Icma.az
close
up
RU
“Gecikdirilmiş 380 mindən çox vəsait işçilərə ödənilib”

“Gecikdirilmiş 380 mindən çox vəsait işçilərə ödənilib”

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ölkəmizdə sosial təminat sisteminin gücləndirilməsi sahəsində bu il də mühüm addımlar atılıb və Prezident İlham Əliyevin tapşırıqları əsasında icra olunan növbəti islahat paketi çərçivəsində cari ildə də pensiya, müavinət və təqaüdlərdə yeni artımlar edilib.

“Qafqazinfo”nun məlumatına görə, bununla yanaşı, aktiv məşğulluq proqramlarının genişləndirilməsi, həssas əhali qruplarının əmək bazarına çıxış imkanlarının artırılması prioritet fəaliyyət istiqamətlərindən biridir.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Nazirlikdə keçirilən Kollegiya iclasında bildirib. Sosial ödənişlərdəki artımın bir göstəricisi olaraq, bu ilin 9 ayında pensiya təminatı üzrə ayrılan vəsaitin 467 mln. manat artaraq 5 mlrd. 326 mln. manat təşkil etdiyi qeyd olunub. Həmin dövrdə müavinətlər üzrə 861 mln. manat, Prezident təqaüdləri üzrə 551 mln. manat ödənildiyi və bu istiqamətdə də ayrılan vəsaitdə 7 faiz artım olduğu bildirilib.

9 ayda Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin proqnozla müqayisədə 6 faiz və ya 342 mln. manat çox olmaqla 5 mlrd. 889 mln. manat, xərclərinin ötən ilin müvafiq dövrünə nisbətən 9 faiz və ya 481 mln. manat çox olmaqla 5 mlrd. 628 mln. manat təşkil etdiyi diqqətə çatdırılıb. Dövlət Məşğulluq Agentliyi tərəfindən 137 min nəfərin işlə təmin edildiyi, 13,5 min nəfər peşə hazırlığına cəlb olunduğu, daha 15,7 min nəfərin özünüməşğulluq proqramına, 205 min nəfərin peşəyönümü xidmətlərə cəlb edildiyi qeyd edilib. İcrasına başlanan yeni məqsədli proqramların sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluq imkanlarının artırılması, onlar üçün iş yerlərinin yaradılması baxımından əhəmiyyəti vurğulanıb.

Əmək müqavilələrinin artıq 96 faizinin elektronlaşdırıldığı qeyd edilib. Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin bu ilin 9 ayında işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 380,8 min manat vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən etdiyi, görülən tədbirlərlə həmin vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənildiyi, əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verilmiş 56 işçinin yenidən əvvəlki işlərinə bərpa etdirildiyi bildirilib.

Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisələrində 2174 nəfərə stasionar, 397 nəfərə yarımstasionar xidmətlər, həmçinin uşaq evi və ailə tipli kiçik qrup evi sosial xidmət müəssisələrində 551 nəfər uşağa, 30 şəhər və rayonda yaradılan Günərzi Qayğı Mərkəzlərində 900 nəfər uşağa xidmətlər göstərildiyi bildirilib.

Cari ilin yanvar-sentyabr aylarında DOST mərkəzlərində 658 min vətəndaşa xidmət göstərildiyi, DOST mərkəzləri şəbəkəsinin genişləndirilməsi istiqamətində görülən işlər diqqətə çatdırılıb. İşğaldan azad edilmiş ərazilərimizə köçürülən sakinlərin də DOST xidmətləri ilə əhatə olunmaları üçün atılan addımların davamı olaraq bu ilin avqust ayında Qarabağ Regional DOST Mərkəzinin  Kəlbəcər rayonunda DOST məntəqəsinin də istifadəyə verildiyi qeyd edilib.

Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 9 ayda 40,4 min şəxsə əlillik təyin edildiyi, 103 min şəxsin reabilitasiya xidmətləri həmçinin əlilliyi olan 11,2 min şəxsin 104 min reabilitasiya vasitəsi ilə təmin edildiyi diqqətə çatdırılıb.

Nazirliyin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya tərəfindən aparılan işlər, yaşıl iqtisadiyyat çərçivəsində yeni peşələrin müəyyən edilməsi və yaşıl keçidin bacarıqları, peşə təhsilinə təsiri ilə bağlı tədqiqatların aparıldığı qeyd olunub.

İclasda yeni hazırlanmış 130 peşə və kvalifikasiya standartı təsdiq edilib. Qeyd edilən sahələrdə, habelə sənədlərlə və vətəndaşların müraciətləri ilə iş, vətəndaş qəbulu sahələrində görülmüş işlərin nəticələri və qarşıda duran vəzifələr müzakirə olunub.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 09 Oktyabr 2025 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see328

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see322

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see321

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see305

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see304

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see287

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see287

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see283

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see270

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see249

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see240

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see235

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see234

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see234

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see227

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see224

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see202

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see201

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri