faiz vəsaitdən istifadə etməyə icazə verir. Əgər daha çox ehtiyac yaranarsa, o zaman Fransa Xəzinədarlığından 65 faiz kommersiya dərəcələri ilə əlavə pul borc almağa məcbur olurlar.


Fransanın keçmiş prezidenti Jak Şirak müsahibələrinin birində bu vəziyyətə toxunarkən bildirmişdi ki, “Dürüst olmalıyıq və etiraf etməliyik ki, banklarımızdakı pulların əksəriyyəti Afrika qitəsinin istismarından gəlir”.

3. Ölkə ərazisində aşkar edilmiş istənilən xammal və ya təbii sərvətləri almaqda üstünlük hüququ:

Fransa keçmiş müstəmləkələrinin torpaqlarında aşkar edilmiş istənilən təbii ehtiyatları almaq üçün birinci və müstəsna hüquqa malikdir. Yalnız Paris “mənə lazım deyil” qərarı verdikdən sonra Afrika ölkələrinə başqa tərəfdaşlar axtarmağa icazə verilir.

4. Dövlət satınalmalarında və tenderlərdə Fransanın maraqlarının və şirkətlərinin prioritetliyi:
Yerli hökumətlər müqavilə bağlayarkən, ilk növbədə fransız şirkətlərini nəzərə almalı və yalnız bundan sonra başqa tərəfdaşlar axtara bilərlər. Afrika ölkələrinin başqa yerlərdə daha yaxşı dəyər əldə edib-etməməsinin əhəmiyyəti yoxdur. Nəticədə bir çox keçmiş Fransa koloniyalarında olduğu kimi ölkələrin bütün əsas iqtisadi aktivləri fransız iş adamlarının, rezidentlərin əlində cəmləşir. Məsələn, fransız şirkətləri bütün əsas komunal xidmətlərə - su, elektrik enerjisi, rabitə, nəqliyyat sektoru, limanlar və böyük banklara sahibdirlər və onlara nəzarət edirlər. Ticarətdə, tikintidə, kənd təsərrüfatında da belədir.

5. Ölkə üçün hərbi texnikanın tədarükü və hərbi kadrların hazırlanması üçün müstəsna hüquq:
Təqaüdlərin, qrantların və “müdafiə müqavilələrinin” kompleks sxemi vasitəsilə afrikalılardan yüksək səviyyəli zabitləri Fransada və ya fransız təlim bazalarında təhsil almaq üçün göndərmələri tələb olunur.

6. Fransanın öz maraqlarını qorumaq üçün qoşun yeritmək və ölkənin işlərinə hərbi müdaxilə etmək hüququ:
“Müdafiə sazişləri” adlanan müqaviləyə əsasən, Fransanın Afrika ölkələrinin işlərinə hərbi müdaxilə etmək, habelə bu ölkələrdə tamamilə fransız yurisdiksiyasında olan baza və hərbi obyektlərdə daimi olaraq qoşun yerləşdirmək hüququna malikdir.

7. Fransız dilini ölkənin rəsmi dili və təhsil dili etmək öhdəliyi:
Fransa Xarici İşlər Nazirliyinin nəzarəti altında “Frankofoniya” adlı "fransız dili və mədəniyyətinin yayılması" təşkilatı fəaliyyət göstərir. Bu, yerli sosial və mədəni həyatın sonradan Fransanın təsir dairəsinə inteqrasiyası üçün zəmin yaradır.

8. Fransız müstəmləkə pullarından istifadə etmək öhdəliyi- (FCFA):
Bu, Fransa üçün əsl “pul quyusudur”, çünki Afrika ölkələrini Fransanın daxili inflyasiyasının bir hissəsini udmağa məcbur edilirlər. Təkcə Afrika ehtiyatlarının “idarə olunması” Fransa xəzinəsinə ildə təxminən 400 milyard dollar gəlir gətirir.

9. Fransaya balans və ehtiyatlar haqqında illik hesabat göndərmək öhdəliyi:
Keçmiş müstəmləkələrin mərkəzi banklarının katibləri və maliyyə nazirləri iki ildən bir Fransa Mərkəzi Bankına hesabat verməlidirlər.

10. Fransanın icazəsi olmadan hər hansı başqa ölkə ilə hərbi ittifaqa daxil olmaq qadağası:
Afrika ölkələri ən az regional hərbi ittifaqlara malikdirlər. Əksər ölkələrin yalnız öz keçmiş müstəmləkəçiləri ilə hərbi ittifaqları var. Fransa nümayəndələri bu ölkələrə Fransanın onlara təklif etdiyindən başqa hərbi ittifaqlar axtarmağı qadağan edib. Bundan başqa, Fransa Afrikada hər il öz hərbi dəstələrinin xərclərinin əhəmiyyətli bir hissəsini bu ölkələrin iqtisadi-maliyyə xəzinəsindən götürür. Nəticədə, Parisin hərbi-müdafiə xərclərinin bir hissəsi də qitənin resursları hesabına təmin olunur.

11. Müharibə və ya qlobal böhran zamanı Fransa ilə müttəfiqliyə sadiqlik:
İkinci Dünya Müharibəsi döyüşlərində bir milyondan çox Afrika əsgəri iştirak edib. Onların töhfələri gözardı edilməsinə baxmayaraq, Paris Afrika ölkələrini özü üçün “hərbi sığınacaq və döyüşçü bazası” kimi saxlayır. Çünki afrikalılar Fransa ordusuna silahlı münaqişələr zamanı daha çox lazımdırlar.

12. Katolik Kilsəsinin Afrikadakı Fransız maraqlarına təsiri:
Fransa katolik ölkəsidir və onun “Qara Qitə”də təriqət yayması Vatikanın fəal dəstəyi ilə həyata keçirilir. Yeri gəlmişkən, irqi-dini ayrı-seçkilik də Fransanın siyasətində xarakterik təzahürlərdəndir.

“Françafrique”nin əsas siyasətinə çevrilmiş Afrika ölkələrinin iqtisadiyyatlarına nəzarət alətlərinin bir çoxu bu gün də qüvvədədir. Bəzi Afrika ölkələri Fransa xəzinəsinə müstəmləkə vergiləri ödəməyə davam edir. Fransa hökumətinin əvvəlki xarici siyasət kursundan əl çəkdiyini və hərbi kontingentin çıxarılmasını bəyan etməsinə baxmayaraq, Fransa bu ölkələrə iqtisadi nəzarəti zəiflətmək fikrində deyil.
(ardı var)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://publika.az
archiveBu xəbər 09 Dekabr 2024 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri