Fransanın “Katanom” Atom Elektrik Stansiyasında reaktorun yenidən işə salınması zamanı texniki səhv baş verib
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Paris, 21 avqust, AZƏRTAC
Fransanın “Katanom” Atom Elektrik Stansiyasında 3-cü reaktorun yenidən işə salınması zamanı texniki səhv baş verib.
AZƏRTAC xəbər verir ki, EDF şirkəti buna stansiyanın enerji blokunun texniki baxışdan sonra səhv vana konfiqurasiyasının səbəb olduğunu açıqlayıb.
Nəticədə ilkin soyutma dövriyyə sistemindəki su təhlükəsizlik üçün nəzərdə tutulmuş, lakin normadan daha sürətlə dolan toplama çəninə yönəlib.
EDF-nin verdiyi məlumata görə, texniki heyət hadisəni aşkar etdikdən sonra araşdırma apararaq, vanaların düzgün konfiqurasiyasını bərpa edib, bu da suyun səviyyəsinin artmasını dayandırıb.
Bildirilib ki, hadisənin stansiyanın təhlükəsizliyinə heç bir real təsiri olmayıb. Lakin, istismar qaydalarının tam yerinə yetirilməməsi və gecikmiş aşkarlanma səbəbindən bu hadisə barədə Fransa Nüvə Təhlükəsizliyi Təşkilatına (ASN) məlumat verilib.
Xatırladaq ki, “Katanom” AES-in 3-cü bloku may ayının əvvəlindən etibarən texniki baxış və təmir səbəbi ilə dayandırılmışdı. Yenidən işə salınma prosesində bu cür kiçik hadisələrin baş verməsi nadir deyil, lakin ən yüksək səviyyədə diqqətlə sənədləşdirilir və müvafiq nəzarət orqanlarına çatdırılır.
“Katanom” Atom Elektrik Stansiyası Lüksemburqla sərhəddə yerləşdiyi üçün lüksemburqlu bələdiyyə rəhbərləri platforma yaradaraq, bunun ölkələri üçün təhlükə olduğunu və bağlanmasını tələb edirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 21 Avqust 2025 13:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















