G7dən Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlər gözlənilir
Icma.az, Sfera.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Yeddilik Qrupu (G7) ölkələri Rusiyaya qarşı əlavə məhdudlaşdırıcı tədbirlər tətbiq etməyi planlaşdırır.
Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinken mətbuat konfransında bildirib.
“Keçən həftə ABŞ Rusiyanın maliyyə sektoruna, o cümlədən “Qazprombank”a qarşı bu günə qədər ən son sanksiyaları tətbiq etdi. Düşünürəm ki, biz G7 ölkələrindən də əlavə addımlar gözləyə bilərik”, - Blinken bildirib.
Dövlət katibinin sözlərinə görə, G7 ölkələri Rusiyanın dondurulmuş aktivlərindən gələcək gəlirlərdən istifadə etməklə Ukraynaya 50 milyard dollarlıq kreditin köçürülməsi üçün hazırlığı yekunlaşdırır.
Baxış sayı:102
Bu xəbər 26 Noyabr 2024 23:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















