Icma.az
close
up
RU
Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Füzuli, 16 oktyabr, AZƏRTAC

Füzuli şəhərinin işğaldan azad edilməsindən altı il ötür. Ötən müddətdə şəhərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılıb, müasir infrastruktur yaradılıb, yeni yaşayış binaları inşa edilib. Doğma yurdlarına qayıdan sakinlər bu gün Füzulidə yeni həyata başlayırlar. Şəhərin yenidən qurulması, sakinlərin doğma torpaqlarına qayıdışı Vətən uğrunda canından keçən şəhidlərin xatirəsinə ehtiramın və onların arzularının gerçəkləşməsinin təzahürüdür.

AZƏRTAC-ın bölgə müxbirinə bu sözləri Füzuli şəhər sakini, şəhid atası Bəhruz Mikayılov bildirib.

“Altı ildir ki, Füzuli azaddır. Allah bütün şəhidlərimizin ruhunu şad etsin. Onların qanı və canı bahasına azad olunan torpaqlarımıza yenidən həyat qayıdıb. Ali Baş Komandanımızın vurğuladığı kimi, Füzuli şəhəri işğaldan azad ediləndə bayraq sancmağa bir yer yox idi. Amma bu gün gözəlləşən Füzulimiz göz önündədir. Şəhər yenidən qurulub, doğma sakinlərini qucağına alıb. Təbii ki, bütün bunlar Ali Baş Komandan İlham Əliyevin bizə göstərdiyi diqqət və qayğının nəticəsidir. Biz Ali Baş Komandanımıza təşəkkür edirik. Mənim övladım, şəhid Ülvi Mikayılov da Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhid övladım mənə vəsiyyət etmişdi ki, əgər şəhid olarsa, onu Füzuli torpağında dəfn edim və özüm də Füzuli şəhərində yaşayım. Mən övladımın vəsiyyətini və arzusunu yerinə yetirərək artıq üç ildən çoxdur ki, Füzulidə yaşayıram”, - deyə o qeyd edib.

Müsahibimiz bildirib ki, məcburi köçkün düşəndə dördüncü sinifdə oxuyurmuş. “Otuz il Vətən həsrəti çəkdik. Dördüncü sinif şagirdi olaraq tərk etdiyim doğma torpağıma şəhid atası kimi qayıtdım. Bu, mənim üçün qürur və şərəfdir. Allah bütün şəhidlərimizin məkanını cənnət etsin, qazilərimizə və veteranlarımıza can sağlığı versin. Allah Ordumuzu qorusun. Şəhidlərimizin bizə yadigar qoyduğu bu torpaqlarda yaşamaq bizim üçün qürurdur.

Gündən-günə gözəlləşən Füzulimiz göz önündədir. Yeni binalar inşa edilib, yollar salınıb, şəhərdə yaşamaq üçün hər cür şərait yaradılıb”, - deyə Bəhruz Mikayılov əlavə edib.

Müxbir - Aydın Yavərzadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Oktyabr 2026 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see361

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see264

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see250

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see238

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see231

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see228

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see224

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see222

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see216

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see214

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see200

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see190

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see189

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see189

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see187

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see184

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see172

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see172

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri