Icma.az
close
up
RU
Fransada həmkarlar ittifaqları sentyabrın 18 də də ümumrespublika tətili və nümayişinə çağırış ediblər

Fransada həmkarlar ittifaqları sentyabrın 18 də də ümumrespublika tətili və nümayişinə çağırış ediblər

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Paris, 29 avqust, AZƏRTAC

Fransada müxtəlif həmkarlar ittifaqları hökumətin 2026-cı il üçün hazırladığı büdcə layihəsinə qarşı kütləvi etiraz aksiyası və tətil günü elan edib. CFDT, CGT, FO, CFE-CGC, CFTC, Unsa, “Solidaires” və FSU daxil olmaqla ölkənin əsas həmkarlar ittifaqları sentyabrın 18-də bütün ölkə üzrə genişmiqyaslı tətil və nümayiş günü təşkil edəcəklərini açıqlayıblar.

AZƏRTAC xəbər verir ki, bu çağırış, Baş nazir Fransua Bayrunun parlamentdən etimad səsverməsindən 10 gün sonraya və sentyabrın 10-da keçiriləcək "Hər şeyi bloklayaq" adlı müstəqil vətəndaş təşəbbüsündən səkkiz gün sonraya təsadüf edir. İttifaqlar bu ikinci aksiyaya birbaşa qoşulmasalar da, CGT 10 sentyabr aksiyasını ixtisarlara qarşı mübarizənin ilk mərhələsi kimi qiymətləndirərək, öz üzvlərini də iştiraka təşviq edir.

“Büdcə layihəsində irəli sürülən tədbirlər misilsiz bir qəddarlıqla hazırlanıb. Bu layihə rədd edilməlidir. Əməkçiləri kütləvi şəkildə səfərbər olmağa çağırırıq ki, vəziyyəti dəyişdirə bilək və sosial irəliləyişlər əldə edək”, - deyə CFDT baş katibi Mariliz Leon həmkarlar ittifaqları adından təqdim etdiyi birgə bəyanatda bildirib. O əlavə edib ki, hökumət etimad səsverməsində uğursuz olsa belə, yeni büdcə sosial və fiskal ədalət prinsipləri üzərində qurulmalıdır.

CGT baş katibi Sofi Bine isə bildirib ki, sentyabrın 18-nin cümə axşamına düşməsi daha geniş səfərbərlik üçün əlverişlidir. “Biz maaşın artırılmasını, ictimai xidmətlərin gücləndirilməsini istəyirik. Biz pensiya islahatının ləğvini tələb edirik. Sosial tələblər, nəhayət, eşidilməlidir”, - deyə CGT baş katibi qeyd edib.

O, həmçinin vurğulayıb ki, CGT həm 10 sentyabr təşəbbüsündə, həm də 18 sentyabr aksiyasında aktiv şəkildə iştirak edəcək.

FO baş katibi Frederik Suiyo isə 18 sentyabr üçün tətil çağırışını təkrarlayaraq, lazım gələrsə, müddətsiz tətilə keçə biləcəklərini bəyan edib. Mariliz Leon isə qeyd edib ki, təşkilatlar aksiya sonrası yenidən görüşəcək və lazım olan bütün tədbirləri görəcəklər.

Bu çağırışlar fonunda, 2026-cı il büdcə layihəsinə qarşı Fransada sosial narazılığın daha da artacağı gözlənilir. Həmkarlar ittifaqları isə hökumətin sosial ədalətə önəm vermədiyini və bu siyasətlərin işçilər üçün qəbuledilməz olduğunu bəyan edərək mübarizəni davam etdirməyə qərarlıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Avqust 2025 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri