Fransanı daha iki Afrika ölkəsindən qovurlar “Bu, suverenliyimizlə bir araya sığmır” AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Çad hökuməti Fransa ilə müdafiə sahəsində əməkdaşlıq müqaviləsini ləğv etdiyini bəyan edib.
“AzPolitika” xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.
Məlumatda qeyd edilir ki, bu qərar “Nigerdə və ya başqa yerdə olduğu kimi” əlaqələrin tam kəsilməsi demək deyil və Fransa “vacib tərəfdaş” olaraq qalacaq. Lakin indi Paris “Çadın artıq yetkin, suveren dövlət olmasına və öz suverenliyinə çox böyük dəyər verməsinə diqqət yetirməlidir”.
Seneqal da eyni mövqedən çıxış edib. Seneqal Prezidenti Bassiru Domay Fay deyib ki, Fransa hərbi bazalarının ölkəsinin ərazisində olması onun milli maraqlarına uyğun deyil və bu Afrika dövlətinin “suverenliyi ilə bir araya sığmır”: "Seneqal müstəqil, suveren ölkədir və suverenlik xarici hərbi bazaların olmasına imkan vermir".
O, Seneqalın Çin, ABŞ, Türkiyə və Səudiyyə Ərəbistanı ilə əlaqələrinin inkişaf etdiyini vurğulayıb və əlavə edib ki, onların heç birinin Seneqalda hərbi bazası yoxdur.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 29 Noyabr 2024 17:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















