Icma.az
close
up
RU
Fransua Bayru V Respublikanın ən qeyri populyar baş naziridir

Fransua Bayru V Respublikanın ən qeyri populyar baş naziridir

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fransa V Respublikasının ən qeyri-populyar Baş naziri Fransua Bayru olub.

AZƏRTAC xəbər verir ki, “Ipsos-Cesi” şirkətinin “La Tribune Dimanche” nəşri üçün keçirdiyi sorğunun nəticələrinə əsasən, Fransua Bayru cəmi 17 faiz müsbət rəy toplayaraq, V Respublika tarixində ən az dəstək qazanan Baş nazir statusunu alıb.

Cəmi altı aydır vəzifədə olan Bayrunun populyarlıq göstəricisi may ayı ilə müqayisədə 3 faiz azalaraq enişini davam etdirir. Sorğunun nəticələri göstərir ki, bu azalma daha çox Renaissance, Modem və Horizons partiyalarının tərəfdarları arasında müşahidə olunur.

Prezident Emmanuel Makron da oxşar aqibətlə üzləşib. Onun populyarlıq reytinqi may ayına nisbətən 5 faiz geriləyib və hazırda cəmi 21 faiz müsbət rəy ilə çıxış edir. Bu göstərici Makronun 2018-ci ilin qışında, “Sarı jiletlilər” hərəkatı zamanı qeydə alınan 20 faizlik minimum göstəricisinə yaxınlaşıb. Prezidentin dəstəyi də əsasən hakim koalisiyanın — Renaissance, Modem və Horizons tərəfdarları arasında ciddi şəkildə azalıb.

“Ipsos”un baş direktor müavini Bris Təntüerye bu vəziyyəti belə şərh edib: “Son hadisələr dövlət orqanlarına qarşı cəmiyyətin narazılığını və qəzəbini daha da artırır”.

Eyni sorğuya görə, daxili işlər naziri Bruno Retaillo 36 faiz, ədliyyə naziri Jerald Darmanin isə 34 faiz müsbət rəy toplayaraq, hökumət daxilində ən populyar siyasətçilər olaraq qalırlar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:265
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 19 İyun 2025 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see526

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see304

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see295

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see294

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see286

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see269

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see267

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see264

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see251

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see248

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see238

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see234

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see233

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see233

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see231

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see230

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see226

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see219

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see218

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri