Icma.az
close
up
RU
Fransa və İran arasında məhbus diplomatiyası: Fransada həbs edilən İran vətəndaşı azadlıqda

Fransa və İran arasında məhbus diplomatiyası: Fransada həbs edilən İran vətəndaşı azadlıqda

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fevral ayında Fransada sosial şəbəkələrdə terrorizmi təbliğ etməkdə ittiham edilərək həbs edilən İran vətəndaşı Mehdieh Esfandiari şərti olaraq azadlığa buraxılıb.

Bu barədə məlumatı İran Xarici İşlər Nazirliyi yayıb. Nazirliyin sözçüsü Esmaeil Baqaei bildirib ki, Tehran hazırda Esfandiarinin vətənə qayıtması istiqamətində iş aparır.

Paris prokurorluğu Esfandiarinin məhkəmə nəzarəti altında azadlığa buraxılmasını təsdiqləyib. Bununla belə, prokuror onun qaçma ehtimalını əsas gətirərək azadlığa buraxılmasına qarşı çıxıb. Məhkəmə isə hesab edib ki, Esfandiarinin uzun müddətli həbsdə saxlanılması artıq əsaslı deyil.

41 yaşlı Esfandiari 2018-ci ildən Fransada yaşayır, Lion Universitetini bitirib və tərcüməçi kimi fəaliyyət göstərib. Azadlığa buraxılma şərtlərinə görə, o, ölkəni tərk edə və sosial şəbəkələrdən istifadə edə bilməz, həmçinin mütəmadi olaraq polisə müraciət etməlidir. Onun məhkəməsi 2026-cı ilin yanvarın 13-də keçiriləcək.

Hadisənin diqqət çəkən tərəfi isə Fransa və İran arasında mümkün məhbus mübadiləsi ehtimalıdır. İran tərəfi uzun müddətdir saxlanılan fransız vətəndaşlar Cecile Kohler (41 yaş) və Jacques Parisin azad edilməsi müqabilində Esfandiarinin buraxılmasını müzakirə edirdi.

Qeyd edək ki, Kohler və Paris 2022-ci ilin mayında İranda casusluq ittihamı ilə həbs olunublar. Onlar Qərb dövlətləri tərəfindən Tehranın “girov diplomatiyası” siyasətinin bir hissəsi kimi qiymətləndirilir. Fransa ictimaiyyəti də bu məsələ ilə bağlı hökumətə təzyiqləri artırıb. Kohlerin bacısı Noemie Kohler bu ayın əvvəlində verdiyi açıqlamada bildirib ki, Fransa dövləti Cecile və Jacques-in sağ qalması üçün cavabdehdir.

Qeyd edək ki, Fransa məhkəməsi Esfandiarini “Müqavimət oxu” adlı Telegram kanallarında yayılan təbliğat materiallarına görə terrorçuluğa təhrik, irqi nifrət yaymaq və cinayət sui-qəsdi ittihamları ilə mühakimə edəcək. Tehran isə bu həbsi “özbaşına və siyasi motivli” adlandırır.

İranın xarici işlər naziri Abbas Əraqçi ötən ay mətbuata açıqlamasında deyib ki, Esfandiarinin fransız cütlüyə dəyişdirilməsi ilə bağlı razılaşma “demək olar ki, tamamlanıb”.

Şəbnəm

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 23 Oktyabr 2025 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri