Icma.az
close
up
RU
GDU da “Robototexnika və STEAM: İnnovativ texnologiyaların inkişafında fənlərarası yanaşma” mövzusunda elmi seminar keçirildi FOTOLAR

GDU da “Robototexnika və STEAM: İnnovativ texnologiyaların inkişafında fənlərarası yanaşma” mövzusunda elmi seminar keçirildi FOTOLAR

Mia.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Gəncə Dövlət Universitetinin (GDU) Fizika və texniki fənlər fakültəsinin “ÜTF və texnologiya” kafedrasında “Robototexnika və STEAM: İnnovativ texnologiyaların inkişafında fənlərarası yanaşma” mövzusunda elmi seminar keçirilib.

Mia.az xəbər verir kii, “ÜTF və texnologiya” kafedrasının müdiri, dosent Elçin Cavadov çıxış edərək Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibova universitetdə yaradılan elmi mühitə görə seminar iştirakçıları adından təşəkkürünü bildirdi.
Elçin Cavadov çıxış edərək təqdim olunan  mövzunun aktuallığından, eləcə də STEAM təhsilinin əhəmiyyətindən danışdı və qeyd etdi ki, GDU-da STEAM laboratoriyası da fəaliyyət göstərir, bu laboratoriya  müasir avadanlıqlarla təchiz olunmuşdur. Daha sonra qeyd etdi ki, fənlərarası yanaşmanın əsas üstünlüyü – şagird və tələbələrin yalnız nəzəri biliklərə deyil, praktiki və yaradıcı bacarıqlara da yiyələnməsini təmin etməsidir. Robototexnika bu baxımdan ideal bir vasitə olaraq çıxış edir. O, riyaziyyat və fizika kimi dəqiq elmlərlə yanaşı, texnologiya və dizayn sahələrini də bir araya gətirərək tələbələrdə real problemlərin həllində kompleks düşünmə imkanı yaradır.
“ÜTF və texnologiya” kafedrasının baş müəllimi Elçin Məmmədov öz çıxışında  təqdim olunan mövzu ətrafında geniş məlumat verdi. 
Seminarın məqsədi STEAM (Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyat) təhsil modeli çərçivəsində robototexnika sahəsinin imkanlarını araşdırmaq, müxtəlif fənlərin inteqrasiyasının innovativ yanaşmalar yaratmadakı rolunu müzakirə etmək olmuşdur.
İştirakçılarda  ağıllı ev sistemləri, ekoloji sensorlarla təchiz olunmuş robotlar, eləcə də süni intellektlə idarə olunan qurğular haqqında verilən məlumatlar xüsusilə maraq doğurdu. İştirakçılar fənlərarası əməkdaşlığın, problem əsaslı təhsilin və komanda işinin innovasiya yaratmaqda nə qədər önəmli olduğunu bir daha vurğuladılar. Bu kimi seminarlar təhsil sistemində keyfiyyətin artırılması və gənc nəslin rəqəmsal dünyaya inteqrasiyası baxımından mühüm addımlardır.

Seminarda kafedranın professor-müəllim heyəti, tələbələr, eləcə də digər kafedraların əməkdaşları da iştirak etmişdir. Seminar zamanı iştirakçılar robototexnika layihələrinin hazırlanması, proqramlaşdırma bacarıqlarının inkişaf etdirilməsi və yaradıcı düşüncənin təhsildə tətbiqi məsələləri ətrafında fikir mübadiləsi aparmışlar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:61
embedMənbə:https://mia.az
archiveBu xəbər 15 Oktyabr 2025 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see181

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see154

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see154

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see153

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see142

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see139

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see136

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see136

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see135

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see134

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see132

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see131

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see129

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see126

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see126

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see125

Zelenskini bu şəxs əvəz edə bilər AD AÇIQLANDI

30 Noyabr 2025 20:06see125

Ər və arvad kazinoda saxta yolla bir milyon qazandı

30 Noyabr 2025 22:32see123

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see123

Rusiya Ukrayna müharibəsi ilə bağlı bədbin proqnoz

30 Noyabr 2025 18:40see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri