Icma.az
close
up
RU
Fransızların böyük əksəriyyəti parlamentin buraxılması və yeni seçkilərin keçirilməsini istəyir

Fransızların böyük əksəriyyəti parlamentin buraxılması və yeni seçkilərin keçirilməsini istəyir

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 27 avqust, AZƏRTAC

Fransızların böyük əksəriyyəti parlamentin buraxılmasının və yeni seçkilərin keçirilməsinin tərəfdarıdır.

AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, bunu “Ifop”, “Elabe” və “Toluna Harris Interactive” şirkətlərinin keçirdiyi sorğuların nəticələri sübut edir.

Sorğulara əsasən, respondentlərin 56%-dən 69%-dək hissəsi növbədənkənar parlament seçkilərinin keçirilməsini dəstəkləyir. “Elabe” şirkətinin “BFM” telekanalı üçün keçirdiyi sorğu göstərib ki, respondentlərin 67%-i Baş nazir Fransua Bayrunun etimadsızlıq səsverməsini uduzacağı halda Emmanuel Makronun istefa verməsini istəyərdi. “Ifop”un “LCI” telekanalı üçün apardığı sorğu da oxşar nəticəni ortaya qoyub.

Baş nazir Fransua Bayrunun bazar ertəsi verdiyi gözlənilməz bəyanatı, yəni, sentyabrın 8-də 2026-cı il dövlət büdcəsi planları üzrə etimad səsverməsi keçirilməsini xahiş edəcəyini bildirməsi Fransanı yenidən böhrana sürükləyib, bu isə qiymətli kağızlar bazarında səhmlərin və istiqrazların kəskin satışına səbəb oldu.

Sorğuda iştirak edənlərin üçdə ikisi Fransa Prezidenti Emmanuel Makronun istefasını dəstəkləyib.

Aparılan sorğular ölkədə artan siyasi qeyri-müəyyənliyi və hökumət siyasətindən narazılığı üzə çıxarır. Xatırladaq ki, Makron 2022-ci ildə yenidən seçildikdən bəri hökumət yalnız azlıq nümayəndələrindən ibarət kabinetlərdən və parçalanmış parlamentdən ibarət olub.

Əsas müxalifət partiyaları səsvermədə Bayruya qarşı çıxacağını bəyan ediblər ki, bu da hökumətin demək olar ki, istefaya göndəriləcəyi anlamına gəlir.

Hökumət devriləcəyi halda Makron dərhal yeni Baş nazir təyin edə və ya növbədənkənar parlament seçkilərini açıqlaya bilər. Müxalifətin bəzi nümayəndələri isə onun istefasını tələb edir.

Ötən həftə Makron növbədənkənar seçkiləri istəmədiyini və istefa ehtimalını istisna etdiyini bildirmişdi.

“Biz vurğulamaq istəyirik ki, istənilən halda hər iki ssenari (yeni Baş nazirin təyin olunması və ya növbədənkənar seçkilər) ehtimal ki, uzunmüddətli qeyri-müəyyənlik dövrünə gətirib çıxaracaq”, - deyə “Morgan Stanley” analitikləri öz qeydlərində yazıblar.

Hər iki halda yeni Baş nazirin büdcəni qəbul edəcəyinə dair heç bir zəmanət yoxdur.

Fransua Bayru büdcə kəsirini azaltmaq məqsədilə 44 milyard avroluq ixtisar təklif edib. Ötən il büdcə kəsiri ÜDM-in 5,8%-nə bərabər olub ki, bu da Aİ tərəfindən müəyyən edilmiş 3%-lik rəsmi həddi demək olar iki dəfə üstələyir. Bayru iki dövlət bayramının ləğvini və dövlət xərclərinin böyük hissəsinin dondurulmasını təklif edir.

Müxalifət partiyaları Bayrunun dövlət borcu və büdcə kəsirinin həddən artıq yüksək olduğu barədə qiymətləndirməsini bölüşsə də, onun təklif etdiyi həll yolları ilə razı deyil. Sol qüvvələr daha çox vəsaitin əhalinin rifahına yönəldilməsini, ifrat sağ qüvvələr isə əsas diqqətin miqrasiya siyasətinə qarşı mübarizəyə ayrılmasını tələb edirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Avqust 2025 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see140

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see138

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see137

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see136

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see133

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see132

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri