Fuad Allahverdiyev arvadını həbs etdirmişdi Qərar ləğv olundu
Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İş adamı Fuad Allahverdiyevi şantaj etməkdə təqsirli bilinərək 10 il 6 ay azadlıqdan məhrum edilən keçmiş həyat yoldaşı Gülşən Allahverdiyevanın işi üzrə qərar ləğv edilib.
“Qafqazinfo”nun məlumatına görə, Ali Məhkəmə məhkumun şikayəti əsasında belə qərar verib.
İşlə tanış olan hakimlər əvvəlki məhkəmələrdə işə düzgün baxılmadığı, əvvəlki hökmün və qərarın işin faktiki halları ilə uyğun gəlmədiyi və başqa qanun pozuntularına yol verildiyi qənaətinə gəliblər.
Yüksək instansiya qeyd olunan əsaslarla Gülşən Allahverdiyevanın şikayətini təmin edib, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb.
Xatırladaq ki, iki il əvvəl Gülşən Allahverdiyevanın şikayəti əsasında Fuad Allahverdiyev həbs olunmuşdu. F.Allahverdiyev evli olduqları dövrdə həyat yoldaşına əzab verməkdə və seksual xarakterli hərəkətlər etməkdə ittiham edilirdi. Amma məhkəmə ona seksual xarakterli hərəkətlər ittihamı üzrə bəraət verib, əzab verməkdə isə təqsirli bilərək azadlığın məhdudlaşdırılması (elektron qolbaq taxılması) cəzasına məhkum edib.
Sonradan isə işin gedişi dəyişib. Bu dəfə Gülşən təqsirləndirilən, Fuad zərərçəkmiş tanınıb. Gülşən keçmiş ərinə aid şəxsi xarakterli foto və video materialları qanunsuz yolla əldə etməkdə, bu materiallardan tamah məqsədilə istifadə etməkdə və hədə-qorxu ilə külli miqdarda əmlak tələb etməkdə təqsirli bilinib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 10 il 6 ay həbs cəzası verilib. Hökm apellyasiya instansiyasında da qüvvədə qalıb.
Qeyd edək ki, F.Allahverdiyev “AzerTelecom” şirkətinin Direktorlar şurasının sabiq sədri, “Ailə TV”, “Caspian Telecom” MMC şirkətlərinin təsisçisi olub.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:71
Bu xəbər 22 Oktyabr 2026 16:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















