Icma.az
close
up
RU
G7 Rusiyaya qarşı yeni sanksiyaların nədən asılı olacağını açıqlayıb

G7 Rusiyaya qarşı yeni sanksiyaların nədən asılı olacağını açıqlayıb

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yeddilik Qrupu (G7) ölkələri Moskvanın Ukraynada münaqişənin sülh yolu ilə nizamlanması üzrə danışıqlarda iştiraka hazır olmasından asılı olaraq Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi məsələsini öyrənmək niyyətindədir.

Bizimyol.info xəbər verir ki, bu barədə G7-yə üzv ölkələrin xarici işlər nazirliklərinin rəhbərlərinin bəyanatında deyilir.

“Fevral ayından sonra hər hansı yeni, əlavə sanksiyalar Rusiya Federasiyasının Ukraynaya qarşı hərbi əməliyyatların yekun olaraq dayandırılmasına yönəlmiş real, vicdanlı səylər göstərib-götürməyəcəyi ilə əlaqələndirilməlidir ki, bu da Ukraynanın suveren, müstəqil ölkə kimi uzunmüddətli təhlükəsizliyini və sabitliyini təmin edəcək”, - deyə sənəddə qeyd olunur.

Münhen Təhlükəsizlik Konfransı çərçivəsində görüş keçirən diplomatik idarələrin rəhbərləri də Ukraynada “davamlı sülhə nail olmaq üçün” birgə işə sadiq olduqlarını bildiriblər. Bunun üçün onların fikrincə, “döyüş əməliyyatlarının bərpasının qarşısını alacaq etibarlı təhlükəsizlik təminatları hazırlamaq lazımdır”. İclas iştirakçıları həmçinin bloklanmış Rusiyanın suveren aktivlərindən əldə edilən gəlirlərdən istifadə etməklə Kiyevə maliyyə dəstəyini davam etdirmək niyyətlərini təsdiqləyiblər və “əgər vicdanlı danışıqlar aparmasalar” Moskvaya qarşı əlavə sanksiyalar tətbiq edəcəklərini vəd ediblər.

Hazırkı bəyanatda “fevraldan sonra” nəzərdə tutula biləcək məhdudiyyətlərə istinad edilir. Eyni zamanda, ötən ilin dekabrında “Welt am Sonntag” qəzeti Aİ-dəki diplomatik mənbələrə istinadən xəbər vermişdi ki, icma fevralın 24-də Ukraynada Rusiya Federasiyasının xüsusi hərbi əməliyyatına başlamasının ildönümündə yeni, artıq 16-cı sanksiyalar paketini qəbul etməyi planlaşdırır.

Avropa Komissiyasının rəsmi nümayəndəsi Paula Pinyo fevralın 13-də Brüsseldə keçirdiyi mətbuat konfransında bəyan edib ki, ABŞ-ın Ukraynadakı münaqişənin nizamlanması kontekstində bu məsələ ilə bağlı planlarına baxmayaraq, o, enerji sektorunda Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etməyə davam edəcək. 16-cı paket enerji sektoruna da təsir etməlidir. Pinyo bildirib ki, enerji sektorunda Moskvaya qarşı sanksiyaların tətbiqi Brüsselin Rusiya resurslarından asılılıqdan qurtulmaq strategiyasına uyğundur.

Fevralın 2-də ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putin və Vladimir Zelenski ilə telefon danışığı aparıb. Rusiya Federasiyasının lideri ilə söhbətdən sonra o, Ukrayna ilə bağlı dərhal məsləhətləşmələrə başlamaq qərarını açıqlayıb.

Kremlin mətbuat xidməti bildirib ki, prezidentlər “şəxsi təmasları, o cümlədən şəxsi görüşlərin təşkilini davam etdirmək barədə razılığa gəliblər”.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:147
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 15 Fevral 2025 19:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see162

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see157

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see152

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see148

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see136

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri