Füzulidə Zəfər bayramı ağacəkmə aksiyası ilə başlayıb FOTO/VİDEO Yeni Çağ Media
Icma.az, Yenicag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Füzulidə 8 Noyabr – Zəfər Gününün dördüncü ildönümünə həsr edilən silsilə tədbirlər keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən Zəfər Günü münasibətilə hazırlanan tədbirlər planına əsasən, öncə ağacəkmə aksiyası keçirilib. Zəfər yolunun kənarında Hava Limanı ərazisində keçirilən aksiyada Xüsusi Nümayəndəliyin və digər qurumların əməkdaşları, Füzuli sakinləri iştirak ediblər. Aksiya çərçivəsində müxtəlif növ ağaclar əkilib və onlara aqrotexniki qulluq göstərilib. Qeyd edək ki, Zəfər Günü münasibətilə, həmçinin Füzuli şəhərində sərgi nümayişi, konsert proqramı və atəşfəşanlıq nəzərdə tutulub.
www.yenicag.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 09 Noyabr 2024 10:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















