Icma.az
close
up
RU
FT: “Sülh planının qəbulu üçün ABŞ kiyevə vaxt qoyub”

FT: “Sülh planının qəbulu üçün ABŞ kiyevə vaxt qoyub”

Azvision saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

AzVision.az bildirir ki, ukraynalı mənbələrə istinad edən “Financial Times (FT)” nəşrinin məlumatına görə, ABŞ-nin “sülh palnı”nın qəbuluna tezliklə cavab verməsi üçün Kiyevə gücü təzyiq görtərilir.
Adı açıqlanmayan məmur və digər məlumatlı mənbə nəşrə bildirib ki, vəziyyət 2025-ci ilin yazında faydalı qazıntılar üzrə sazişin imzalanması ərəfəsində Ukraynaya edilən təzyiqlərə bənzəyir.
“FT” xatırladır ki, 28 bənddən ibarət “sülh planı” Kiyev tərəfindən Ukraynanın çoxdankı qırmızı xətlərini pozan əhəmiyyətli güzəştlərə getməyi tələb edir.
Ukrayna rəsmilərinin sözlərinə görə, Ağ Evin ilin sonuna qədər müharibəni bitirməsi üçün Tramp administrasiyası Ukrayna prezidenti və komandası ilə “aqressiv rejimdə” işləyir.
“ABŞ rəsmiləri Zelenskinin noyabrın 27-də Şükran Günündən əvvəl sazişi imzalamasını gözləyirlər. Məqsəd bu ayın sonunda Moskvaya sülh sazişini təqdim etmək və prosesi dekabrın əvvəlinə qədər başa çatdırmaqdır”, - ukraynalı mənbələr bildirirlər.
Ukrayna prezidenti ofisinin nümayəndələrinin fikrincə, bu müddətə çatmaq mümkün deyil, çünki bir neçə məqam Ukrayna üçün aydın qırmızı xətlər təşkil edir. Nəşr Kiyevin, öz növbəsində, Amerika tərəfi üçün əks təkliflər üzərində işlədiyini yazır.
Trampın Rusiya-Ukrayna üçün 28 maddəlik sülh planı I TAM MƏTN Bununla belə, Ukrayna prezidenti Volodimir Zelenski Kiyevin sülh prosesini pozmağa cəhd göstərməyəcəyinə əmin edib. Noyabrın 21-də axşam çıxışında o, ABŞ nümayəndələri ilə görüşdüyünü və onların müharibəni bitirmək Vaşinqton planının müddəalarını təqdim etdiyini deyib.
- Müharibənin ilk günlərindən biz çox sadə bir mövqe tutmuşuq: Ukraynaya sülh lazımdır, üçüncü müdaxilə ilə pozulmayacaq əsl sülh. Müstəqilliyimizə, suverenliyimizə və Ukrayna xalqının ləyaqətinə hörmət edən ləyaqətli sülh. Biz məhz bu şərtləri təmin etməliyik”, - Zelenski vurğulayıb.
Ukrayna lideri bildirib ki, Kiyev heç bir kəskin açıqlama verməyəcək. Ukrayna və ABŞ, habelə Kiyevin Avropadakı və dünyadaki dostları və tərəfdaşları aydın və vicdanlı fəaliyyətə sadiqdirlər.
“Yaxın günlərdə prezident Trampla danışacağıma ümidliyəm. Biz başa düşürük ki, Amerikanın gücü və Amerikanın dəstəyi sülhü həqiqətən də yaxınlaşdıra bilər və biz bunu əldən vermək istəmirik. Biz həmçinin başa düşürük ki, Rusiyanın heç bir sülh arzusu yoxdur; əks halda onlar bu müharibəni başlamazdılar”, - Volodimir Zelenski söyləyib.
Onun fikrincə, Amerika Rusiyanın müharibəyə son qoymaq öhdəliyinin nəhayət ciddiləşməsini təmin etməyə qadirdir. Kiyevə sülh lazımdır və o, əlindən gələni edəcək ki, dünyada heç kim diplomatiyanı sabotaj edənlərin ukraynalıların olduğunu deməsin.
Xatırladaq ki, ABŞ-nin Ukrayna üzrə sülh planı layihəsi üzərində Vaşinqton və Moskvanın birgə işlədiyini iddia edən “Associated Press” agentliyi onun tam mətnini təqdim edib.
Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://azvision.az
archiveBu xəbər 21 Noyabr 2025 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri