Icma.az
close
up
RU
GDU rəhbərliyi tələbələri ilə Tələbə evi ndə bir araya gəldi

GDU rəhbərliyi tələbələri ilə Tələbə evi ndə bir araya gəldi

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gəncə Dövlət Universitetinin Tələbə evində Tədris işləri üzrə prorektor vəzifəsini müvəqqəti icra edən  İsfəndiyar Alverdiyev tələbələrlə görüş keçirib. Görüşdən əvvəl o yataqxana ilə yaxından tanış olub.  Bildirilib ki, 744 tələbənin qala biləcəyi Tələbə evi fasiləsiz elektrik enerjisi və daimi isti-soyuq su ilə təmin olunub. Kompleksin 3 yaşayış binasında 400 nəfər tələbənin eyni anda istifadə edə biləcəyi yeməkxana, idman meydançası, fəvvarə, yaşıl zona və istirahət zonası mövcuddur. Təhlükəsizlik kamerasının quraşdırıldığı Tələbə evində universitetin əsas kitabxanası da yerləşir.

 Daha sonra İsfəndiyar Alverdiyev kitabxananın oxu zalında tələbələrlə görüşüb. Bildirib ki, Universitetin rektoru Yusif Yusibov daima tələbələrlə görüşlər keçirir və onların problemlərini dinləyərək, həlli istiqamətində göstərişlər verir.  Bu gün Tələbə evində   qalan tələbələrlə görüş də Universitetin rektoru Yusif Yusibovun tapşırığı əsasında həyata keçirilir. Əsas məqsəd burada olan tələbələrin problemlərini, eləcə də təkliflərini dinləyib həlli istiqamətində işlər görməkdir.

Görüşdə o da diqqətə çatdırılıb ki, tələbə evində psixoloji mərkəz yaradılacaq. Universitetin psixologiya kafedrasının professor və müəllimləri burada mütamadi olaraq tələbələrlə görüşüb, onlarla maarifləndirici söhbətlər aparacaqlar.

Universitetin İdman Klubunun rəhbəri Xəqani Umudov, GDU Azad Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Pərviz Adıgözəlov çıxış edərək burada yaradılan şəraitdən və rəhbərlik tərəfindən həyata keçirilən işlərdən bəhs ediblər.

Universitetin Kitabxana və İnformasiya Mərkəzinin müdiri Ayşən Əhmədova diqqətə çatdırıb ki, Tələbə evində  müasir standartlara cavab verən elektronlaşdırılmış kitabxana fəaliyyət göstərtir.  Artıq tələbələr, eləcə də akademik heyət Gəncə Dövlət Universitetinin saytına (gdu.edu.az) daxil olduqdan sonra “Elektron kitabxana” linki (gdu.empro.az) vasitəsilə zəngin, müasir təlabata uyğun kitab fondu ilə tanış ola  bilirlər. Universitet kitabxanasının mövcud məlumat bazasında yer alan nəşrlər mərhələli şəkildə elektron kitabxana sisteminə daxil ediləcək. Əsas məqsəd isə  Gəncə Dövlət Universitetində kitabxana xidmətlərinin müasir informasiya texnologiyalarına uyğun təkmilləşdirilməsi və daha operativ xidmət göstərilməsinin təmin edilməsidir. Universitetdə elektron kitabxana proqramı SİNAM MMC şirkətinin dəstəyi ilə fəaliyyət göstərir.

Görüş zamanı Tələbə evində tələbələrin qarşılaşdıqları problemlərin həlli istiqamətində işlərin görüləcəyi və bu cür görüşlərin mütamadi olaraq keçiriləcəyi vurğulanıb.  

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:196
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 Fevral 2026 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see349

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see289

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see287

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see286

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see278

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see271

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see264

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see262

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see259

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see248

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see244

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see242

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see242

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see240

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see230

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see229

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see218

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri