Icma.az
close
up
RU
Fransaya casusluqda ittiham edilən Martin Ryan və Azad Məmmədlinin məhkəməsi keçirilib

Fransaya casusluqda ittiham edilən Martin Ryan və Azad Məmmədlinin məhkəməsi keçirilib

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Dövlət Təhlükəsizliyi Xidmətində başladılan cinayət işi üzrə Fransaya casusluqda ittiham edilən Martin Ryan və Azad Məmmədlinin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Martin Ryan dövlət ittihamçısının suallarını cavablandırıb.
Dövlət ittihamçısının “İlk dəfə Azərbaycana hansı məqsədlə gəlmisən” sualına təqsirləndirilən şəxs bildirib ki, Azərbaycana biznes qurmaq üçün gəlib:
"Burada Emin Süleymanov adlı şəxslə tanış oldum. Onunla mütəmadi əlaqə saxlayırdım. Bir müddət sonra onunla əlaqəm kəsildi. O, burada fəaliyyət göstərən Fransa şirkətləri ilə Azərbaycan şirkətləri arasında görüşlər təşkil edirdi. Ona burada bir adam lazım idi. Bu təklif mənə edildi və mən o zaman işsiz idim. İşsiz olmağıma baxmayaraq, pulum var idi. Mən bunu özümə bir fürsət kimi qəbul etdim və işə müsbət cavab verdim”.
Dövlət ittihamçısının “Fransa səfirliyi ilə niyə əlaqə qurmusan” sualına Martin Ryan işinin bunu tələb etdiyini deyib:
“Fransa səfirliyinin işçiləri ilə tanışlığım 2015-ci ilə təsadüf edir. Azərbaycanda özüm üçün biznes qurmaq istəyirdim. Bunun üçün də mənə əlaqələr lazım idi. Mən Ramin Məmmədovla tanış oldum və onunla birgə biznes qurduq. Biz Fransa şirkətlərini Azərbaycana cəlb edirdik. İşlərimiz də yaxşı idi. Daha sonra mən Frederik Devosla tanış oldum. O, mənə dedi ki, hazırda iki vacib işlə məşğuldur.
Geostrateji analizlər aparırdı. Bu analizlər də əsasən İranla bağlıdır.
Digər məsələ Azərbaycanda yaşayan fransızların təhlükəsizliyini qorumaqdır.
Bunlar mənə şübhəli gəldi. Çünki Azərbaycanda yaşayan fransızların təhlükəsizliyini qorumaq səfirliyin işidir. Görüş əsnasında cibindən şəkil çıxarıb mənə dedi ki, bu şəxs Rusiya vətəndaşıdır. Fransadan qovulub, Qazaxıstanda da olub. Azərbaycanda da ola bilər. Bununla yanaşı, o, mənə bildirdi ki, həm İran, həm də Rusiya şirkətləri təhlükəlidir. İran və Rusiya barəsində şübhəli məqamlardan söhbət etdi və onlardan ehtiyatlı olmağımı tapşırdı. Həmçinin, şübhəli məqamla rastlaşdığım zaman ona bu barədə bildirməyimi dedi. Eyni zamanda, tanıdığım Azərbaycan vətəndaşlarını onunla görüşdürməyimi istədi”.
Təqsirləndirilən şəxs bildirib ki, Devos ondan Azərbaycan və Ermənistan arasındakı konfliktli məsələlərdən danışmasını istəyib:
“4 oktyabr 2020-ci ildə Fransa və Azərbaycan arasında diplomatik münasibətlər gərginləşdi. O, məndən müharibə zamanı güc fərqləri, silahlar və ölkənin durumu, Türkiyə və Pakistan haqqında suallar verir, əlimdə videolar olarsa, onunla bölüşməyimi istəyirdi. Mən anladım ki, bunlar erməni dəyirmanına su tökmək üçündür. Təsəvvür edin ki, o qədər Türkiyə və Pakistan haqqında suallar verir, məlumatlar almaq istəyirdi ki, heç Ermənistan, İran və Rusiya barəsində o qədər suallar vermirdi. Diqqət Azərbaycana dəstək olan ölkələrə yönəlmişdi. Mən bundan şübhələnmişdim. Onun üçün də öz işimlə məşğul idim. Povilyonlara gedir, xarici şirkətlərlə əlaqə qurmağa çalışırdım. Bizə maraqlı olan İran şirkətləri idi və bir çox İran şirkətləri ilə əlaqələr qurmuşuq”.
İttiham tərəfinin “Azərbaycanlı şəxsləri onunla tanış etmisən” sualına təqsirləndirilən şəxs belə cavab verib:
“Zaur Mustafayevi Frederik Devosla mən tanış etdim. Daha sonra bu işləri Azad Məmmədli görməyə başladı. O, bu işi çox yaxşı bacarırdı. Çünki onun müəyyən məqsədləri var idi. Daha sonra İlqar adlı iş adamı ilə tanış olmaq istəyirdi. İlqarın həyat yoldaşı Devosun yoldaşını yaxşı tanıyırdı. Hər iki xanım “Bakou Francophones” Assosiasiyasında çalışırdı. Mən də İlqarı çox yaxşı tanıyırdım. Mən Azərbaycanda fransız dilindən dərs keçirdim. İlqarı da buradan tanıyıram. O, mənim dinləyicim olub”.
Təqsirləndirilən Martin Ryan bildirib ki, Olqa adlı qadın fransız dilindən dərs almaq üçün ona müraciət edib:
“Bu müraciət mənə şübhəli gəldi. Niyə bir səfirlik əməkdaşı öz diplomatik işini saxlayaraq fransız dilini öyrənib turizm sektorunda çalışmaq istəsin? 2-3 dərsdən sonra Olqa dərsə gəlmədi. Mən bu haqda kursun rəhbərliyinə bildirdim. Onun da məlumatı olmadı. Baş verən bütün hadisələr məndə əsaslı şübhələr yaratdı. Az sonra Frederik də getdi. Loran Lödi adlı şəxs mənimlə əlaqə saxladı və Frederik Devosun davamçısı olduğunu bildirdi. Lakin o, mənimlə əlaqə saxlayan zaman Frederik Azərbaycanda idi. Loran Lödi də Frederikin məndən istədiklərini istəyirdi və görüşlərin sıx-sıx baş tutacağını deyirdi. Haradan tanıdığını bilmirəm, amma Loran Lödi mənimlə yanaşı, Azad Məmmədlini də tanıyırdı. O zaman mən hiss etdim ki, Loran Lödinin nəzarəti altındayam. Əlbəttə, mən bunu Azad Məmmədliyə dedim. Ona Fransa xüsusi xidmət orqanlarının nəzarətində olduğumuzu və diqqətli hərəkət etməyimizi bildirdim. Bir müddət sonra Loran Lödi yoxa çıxdı. Mən onun köməkçisi ilə əlaqə saxladım. Köməkçisinin də ondan xəbəri olmadığını öyrəndim. Daha sonra mənimlə avqust ayında Jerom adlı şəxs tanış oldu. Onunla vatsap üzərindən əlaqə saxlayırdıq. O, mənə palçıq vulkanları tərəfdə görüşməyi təklif etdi. Çünki ora gözdən uzaq məkandır. Mən birbaşa üzrxahlıq edib görüşdən imtina etdim. Lakin biz onunla tədbirlərdə görüşürdük. Mövzumuz adətən İranla bağlı olurdu. İşlə bağlı mənə deyirdi ki, Azərbaycanda spirtsiz içkilərə təlabat var. Ölkəyə spirtsiz içkilərin daha çox gətirməyimi tövsiyə edirdi”.

Dövlət ittihamçsı “Səfirliyin bu tapşırıqlarını nə üçün edirdin” sualına Martin Ryan maddi qarşılıq güdmədiyini, ancaq iş üçün etdiyini bildirib:
“Səfirliklə əlaqə qurmaq mənə vacib idi. Bu həm mənim təhlükəsizliyimin qorunması istiqamətində atdığım addım idi, həm də iki ölkə arasında münasibətlərin nə yerdə olduğunu bilirdim. Gördüyüm bu işlər qarşılığında mənim maddi gəlirim olmayıb, sadəcə, olaraq səfirliklə əlaqəm möhkəmlənib”.

Proses aprelin 14-ü davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər 2023-cü il dekabrın 4-də həbs olunub. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən “Merkorama” MMC-nin baş direktoru olan Martin Ryana qarşı AR Cinayət Məcəlləsinin 276-cı maddəsi (casusluq) üzrə ittiham irəli sürülüb.
İttihama görə, Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan “persona non-grata” elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib. Həmin cinayət işi üzrə Martin Ryanla yanaşı, Azərbaycan Respublikasının vətəndaşı Azad Məmmədliyə 274-cü maddə (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://apa.az
archiveBu xəbər 13 Mart 2025 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see327

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see206

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see190

“Rusiya Ukrayna müharibəsinin həllində əhəmiyyətli irəliləyiş var” Tramp

13 Dekabr 2025 08:23see157

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see145

Sığınacaqda futbolu tək izləyən Əkbəri ziyarətə getdi

13 Dekabr 2025 10:45see143

Səmaya bulud səpdilər VİDEO

13 Dekabr 2025 10:01see143

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see142

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see139

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see136

Kral xalqa müraciətində nə danışıb?

13 Dekabr 2025 19:01see133

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see131

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see131

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see129

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see129

Ramiz Mehdiyevlə Eldar Mahmudovun yaxşı əlaqələri vardı Sabiq nazir

13 Dekabr 2025 09:19see128

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see128

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see128

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see127

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri