Icma.az
close
up
RU
Menu

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

General mayor rütbəsi alan hərbçilər kimdir?

“İlin modeli” seçildi Fotolar

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

Bu rayona yeni polis rəisi təyin edildi

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

Liqa 1: Marsel darmadağına sevindi

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

Futbolçularım 30 min azarkeş qarşısında zövq alaraq oynayacaqlar

Futbolçularım 30 min azarkeş qarşısında zövq alaraq oynayacaqlar

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Düşünürəm ki, azarkeşləri çox maraqlı oyun gözləyir".

"Football-plus.az" xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Xorvatiyada "Hayduk"la keçirəcəkləri Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunundan öncə mətbuat konfansında deyib. 43 yaşlı mütəxəssis mətbuat konfransında ətraflı məlumat verməyin çətin olduğunu bildirib:

"Böyük azarkeş kütləsi qarşısında yaxşı komandaya qarşı oynayacağımızı bilirik. Gözəl atmosferdə gözəl oyun oynayaraq yaxşı nəticə qazanmaq istəyirik".


O, matçı buraxacaq Brahim Konate və Ange Mutsinzi barədə danışıb:

"Bunlardan öncə də müəyyən itkilərimiz var idi. Bir çox futbolçumuz zədəlidi. Təlim-məşq toplanışında bizim üçün uğursuz gedişatlar oldu. Salifu Sumanın klubdan ayrılması, Rafael Utziqin komandaya gec qoşulması, Vinsent Till, Yeqor Baqamolski və Eldar Quliyevin zədələnmələrini qeyd edərdim. Bunlar ilk oyundan öncə olan itkilərdi. Amma ikinci oyundan əvvəl Konate və Mutsinzini də itirdik. Təbii olaraq, hər bir baş məşqçi istəyər ki, önəmli oyunçularının hamısından istifadə edə bilsin. Amma itkilər də futbolun bir hissəsidi. Sadəcə, bu tip problemlər bu oyun öncəsi daha çox oldu. Fikrimcə, komandamızın möhkəm xarakteri var və heç bir itkini hiss etdirməyəcəklər. Hər zaman çalışmışıq ki, güclü komanda formalaşdıraq, hər hansı futbolçu üzərindən oyunumuz qurulmasın. Belə situasiyalara əvvəllər də düşmüşük. "Hayduk"la oyunda itkiləri hiss etdirməməyə çalışacağıq".


Sadıqov Konate və Mutsinzini əvəzləyəcək oyunçulardan yüksək performans gözlədiyini söyləyib:

"İtkilər üzərində çox dayanmıram, hər hansı itki baş verdikdə onlar üçün baş sındırmıram. Daha çox önümüzə baxmağa çalışıram. Bu oyunda da rahatlıqla digər futbolçulara şans verəcəyik. Əminəm ki, onlar zədəli oyunçulardan daha da yaxşı çıxış edəcəklər. Əlverişli fürsətdir ki, ilk dəqiqələrdən başlayıb özlərini yaxşı tərəfdən göstərsinlər".


"Zirə"nin baş məşqçisi komandalar arasında favoritin olmadığını vurğulayıb:

"Şansları bərabər dəyərləndirirəm. Bizim müəyyən avrokubok təcrübəmiz var. Bilirik ki, ilk matçın nəticəsindən asılı olmadan çox şey ikinci oyunda həllini tapır. Vacib olan odur ki, cavab matçına şanslarını yüksək saxlayasan. Bakıdakı qarşılaşmada göstərdiyimiz oyunla mərhələ keçməyə şansımızın olduğunu sübut etdik. Rəqib doğma azarkeşlər önündə çıxış edəcək. Onların yeganə üstün tərəfi bu ola bilər. Futbolçularım isə 30 min azarkeş qarşısında zövq alaraq oynayacaqlar. Hər dəfə belə azarkeş qarşısında oynamaq qismət olmur. Bu, yaxşı fürsətdi ki, gördüyümüz işdən həzz alaq".


Baş məşqçi ötən mövsüm qarşılaşdıqları Xorvatiyanın digər təmsilçisi "Osiyek"lə "Hayduk"u müqayisə edib:

"Heç vaxt komandalar arasında müqayisə aparmağı sevmirəm. "Osiyek" həmin dönəmdə yaxşı formada idi. Sonradan çempionatı uğursuz başa vurduqlarını da bilirəm. Amma onlarla qarşılaşdığımız dövrdə yaxşı formada idilər. Bizdən öncəki mərhələdə inamlı qələbə qazanmışdılar və çox yüksək mental durumda idilər. Hər iki oyun çox gərgin və maraqlı keçmişdi. Bugünkü "Hayduk"la çempionatdakı "Hayduk" arasında fərq var. Adlar olaraq, çempionat boyu çıxış edən komanda daha güclü görünə bilər, amma rəqib olaraq, bugünkü "Hayduk" daha təhlükəlidir. Burada yeni baş məşqçi Qonsalo Qarsiyanın də rolu var. Amma "Osiyek"lə müqayisə etsəm, komandaları eyni səviyyədə qiymətləndirərdim".


Qeyd edək ki, bu gün Split şəhərindəki "Polyud" stadionunda təşkil olunacaq "Hayduk" - "Zirə" oyunu Bakı vaxtı ilə saat 23.00-da başlanacaq. Komandalar arasında Bakıda keçirilmiş ilk oyunda qalib müəyyənləşməyib - 1:1.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:61
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 01 Avqust 2025 00:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see189

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see187

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see156

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see154

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see139

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see135

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see132

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see131

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see129

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see129

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see126

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see126

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see125

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see124

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see124

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see124

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

07 Noyabr 2025 07:36see124

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see123

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see123

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri