Icma.az
close
up
RU
Fransalı respondentlərin 54 faizi Makronun istefasını istəyib

Fransalı respondentlərin 54 faizi Makronun istefasını istəyib

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Fransa vətəndaşlarının 54 faizi 2025-ci ildə növbədənkənar seçkilərin keçirilməsi üçün hazırkı Prezident Emmanuel Makronun istefa verməsi fikrini dəstəkləyir.

Bunu “Le Point” nəşri üçün “Cluster17”nin keçirdiyi sorğunun nəticələri göstərir.

Sorğu zamanı respondentlər bu yaxınlarda Baş nazir Mişel Barnyeyə etimadsızlıq votumu ilə bağlı fikirlərini də bildirməyə imkan tapıb. Rəyi soruşulanların 47 faizi Barnye hökumətinə etimadsızlıq votumunu dəstəkləyib, 41 faiz respondent bu qərarı dəstəkləməyib, qalan sorğu iştirakçıları isə cavab verməkdə çətinlik çəkib.

Xatırladaq ki, dünən – dekabrın 4-də Fransa parlamentinin aşağı palatası - Milli Assambleya solçu Yeni Xalq Cəbhəsi koalisiyasının təşəbbüsü ilə Mişel Barnye hökumətinə etimadsızlıq səsverməsi keçirib. 331 deputat etimadsızlığa səs verib. Votum üçün 288 səs lazım idi. Bununla da Baş nazir səlahiyyətlərini itirmiş olub.

Qeyd edək ki, Fransa tarixində hökumətə etimadsızlıq votumu ikinci dəfə keçirilib. İlk dəfə - 1962-ci ildə parlament Jorj Pompidu hökumətinin hakimiyyətdən uzaqlaşdırılmasına səs vermişdi.

Maraqlıdır ki, Makron bütün bu olaylardan öncə Barnye hökumətinin etimadsızlıq səsverməsi nəticəsində hakimiyyəti itirəcəyi təqdirdə istefa verməyəcəyini demişdi. “Le Figaro” qeyd edir ki, Makronun istefası ilə bağlı çağırışlar əsasən solçu düşərgədən gəlir.

“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 Dekabr 2024 22:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see451

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see337

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see301

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see290

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see283

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see280

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see278

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see234

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see230

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see226

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see222

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see222

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see221

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see217

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see213

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see203

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see200

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see190

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri