Fransada yükdaşıma şirkətləri dizelin bahalaşmasına etiraz edir
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Paris, 13 oktyabr, AZƏRTAC
Fransanın Marsel şəhəri yaxınlığındakı Vitrolle qəsəbəsində onlarla yükdaşıma şirkətinin nümayəndələri dizel yanacağının bahalaşmasına etiraz olaraq yollarda yavaş hərəkət aksiyası keçiriblər.
AZƏRTAC xəbər verir ki, BFMTV telekanalının məlumatına görə, aksiya iştirakçıları qiymətlərin təcili azaldılmasını və Nəqliyyat Nazirliyi ilə görüşün təşkilini tələb edirlər.
Kollektivin nümayəndələrinin sözlərinə görə, əvvəllər 400 litr dizel yanacağının doldurulması 400–500 avroya başa gəlirdisə, hazırda bu məbləğ 900 avroya yüksəlib. Qiymət artımının xüsusilə kiçik və orta müəssisələr üçün ciddi çətinliklər yaratdığı vurğulanıb.
Aksiya prefektura ilə razılaşdırılıb. Yavaş hərəkət Lançon-de-Provens pullu avtomobil yolu keçidində nəqliyyatın hərəkətini əhəmiyyətli dərəcədə ləngidib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 13 Oktyabr 2026 11:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















