MMU və Gürcüstanın Milli Müdafiə Kolleci STANAG standartları üzrə əməkdaşlığı müzakirə ediblər
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 22 oktyabr, AZƏRTAC
Bakıda Milli Müdafiə Universitetinin (MMU) və Gürcüstanın Milli Müdafiə Kollecinin STANAG komissiyaları arasında işçi görüşü keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, MMU-nun Hərbi İdarəetmə İnstitutunda keçirilən görüşdə qonaqlara Xarici dil mərkəzinin tarixi və fəaliyyət istiqaməti barədə brifinq təqdim olunub.
Nümayəndə heyətinin rəhbəri mərkəzin xatirə kitabına ürək sözlərini yazıb.
İşçi görüşdə ingilis dilindən STANAG testlərinin tərtib edilməsi üzrə təcrübə mübadiləsi, test materiallarının moderasiya edilməsi, qarşılıqlı istifadəsi və sınaqdan keçirilməsinə dair ətraflı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, NATO-nun standartlaşdırma sənədi olan STANAG üzv dövlətlərin qarşılıqlı fəaliyyət tələblərinə cavab vermək üçün standartın tam və ya qismən, şərti və qeyd-şərtsiz həyata keçirilməsinə dair razılığını müəyyənləşdirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 22 Oktyabr 2025 15:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















