Icma.az
close
up
RU
“Gədəbəyin dağ kəndlərində də kilsələr tikilsin, biz də qaz üzü görək” ŞİKAYƏT

“Gədəbəyin dağ kəndlərində də kilsələr tikilsin, biz də qaz üzü görək” ŞİKAYƏT

Icma.az, Hurriyyet saytına istinadən bildirir.

Gədəbəy rayonunun Kəlaman, Hacıalılar, Herkinaz, Kiçik Qaramurad, Daryurd kənd sakinləri tərəfindən Hurriyyet.az saytına şikayət daxil olub. Sakinlər saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edirlər:

“Cənab Prezident!

Sizin hər çıxışınızdan ilham alıb, “bir gün düzələr” deyib, ümidlə yaşayırıq.

Biz Gədəbəy  rayonunun  Kəlaman, Hacıalılar, Herkinaz, Kiçik Qaramurad, Daryurd kənd sakinləri olaraq təklif edrik ki, yuxarıda adlarını qeyd etdiyimiz kəndlərdə yəhudi kilsəsi tikilsin. Kilsə tikilsin ki, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən adıçəkilən kəndlərə də qaz xətti çəkilməsinə başlanılsın.

Cənab Prezident!

Rayon İcra Hakimiyyəti məsələ ilə qəti maraqlanmır. “Azəriqaz” isə illərdir bildirir ki, sözügedən kəndin qazlaşması birliyin gündəmindədir, amma indiyədək heç bir tədbir görülməyib.  Sanki, “Azəriqaz” İstehsalat Birliyi regionların qazlaşma prosesini öz maddi imkanları hesabına həyata keçirir, bu baxımdan mərhələlik prinsipi qorunur.

Güman edirik ki, növbəti mərhələlərdə “Azəriqaz” İstehsalat Birliyinin maliyyə imkanlarından asılı olaraq, bu kəndin qazlaşmasına baxılacaq.

Belə çıxır ki, “Azəriqaz” ın nə vaxt imkanı olacaq bizim kəndlərə qaz çəkəcək, olmayacaqsa ölənə kimi də qazsız qalacağıq.

14 ildir rayon İcra Hakimiyyəti biz sakinləri aldadır. Hər il “çəkiləcək” deyir, amma çəkilmir. Bu il də şəhid Etibar İsgəndərovun adına  Hacıalılar kənd məktəbinə gəlib açıqlama verdi ki, kəndlərə qaz çəkilişi başlayacaq, layihədə var. Amma layihənin adı var, özü yoxdur.

Bundan əlavə, adını çəkdiyim kəndlərin yolları da bərbad vəziyyətdədir. Hər kəndin şəhidləri var. Kəlaman kəndinin 5 şəhidi, 30-dan çox müharibə iştirakçısı olmasına baxmayaraq, kəndiin yolları, şəraiti bərbad gündədir.

Odunun qiyməti də 600-700 manatdır, almağa imkanımız yoxdur. Biz bilmirik ki, bu qışı necə başa vuracağıq.

Cənab Prezident!

Xahiş edirik, biz sakinləri bu ağır bəladan qurtarın. Evlərimiz soyuqdur, ailə üzvlərimiz xəstə olur. Kənddə bir neçə adam soyuqdan xəstəlik tutub ölüb.

Azərbaycanın ən səfalı, gözəl güşəsini cəhənnəmə çeviriblər. Xahiş edirik, səsimizi eşidin”.

Jalə FAMİLQIZI

Hurriyyet.az

Redaksiaydan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 20 Dekabr 2024 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri