Fransada etiraz aksiyalarında xəsarət alan məktəblilərin sayı 190 a çatdı
Icma.az bildirir, Azxeber.com portalına istinadən.
Fransada sentyabrın sonlarında başlayan və bəzi yerlərdə iğtişaşlara çevrilən lisey şagirdlərinin nümayişləri zamanı ən azı 190 məktəbli xəsarət alıb.
Bu barədə təhsil naziri Eduard Geffret bildirib.
Onun sözlərinə görə, şagirdlərin əksəriyyəti təsadüfən, müxtəlif küçə infrastruktur obyektlərinə dırmaşarkən hündürlükdən yıxılaraq və ya nümayişçilərin atəşfəşanlıqdan istifadə etməsi nəticəsində xəsarət alıb.
Qeyd edək ki, Fransada orta məktəb şagirdlərinin etirazları sentyabrın sonlarında Parisin İl-de-Frans bölgəsində başlayıb və hazırda bütün Fransaya yayılıb. İştirakçılar həddindən artıq çox dərs cədvəlinə, müəllim çatışmazlığına və təhsil sistemindəki digər problemlərə etiraz edirlər. Bəzi yerlərdə etirazlar iğtişaşlara və polislə toqquşmalara çevrilib. O vaxtdan bəri hüquq-mühafizə orqanları 5000-dən çox şagirdi həbs edib.
///teleqraf///
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 06 Oktyabr 2026 07:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















