Fransada etiraz aksiyası keçirən tələbələr Tesla modelini və ABŞ bayrağını yandırıblar
Aznews.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Fransada Emmanuel Makron hökumətinin iqtisadi siyasətlərinin yaratdığı böhran səbəbilə büdcədə ixtisarlar aparılmağa başlanıb.
2025-ci ildən etibarən Fransa iqtisadiyyatı; Yüksək dövlət borcunun, enerji böhranının və qlobal inflyasiyanın təsiri ilə mübarizə aparır.
Hökumət dövlət xərclərini azaltmaq və büdcə kəsirinə nəzarət etmək üçün müxtəlif sahələrdə ixtisarlar edib.
Bu ixtisarlarda təhsil sektorunun da payı var; Universitet vəsaitlərinin azaldılması, təqaüdlərin məhdudlaşdırılması və akademik heyətin sayının azalması kimi addımlar tələbələrin əks reaksiyasına səbəb olub.
Parisdə üzlərini maska ilə bağlayan minlərlə tələbə küçələrə çıxaraq zorakılıq aksiyalarına başlayıb.
Hökumətin büdcə ixtisarının ABŞ prezidenti Donald Tramp və müttəfiqi İlon Maskın Avropaya təzyiqi və tarifləri ilə bağlı olduğunu düşünən tələbələr Tesla modelini və Amerika bayrağını yandırıblar.
Fransa küçələrində icazəsiz aksiya keçirən, qışqıraraq və əllərində hökumət əleyhinə plakatlar tutan etirazçılara polis müdaxilə edib.
Onlara müdaxilə edən polisə qarşı aqressiv olan marjinal qruplar Fransa polisinin sərt müdaxiləsi ilə üzləşib.
Fransanın paytaxtı Parisdə etiraz aksiyası keçirən qrupu dağıtmaq üçün polis gözyaşardıcı qazdan istifadə edib. Tələbə qrupu ilə polis arasında vaxtaşırı toqquşmalar olub.
Mövsüm
Aznews.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 03 Aprel 2025 20:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















