Icma.az
close
up
RU
Afrika ölkələri bu istismar sistemindən xəbərdar olduqları üçün artıq Fransa kimi ölkələri istəmirlər

Afrika ölkələri bu istismar sistemindən xəbərdar olduqları üçün artıq Fransa kimi ölkələri istəmirlər

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Fransanın Qərbi Afrikadakı hərbi mövcudluğunun azalması Parislə region ölkələri arasında münasibətlərin transformasiyasını ortaya qoyur. Fil Dişi Sahili Fransa qoşunlarının ölkədən çıxarılmasını tələb edən sonuncu Afrika ölkəsi oldu. Fil Dişi Sahili Fransa qoşunlarının ölkədən çıxarılması tələbini rəsmən açıqlayıb. Prezident Alassane Ouattara, Fransa qoşunlarının 2025-ci ilin yanvar ayından etibarən geri çəkilməyə başlayacağını açıqladı. Fransa müstəmləkəçiliyin sona çatmasından sonra qoşunlarının olduğu Afrika ölkələrinin 70%-dən çoxundan qovulub”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan Türkiyənin Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə fakültəsinin müəllimi, professor Kərəm Qarabulud bildirib ki, Fransanın son illərdə Çad, Niger və Burkina Faso, Mali və Fil Dişi Sahili kimi ölkələrdən çıxarılması və ya Fransanın tətbiqlərinə qarşı sərt reaksiyalar yalnız bugünkü hadisələrlə izah edilə bilməz.

Kərəm Qarabulud

“Fransanın və digər Avropa ölkələrinin Afrikada mövcudluğu həmişə müstəmləkə məqsədləri üçün və ya köləlik yolu ilə əməyin istismarına əsaslanan bir sifariş olmuşdur. Məsələn, İngiltərədə sənaye inqilabının başlamasının səbəblərindən biri də Afrikadan gətirilən qulların məşğulluğundan (sömürülməsindən) əldə edilən kapitalın sənayenin inkişafında istifadə edilməsi idi. Afrika ölkələri bu istismar sistemindən xəbərdar olduqları üçün artıq Fransa kimi ölkələri istəmirlər”-deyən professor qeyd edib ki, Türkiyə Afrika ölkələrində qəbul edilir.

“Osmanlı İmperatorluğu dövründə Afrikanın təxminən yarısı hakim olsa da, bu ölkələrin heç birində nə müstəmləkəçilik, nə də başqa assimilyasiya praktikası həyata keçirilməmişdir. Bu səbəbdən, Afrika ölkələrinin keçmişlərinin bu aydın xatirəsini xatırlamağa başladığını söyləmək olar.

Digər tərəfdən, Türkiyə güclü mövqeyə çatdıqca və Afrika ölkələri İslam dininin özünəməxsus xüsusiyyətini dərk etdikcə, gələcəkdə güclü müsəlman ölkələrinə maraq daha da artacaq. Bu mənada Türkiyənin əhəmiyyətli üstünlükləri var. Belə ki, öncə İslam dininə tolerantlıqdır. Türkiyə İslam ölkələri arasında ən böyük və ən demokratik respublikaya malik ölkədir. Onun getdikcə daha vacib strateji yeri və iqtisadiyyatının olması, Afrika ölkələrinə qarşı aparılan yaxın dostluq və həmrəylik siyasətləri və s. Qısası, Türkiyə bundan sonra Afrikada yüksələn dəyər, Fransa kimi ölkələr arzuolunmaz ölkələr olacaq. Ancaq bu, Türkiyəyə doğru addımları da artıracaq. Ona görə də çox diqqətli və strateji olmaqda fayda var”-deyə Kərəm Qarabulud əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 07 Yanvar 2025 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see281

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see176

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see176

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see163

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri