Icma.az
close
up
RU
“Fransanın bu ərazilərində internetin keyfiyyəti əhəmiyyətli dərəcədə zəifdir”

“Fransanın bu ərazilərində internetin keyfiyyəti əhəmiyyətli dərəcədə zəifdir”

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən Fransanın Dənizaşırı ərazilərində internetin vəziyyəti, sürət göstəriciləri, qiymət siyasəti və rəqəmsal məhdudiyyətlər üzrə məqsədli şəkildə həyata keçirilən siyasətə dair araşdırma aparılıb.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, araşdırmada Fransanın Dənizaşırı ərazilərində internet xidmətlərinin mövcud vəziyyəti qiymətləndirilib, internet infrastrukturunun inkişafında mövcud olan əsas məhdudiyyətlər və regionların rəqəmsal transformasiyasını ləngidən başlıca amillər müəyyən olunub.

Araşdırmanın məqsədi Dənizaşırı ərazilərdə rəqəmsal bərabərsizliyin aradan qaldırılması üçün aktual problemləri və perspektivləri elmi əsaslarla təqdim etməkdir.

Dənizaşırı ərazilərdə internetə məhdudiyyət

Araşdırmanın nəticələri göstərir ki, Fransanın Dənizaşırı ərazilərində internet infrastrukturu, habelə internetin sürət və keyfiyyəti Fransanın özü ilə müqayisədə əhəmiyyətli dərəcədə zəif səviyyədədir.

İnternetə çıxış imkanlarının məhdudluğu və texnoloji resursların çatışmazlığı bu regionların sosial və iqtisadi inkişafına mənfi təsir göstərir. Xüsusilə, sosial media və digər onlayn platformalara məhdud çıxış, eləcə də aşağı sürətli internet bağlantıları söz azadlığı və informasiya mübadiləsi sahəsində ciddi çətinliklərə yol açır. Əhali arasında internet istifadəsində yaş, təhsil səviyyəsi və sosial-iqtisadi vəziyyət kimi demoqrafik faktorlar üzrə fərqliliklər müşahidə edilir: Martinik, Qvadelup, Reyunyon, Mayot və Fransız Polineziyası kimi regionlarda yaşlı və az təhsilli qruplar arasında internet istifadəsi daha aşağı səviyyədədir. Bu hallar rəqəmsal bərabərsizliyin mövcudluğunu və regionların rəqəmsal inkişafının qarşısında duran əsas əngəlləri ortaya qoyur.

Fransada və Dənişarı ərazilərdə internetin sürətində kəskin fərq

2025-ci ilin 14 may tarixində aparılmış internetin müvafiq göstəricilər üzrə ölçü vahidləri göstərir ki, Fransanın Lion şəhərində orta internet sürəti 749.62 Mbit/s təşkil etdiyi halda, Kanaki (Yeni Kaledoniya) kimi dənizaşırı ərazilərdə internet sürəti yalnız 0.02-dən 24 Mbit/s-ə qədər dəyişir. Reyunyon, Martinik, Qvadelup, Mayot və Fransız Polineziyasında da internet sürətləri eyni qaydada aşağı səviyyədə qalır. Qeyd edilənlər hökumətin diskriminasiya siyasətini açıq şəkildə ortaya qoyur.

İnternet qiymətləri

Kanakidə (Yeni Kaledoniya) aylıq internet xidmətlərinin qiymətləri 35 ilə 85 avro arasında dəyişir və əsasən köhnəlmiş ADSL texnologiyasına əsaslanır. Bu qiymətlər kontinental Fransada təklif olunan fiber-optik internet xidmətlərinin aylıq 20-30 avro aralığında olması və sürətlərin 100-300 Mbit/s arasında dəyişməsi ilə müqayisədə xeyli yüksəkdir. Dənizaşırı ərazilərdə fiber-optik texnologiyanın geniş tətbiqinə baxmayaraq, infrastrukturun əsasən ADSL üzərində qurulması həm xidmətlərin keyfiyyətinin aşağı olmasına, həm də qiymətlərin yüksək qalmasına səbəb olur. Bu vəziyyət rəqəmsal infrastrukturun modernləşdirilməsi və xidmətlərin əlçatanlığının artırılması sahəsində ciddi çağırışlar yaradır.

Peyk interneti sahəsində Starlink kimi xidmətlərin avadanlıq qiyməti təxminən 350 avro, aylıq abunə haqqı isə 190 avro səviyyəsində müəyyən edilmişdir. Lakin, Fransa bəzi Dənizaşırı ərazilərdə peyk internet xidmətlərinin istifadəsini ARCEP (Elektron Kommunikasiyalar, Poçt və Çap Məhsullarının Paylanması üzrə Tənzimləmə Orqanı) tərəfindən verilən rəsmi lisenziya olmadan qadağan etmişdir. Bu məhdudiyyətlər əsasən milli suverenlik və məlumat təhlükəsizliyi səbəbləri ilə əsaslandırılır. Nəticədə, həm yüksək xidmət və avadanlıq qiymətləri, həm də hüquqi tənzimləmələr peyk internet xidmətlərinin geniş yayılmasının qarşısında ciddi maneələr yaradır.

Dənizaşırı ərazilərin rəqəmsal müstəqilliyi məhdudlaşdırılır

Araşdırmanın nəticələri göstərir ki, Fransa hökuməti Dənizaşırı ərazilərdə internet infrastrukturunun idarə olunmasını mərkəzləşdirilmiş şəkildə həyata keçirərək, texnoloji inkişafı məhdudlaşdıran iqtisadi və hüquqi baryerlərin qorunmasını məqsədli şəkildə təmin edir. Bu siyasət Dənizaşırı ərazilərin rəqəmsal müstəqilliyinin ciddi şəkildə məhdudlaşmasına səbəb olur. Nəticədə, təhsil, rəqəmsal iqtisadiyyat, söz azadlığı və media sahələrində əhəmiyyətli problemlər meydana çıxır, məlumat mübadiləsi və beynəlxalq əlaqələrin inkişafı əngəllənir.

Araşdırmada istifadə olunan əsas internet provayderlərinin rəsmi veb-saytları ictimaiyyət üçün açıqdır və Fransa ərazisində RED by SFR, Orange, Sosh, Bouygues Telecom kimi aparıcı şirkətləri, eləcə də Kanakidə (Yeni Kaledoniya) fəaliyyət göstərən OPT, Lagoon, Nautile, Fibre NC və NC Pocket WiFi kimi provayderləri əhatə edir. Bu məlumat mənbələri araşdırmanın dəqiqliyi və şəffaflığı baxımından əsas rol oynayır.

Fransa hökuməti Dənizaşırı ərazilərdə fiber-optik infrastrukturun inkişafının məhdud olmasını, əsasən, coğrafi çətinliklər və mərkəzi ərazilərdən məsafənin uzaqlığı ilə izah edir. Lakin burada mühüm bir sual ortaya çıxır: Kanakinin (Yeni Kaledoniya) yaxınlığında yerləşən və oxşar coğrafi xüsusiyyətlərə malik olan Yeni Zelandiyada fiber-optik infrastrukturun tam şəkildə qurularaq, əhalinin təxminən 90%-i üçün əlçatan olması necə mümkün olmuşdur? Bu müqayisə Dənizaşırı ərazilərdə texnoloji inkişafın gerilik səbəblərinin yalnız coğrafi amillərlə izah edilə bilməyəcəyini göstərir və əlavə sosial-iqtisadi və siyasi faktorların nəzərə alınmasının vacibliyini vurğulayır.

Dənizaşırı ərazilərdə internetə məhdudiyyət - kolonial siyasətinin davamı kimi

Bakı Təşəbbüs Qrupu (BTQ) Fransanın dənizaşırı ərazilərdə internet infrastrukturunun inkişafına yönəlmiş məhdudiyyətləri təkcə texniki çətinliklər kimi deyil, müasir dövrdə kolonial idarəetmə siyasətinin davamı kimi qiymətləndirir. BTQ dənizaşırı ərazilərdə yaşayan xalqların rəqəmsal hüquqlarının təmin edilməsinin, eləcə də bərabər və ədalətli rəqəmsal imkanlara çıxışın BMT-nin İnsan Hüquqları Bəyannaməsi, BMT-nin İnformasiya Cəmiyyətinə dair Qlobal Strategiyası və digər beynəlxalq insan hüquqları sənədləri çərçivəsində zəruri olduğunu vurğulayır.

BTQ Fransanın mərkəzləşdirilmiş və məhdudlaşdırıcı siyasətinin Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsində (söz azadlığı və informasiya əldə etmə hüququ) və BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində rəqəmsal bərabərliyə dair öhdəliklərini açıq şəkildə pozduğunu bildirir. Bu siyasət Dənizaşırı ərazilərin rəqəmsal müstəqilliyini məhdudlaşdırır, sosial-iqtisadi inkişafı ləngidir və yerli əhalinin fundamental hüquqlarının təmin edilməsinə mane olur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 21 İyun 2025 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1043

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see441

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see348

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see345

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see247

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see239

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see235

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see231

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see229

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see223

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see212

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see210

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see203

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see196

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see189

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see185

Milyonlarla manat dəyəri olan əmlaklar satışa çıxarıldı SİYAHI

10 Oktyabr 2026 15:33see182

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see180

Avtobuslarda “buxarlanan” pullar, cibə ziyan vuran nasazlıq... RƏSMİ AÇIQLAMA

10 Oktyabr 2026 17:17see178

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri