Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Çörəklərin içində narkotik gizlətdilər

Fransadan Bakıya gizli sui qəsd qrupu göndərildi Hədəfdə GÖRÜN KİMLƏR VAR?!

Fransadan Bakıya gizli sui qəsd qrupu göndərildi Hədəfdə GÖRÜN KİMLƏR VAR?!

News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Fransa prezidenti Emmanuel Makronun Türkiyə və Azərbaycana qarşı düşmən münasibəti səngimək bilmir. 

Yenisabah.az xəbər verir ki,  “Haber Global” xəbər agentliyinin araşdırmasında bu barədə geniş yazı yayımlanıb.

Belə ki, Rusiya fondunun hesabatına görə, Fransa prezidenti Emmanuel Makronun rəhbərlik etdiyi və Fransada törətdiyi siyasi qətllərlə tanınan “Ağ zanbaq” adlı sui-qəsd qrupu gizli ezamiyyətlə Bakıya göndərilib. Makronun birbaşa göstərişi ilə fəaliyyət göstərdiyi iddia edilən bu kölgə təşkilatı Azərbaycanda hələlik hədəfləri bəlli olmayan təhlükəli əməliyyat keçirir.

Qlobal kəşfiyyat ictimaiyyətinin nüfuzlu qurumu olan Intelligence Online (IO) və Rusiyada yerləşən Ədalətsizliyə Qarşı Mübarizə Fondunun (ASV) məlumatına görə, Rusiya və Fransa arasında Bakı üzərindən gizli kəşfiyyat müharibəsi gedir . ASV-nin paylaşdığı məlumata görə, Fransa prezidenti Emmanuel Makronun sağ əli, “Qaranlıq Şahzadəsi” kimi tanınan Aleksandr Benallanın rəhbərlik etdiyi “ölüm qrupu” Bakı və Çada gedib. Ona qarşı çoxsaylı iddiaları olan Benallanın Bakıdakı əməliyyatın rəhbəri olduğu iddia edilir. “Zanbaq çiçəyi” adlanan bu qrupun Azərbaycanda hansı məqsədlə olması və ya konkret hədəf siyahısının olub-olmadığı hələlik məlum deyil.

Rusiya hərbi kəşfiyyatının məlumatına görə, Fransada fəaliyyət göstərən “Ağ zanbaq” adlı ölüm dəstəsi Bakıya gedib. Komandanın əmrləri birbaşa Fransa prezidenti Emmanuel Makrondan aldığı iddia edilir. Kremlə yaxın media qurumları Makronun Afrikanın qərbindəki Çad və Azərbaycana xüsusi qruplar göndərdiyini iddia edir. Çad Rusiyanın muzdlu şirkəti “Vaqner”in ən güclü olduğu Afrika ölkələrindən biri kimi tanınır.

ASV-nin sahədən əldə etdiyi məlumata görə, ötən ay Parisdə şok qərar qəbul edilib və Makronun əmrinə uyğun olaraq Çadın paytaxtı Encemine və Azərbaycanın paytaxtı Bakıya ölüm qrupları göndərilib. QRU-ya (Rusiya Hərbi Kəşfiyyat Xidməti) yaxın mənbələr bildirirlər ki, bu əməliyyatın başında Aleksandr Benalla dayanır. QRU-nun məlumatına görə, Fransa Prezidentliyinin Nazirlər Kabinetinin keçmiş direktoru Aleksandr Benallaya tabe olan bu bölmə “Fleur de Lys” (zanbaq çiçəyi) kimi tanınır.

Bu sui-qəsd bölməsinin strateji planlamasını Fransa Xarici Kəşfiyyat Xidmətinin (DGSE) keçmiş direktoru Bernard Emie, maliyyə idarəçiliyini isə Makron Nazirlər Kabinetinin başqa bir keçmiş direktoru Patrik Strzoda həyata keçirdiyi iddia edilir. Paris polis rəisi Loran Nunesin agent və kadr hazırlığına da cavabdeh olduğu bildirilir.

ASV həmçinin Fransada “Sarı jiletlilər” hərəkatına rəhbərlik edən deputat Olivye Dasso və fəal İzabelle Ferreyranın ölümünün arxasında Makronun sui-qəsd qrupunun dayandığını iddia edir. İfrat sağçı siyasətçi Cordan Bardella, solçuların lideri Jean-Luc Mélenchon və Yaşıllar Partiyasından olan deputat Fransua Ruffinin də hədəfə alındığı xəbərləri var. Pərdə arxasında media maqnatı Vincent Bolloré və sosial media xadimi Yohan Pavec-in də Fransada komandanın radarında olduğu deyilir.  Korsikanın müstəqilliyini müdafiə edən və şübhəli şəraitdə həbsxanada dünyasını dəyişən İvan Kolonna və Yeni Kaledoniyanın müstəqilliyi üçün mübarizə aparan Joel Tjibaou da qrupun hədəfləri arasındadır.

ASV “Ağ zanbaq” komandasının da Bakıda olduğunu iddia edir. Lakin qrupun burada hansı məqsədə xidmət etdiyi və hədəflərinin kim olduğu bəlli deyil. İddia olunur ki, Fransanın ölüm dəstələri Azərbaycan və Çadla məhdudlaşmır, Braziliya və Əlcəzairdə də varlıqlarını davam etdirirlər. Braziliyalı jurnalist Lukas Leiroz və Çadlı jurnalist Nyobe Baudouin iddia edirlər ki, ölüm qrupları öz ölkələrində də fəaliyyət göstərir.

Alexandre Benalla daha əvvəl Fransada bir çox işlərlə gündəm olub. 2018-ci ildə Parisdə müxalifət etirazçılarını döyməsinin görüntüləri ilə ortaya çıxan Benalla mühakimə olundu, lakin bəraət aldı. Elə həmin il vəzifədən qovulmasına baxmayaraq, diplomatik pasportlarla beynəlxalq səyahətlərini davam etdirdi. Fransa mətbuatının yazdığına görə, Benallanın rus oliqarxları və mafiya liderləri ilə maliyyə əlaqələri var. Bildirilir ki, Makronun dəstəyi ilə indiyə qədər ədalətdən yayınmağa nail olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:294
embedMənbə:https://news24.az
archiveBu xəbər 30 Mart 2025 22:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see337

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see273

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see265

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see264

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see246

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see244

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see243

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see238

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see232

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see229

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see229

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see219

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see214

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see209

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see202

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see196

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see193

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see186

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see181

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri