Fransanın Mərkəzi və Qərbi Afrikadakı hərbi mövcudluğu başa çatdı: Sonuncu bazasını da tərk etdi
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ötən gün Fransa Seneqaldakı son hərbi bazalarını bu ölkənin rəsmilərinə təhvil verib. Bundan sonra Parisin təkcə Mərkəzi Afrikada deyil, Qərbi Afrikada da daimi bazaları qalmayıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bununla da Fransa ordusunun Seneqaldakı 65 illik mövcudluğu başa çatıb. Burkina-Faso, Qabon, Kot-d'İvuar, Mali, Niger, Mərkəzi Afrika Respublikası və Çad da daxil olmaqla, bütün keçmiş koloniyalar sabiq metropoliyadan üz çeviriblər.
Seneqal Prezidenti Bissaru Diomay Fay Parisi müstəmləkə vəhşiliklərinə, soyqırımlarına görə üzr istəməyə çağırıb.
İndi Fransa yalnız Cibutiyə ümid edir. Belə ki, Afrikanın şərqindəki kiçik ölkədə Paris təxminən 1 500 nəfərlik hərbi kontingentini saxlayır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 18 İyul 2025 20:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















