İrəvandan yeni açıqlama: Azərbaycanla 20 ildən sonra növbəti müharibə...
Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
“Cenevrədə Azərbaycanın Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüş çox səmimi keçib. Konkret addımların müzakirəsi, təklifi üçün mexanizmlərin hazırlanması üzrə razılığa gəldik”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
“Parlamentlərin vəzifəsi cəmiyyətləri sülhə hazırlamaq, yaxınlaşdırmaq və sülh şəraitində yaşamaq istiqamətində addımlar atmaqdır. Müzakirələr zamanı hərbi aqressiya ehtimalı məsələsi də qaldırılıb. Bu cür ehtimal mümkün deyil, çünki tərəflər bir sıra addımlar atıb, beynəlxalq öhdəliklər götürüb.
Azərbaycan tərəfi problemi birdəfəlik həll etmək istəyir, baxmayaraq ki, bu onlar üçün də asan deyil, çünki illər boyu hər iki tərəf bir-birini “düşmən” və “işğalçı” kimi görüb. Onlar istəyirlər ki, 10-20 ildən sonra heç bir üçüncü tərəf bu ölkələrini yenidən müharibəyə sürükləməsin,” – Simonyan qeyd edib.
Qeyd edək ki, ötən gün Azərbaycan və Ermənistan parlamentlərinin spikerləri Sahibə Qafarova və Alen Simonyan arasında Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonqun iştirakı ilə Cenevrədə görüş baş tutub.
Safura Bənnayeva
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 22 Oktyabr 2025 15:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















