Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

GDUnun rektoru Türkiyədə səfərdədir FOTO

GDUnun rektoru Türkiyədə səfərdədir FOTO

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gəncə Dövlət Universitetinin Türkiyə Respublikasının İzmir Dokuz Eylül Universiteti ilə elmi əməkdaşlıq əlaqələri uğurla davam edir və daha da genişlənir.

Bildirək ki, GDU ilə Dokuz Eylül Universiteti arasında 2021-ci ildə imzalanan əməkdaşlıq müqaviləsinə əsasən ikili diplom proqramının icrası üçün ilkin anlaşma, eyni zamanda Avropa İttifaqının Erasmus+ KA107 və Mevlana proqramları çərçivəsində razılıq əldə olunub. Bununla yanaşı bu əlaqələr sayəsində Dokuz Eylül Universitetində dahi Azərbaycan şairi Nizami Gəncəvinin adına, Gəncə Dövlət Universitetində isə Türk dünyasının görkəmli şəxsiyyəti Yunus Əmrənin adına mühazirə otaqları yaradılıb. Hər iki universitet  arasında imzalanmış müqaviləyə uyğun olaraq 2023/2024 tədris ilindən etibarən ikili diplom proqramı çərçivəsində Biologiya ixtisası üzrə mütəxəssis hazırlığına başlanılıb. Beynəlxalq akkreditasiyadan keçmiş Biologiya ixtisası üzrə tədris alacaq tələbələr ilk iki ili Dokuz Eylül Universitesində, növbəti iki ili isə Gəncə Dövlət Universitetində təhsil alacaqlar.

Dokuz Eylül Universiteti ilə elmi əməkdaşlığı daha da genişləndirmək məqsədilə Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibovun rəhbərlik etdiyi nümayəndə heyəti hazırda Türkiyədə işgüzar səfərdədir.

Qardaş ölkəyə işgüzar səfəri çərçivəsində Gəncə Dövlət Universitetinin nümayəndə heyəti ikili diplom proqramı ilə əlaqədar Dokuz Eylül Universitetində keçirilən Senato toplantısında (Elmi Şura) iştirak edib. İclasda çıxış edənlər GDU ilə elmi əməkdaşlığı yüksək dəyərləndirib və nümanyəndə heyətini Dokuz Eylül Universitetində görməkdən məmnun olduqlarını dilə gətiriblər.

Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov Türkiyə ilə Azərbaycanın mehriban və qardaşlıq əlaqələrindən danışıb, xalqlarımızın bir-birinə bağlılığının çox qədim tarixə söykəndiyini qeyd edib. Dokuz Eylül Universiteti ilə həyata keçirilən ikili diplom proqramının önəmindən danışan rektor elmi əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsinə dəstək göstərəcəyini bildirib. GDU-da ikili diplom proqramı üzrə təhsil alan Türkiyəli tələbələrin yataqxana ilə təmin olunacağını söyləyib.

Görüşdə tələbə-müəllim mübadiləsi məsələləri müzakirə edilib, Tarix və İqtisadiyyat ixtisasları üzrə nəzərdə tutulmuş ikili diplom proqramının icrası üçün ilkin danışıqlar aparılıb və tərəflər arasında razılıq əldə olunub.

GDU-nun Ümumi İşlər üzrə prorektoru Samir Məmmədov, İnnovasiyalar Departamentinin direktoru Vasif Həsənov və Kimya-biologiya fakültəsinin dekanı İsfəndiyar Alverdiyev çıxış ediblər. Əməkdaşlıq çərçivəsində ötən tədris ilində akademik heyətin qarşılıqlı təcrübə mübadiləsinin və elmi tədqiqatların çox faydalı olduğunu diqqətə çatdırıblar.

Daha sonra Gəncə Dövlət Universiteti və İzmir Dokuz Eylül Universiteti arasında mövcud olan qarşılıqlı Anlaşma Memorandomu növbəti üç il müddətinə artırılmışdır.

Sənəddə ikili diplom çərçivəsində ali təhsil müəssisələri arasında əlaqələrin möhkəmləndirilməsi, birgə tədqiqatların aparılması, tələbə və müəllim mübadiləsi, birgə akademik konfransların keçirilməsi və bir sıra başqa istiqamətlər üzrə qarşılıqlı faydalı əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulur.

Sonda qarşılıqlı hədiyyələr təqdim edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Dekabr 2024 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see318

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see289

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see286

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see267

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see260

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see248

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see243

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see241

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see234

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see217

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see212

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see201

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see195

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see191

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see189

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see188

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see181

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see175

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see172

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri